#SEVGI HEKAYELERI (3) by:[MaNiAc_KiLLeR]
[MaNiAc_KiLLeR]
2 İyul 2013 / 01:55
Bu gün daha qəmgin durmuşdu
yuxudan. Bu gün deyəcəydi. Ağır
olsada deyəcəydi. Ayrılmaq
qərarını... Amma çox qorxurdu.
Onunla yaşadığıda gözəl günlər...
Onun gözləri... Onlarsız yaşaya
bilməzdi amma artıq onunla da
yaşaya bilmirdi. Tez yataqdan
qalxıb ona zəng vurdu. Həmişəki
yerə gəlməsini istədi. Ürəyi çox
sıxılırdı.
Yenə də birinci gəlmişdi. Bir neçə
dəqiqədən sonra Aysel də burda
idi. Aysel "onun" gözlərindən
söhbətin ağır olacağını hiss etdi.
Artıq yarım saat idi ki, ikisidə
sükut içində coşqun dənizin
"hayqırtı"sını dinləyirdilər. Sanki
dəniz onları başlarına gələcək
faciədən xəbərdar etəyə çalışırdı.
Qız ölü sükutu pozaraq "mən
üşüyürəm. Hələ çox heykəl kimi
burda duracayıq?!" dedi. Onlar bir
kafeyə gələrək oturdular. Aysel
səbirsiz halda "mənə nəsə vacib
bir söz deyəcəksən?" dedi. Oğlan
qızın gözlərinin içinə baxaraq"hə.
Çox vacib bir söz deyəcəm.
Yadındadı mən 3 gün bundaq
qabaq sənə zəng eləmişdim. Sənə
gözəl bir şeir yazmışdım onu
oxumaq üçün. Amma sən " heç
yeridi şeirin! Sənin başqa işin
yoxdu! Get dərs oxu imtahanlara
az qalıb!!!" demişdin. Yadındadı?
-Hə yadımdadı! İndi bunları niyə
yada salırsan?
-Hə Aysel mən o gün sənə... Sən
başa düşmürsən... Sənin üçün hər
şey oxumaq, özünə gözəl bir
kariyera qurmaq mənnən bəlkədə
ailəndən daha da vacibdi! Bəlkə
düz demirəm?!-Axı bu ... Sənin axı
lap əvvəldən mənim bu
xasiyyətimi bilirdin!-Elə əvvəldən
biz böyük bir səhv etmişik! Sənlə
mən ağla qara kimiyik. Sən bu
neçə ildə bircə dəfə də mənə
səhər "səni sevirəm" deyə balaca
bir sms belə yazmamısan!!!
Yadındadı mən bərk
xəstələnmişdim. Mənim qrup
yoldaşlarım və sən bizə gəldin.
Onda mənim bir dostum mənə
"kefdəsənee Aysel sənə baxar 2
günə turp kimi olarsan" dedi. Sən
onda əsəbləşdin. Mənə göz
süzdürüb "mən xəstə baxıcısı
deyiləm!" dedin.
-Axı mən... Sən niyə bu söhbətləri
yada salırsane! Bilirsənki, belə
məsələrdə xasiyyətim pisdi.
- Biz bir-birimizə antonimik! Biz...
Ayrılmalıyıq!...
-Axı niyə? Yoxsa arada qız..
-Yox! Belə bir şey yoxdu çətinki
sənnən sonra bir neçə müddət də
olsun!!!
-Axı sən bilirsən ki, mən romantik
deyiləm. Ola bilmərəm də başa
düş! İndi sən mənnən şair
olmağımı istəyirsən?!
-Yox! İstəmirəm! Heç olmağını da
gözləmirəm! Ona görə də...
Yenə o ölü sükut... Aysel çantasını
və kurtkasını əlinə aldı. Və dedi
gedək?
-Mən hələ burda oturmaq
istəyirəm. İstəyirsənsə sən get!
Onlar axırıncı dəfə
qucaqlaşdılar...Aysel son dəfə
"sənə həyatda uğurlar" deyərək
getdi...
O kafedə yarım saata yaxın
oturdu və fikirləşdi. Görəsən düz
elədim. Hə düz elədim. Bizimki
onsuzda alınmayacaqdı... Beləcə
durub sahilə getdi. Biraz
gəzdikdən sonra evə qayıtdı.
Səhər saat 7 idi. Saatın zənginə
oyandı. Tələsik geyinməyə
başladı. Telefonu götürdükdə 12
cavabsız zəng və 1 mesaj gördü.
Onnan idi. "Canim"dan... Ayselin
adı onun telefonunda hələ də
canım idi.
Yalnız onları sevməyi sevdim.
Onlarsız da sevdim amma səni
sənsiz yaşaya bilmirəm. Bu
sevgini ürəyimdə ən dərində
gizlətdim heç kim görüb əlimdən
almasın deyə. Yalnız sənə deyirəm
gözəl gözlüm bircə səni sevirəm
sənə görə də öləcəm amma
sənsiz... ƏLVİDA... CANIM...
İlk dəfə idi ki, Ayseldən belə bir
mesaj alırdı. Gözləri doldu
Telefonu əlinə alaraq "canım"a
zəng etdi. Telefonu başqa biri
götüdü.
-Salam xanım! Ayseli olar? Vacib
lazımdı.
- Cavabda qadın ağlamağa
başladı. O intihar edib. Mən onun
anasıyam oğlum. O bütün gecəni
kiməsə davamlı olaraq zəng
edirdi. Səhər otağının işığının
yanılı qaldığını görəndə otağına
girdim. Aysel özün asmışdı.
Dəlixana həkimləri hesabat
yazırdılar. Biri digərdin soruşdu. 3
ay bundan qabaq gətirilən xəstə
necə oldu?
-O telefonu əlində bərk-bərk sıxır
və heç kimin götürməsinə icazə
vermir. Bir nömrəyə davamlı
olaraq mesaj yazır. O gün onu
yatızdırandan sonra dözməyib
oxudum.-Nə yazılmlşdı?
"Yalnız onları sevməyi sevdim.
Onlarsız da sevdim amma səni
sənsiz yaşaya bilmirəm. Bu
sevgini ürəyimdə ən dərində
gizlətdim heç kim görüb əlimdən
almasın deyə. Yalnız sənə deyirəm
gözəl gözlüm bircə səni sevirəm
sənə görə də öləcəm amma
sənsiz... ƏLVİDA... CANIM...
-Kimə yazırdı ki?
-"canım" adında birinə dözməyib
ona da zəng elədim. Bu nömrə
artıq işləmirdi...Sevgi gözlərimi
hər yumanda məcbur olduğum
həyatdan qurtuluşum idi...
AmmA indi əbədi yuxumun
səbəbi olub...
[cavab]
Bölmeye qayıt