Hesret saniyeleri
NARDARANLI
29 İyun 2013 / 18:17
Mən sənin qədrini bilsəydim
əgər, hər ləhzə,
İndi qəm çəkməz idim bir bu
qədər, hər ləhzə.
Sən gedərkən, ölərəm sənsiz,
əzizim, demişəm,
Dözdü qəlbim min ilə, bəs nə
təhər hər ləhzə?!
Xoşluğun, zövqün, həyat eşqin
ürək səndə tapıb,
Günlərim növbələşir sənsiz
hədər, hər ləhzə.
Qəlbi həsrət acısı verdi oda, illərlə
Qisməti oldu fəraq, qüssə, kədər,
hər ləhzə.
Çevrilib altına üstü bu cahanın,
sənsiz
Üz tutub məhvə, gedir narə
bəşər, hər ləhzə.
Ayrılıq yıxdı şirin arzu evin, çarə
nədir?
Qəm çəkir həm Şah özü, həm də
nökər, hər ləhzə.
Bir-birindən önə keçmək diləyən
saniyələr,
Səndən ötrü ötüşür şamu-səhər
hər ləhzə
[cavab]
_Ulduz_
29 İyun 2013 / 18:19
maraglidi.lehze ne dimeydiki?
[cavab]
NARDARANLI
29 İyun 2013 / 18:21
_Ulduz_, Lehze fars sözudur menasi saniye demekdir
[cavab]
_Ulduz_
29 İyun 2013 / 18:27
NARDARANLI, twk bunuda bildiy.muellif kim?
[cavab]
NARDARANLI
29 İyun 2013 / 18:29
_Ulduz_, Muellif Sahin Qurbanov
[cavab]
REHMAN142
29 İyun 2013 / 19:08
di twk-ler
[cavab]
Bölmeye qayıt
0.1399 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az