Tornvud qesrinin sirri

pol Lonely_Boy 2 İyul 2013 / 01:42
Tornvud qəsri 16-
cı əsrdə tikilmiş
ingilis qəsridir. O
Vaşinqtonda,
Takoma şəhərində
Amerikan çayının
kənarında yerləşir.
Əvvəlcə
Robinzonlar ailəsi iddia edir ki,
qəsrin pəncəsərində qadın
görüblər. Sonradan binanın
yaxınlığından keçən çoxları
həmin qadını gördüyünü deyir.
2001-ci ildə ailə Vaşinqton dövlət
komissiyası təşkil edir ki, evdəki
ruhları müəyənləşdirsinlər.
Qrupda araşdırmaçılar, psixi
cəhətdən hissiyyatlı insanlar və
maraqlananlar toplaşırlar.
Qrupun yaradıcısı isə Henri
Bayley olur.
Henri deyir ki, binanın ətrafında
heç vaxt hiss etmədiyi auranı hiss
edir. Bina ona olduqca canlı
görünüb.
Lakin Bayleyin qrupu heç bir ruh
görə bilmirlər. Bayley qəsrə dörd
dəfə gedir. Dördüncü dəfə
çoxdan gözlənilən hadisə baş
verir.
Bayley mətbəxdə oturaraq
maqnitafona elektron səs
dalğalarını yazmağa çalışır. Bu
vaxt maqnitafondan eşidilir ki, bir
kişi səsi mətbəxdə mahnı oxuyur.
Lakin həmin vaxt Bayleydən
başqa heç kim mətbəxdə yox idi.
Henri ümumiyyətlə heç nə
eşitmir. Yalnız evə qayıdıb,
yazdığı səsi dinləyəndə açıq-
aydın kişi səsini eşidir.
Bayley iddia edir ki, qəsr qədim
olduğundan evdəki əşyalar
hansısa enerjini özlərində saxlaya
bilərlər. Bundan başqa, o evdə iki
ruhun olduğunu deyir.
Evdəki ruh daha çox qəsrin əsas
girişində görünür. Əgər girişdəki
ağac pillələrin ən altdakında
otursan və qapı tərəfə baxsan,
bir çoxları kimi sən də gənc lord
və xanımını görə bilərsən.
Tornvud orta əsrlər İngiltərəsi ilə
Amerikanın birləşdiyi bir qəsrdir.
Bayleyin sözlərinə görə, elə ona
görə də bir çox ruhlar qəsri tərk
edə bilmirlər. Ev sahibi deyir ki,
qəsrdə ruhlar olsa da, onlar evi
tərk etməyəcəklər. Çünki
ruhlardan heç bir ziyan
görməyiblər, həm də qəsr
olduqca gözəldir.

[cavab]

pol Lonely_Boy 2 İyul 2013 / 01:53
?????

[cavab]

pol LeoPaRD 2 İyul 2013 / 01:59
Maraqlidi,

[cavab]

pol *_FaLCoN_* 2 İyul 2013 / 02:00
melumat ucun twk

[cavab]

pol Lonely_Boy 2 İyul 2013 / 13:28
DEYMEZ :)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2394 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az