İNSANİN QELBİ TEMİZ OLMALİDİ

pol aynur653 29 İyun 2013 / 17:17
Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:

- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir?

Qoca suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

Gəncin sanki yarasına duz səpdilər:

- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.

Qoca dilləndi:

- Bilirsən, elə buranın camaatı da belədir.

Gənc artıq şəhərə daxil olmadı, kor-peşman yoluna davam etdi.

Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:

- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?

Qoca yenə suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

- Çox gözəl insanlar idi, baba. Alicənab, qonaqpərvər, mərd. Orda çox sayda dostum var. İnanın ki, onlardan heç ayrılmaq istəmirdim. O şəhərdə bir müddət yaşadığıma görə Allahıma çox şükür edirəm!

Qoca gülümsəyərək dedi:

- Bax, elə buranın camaatı da belədir.

Gənc şəhərin qapılarından daxil olub izdihama qarışdı. Baş verənləri izləyən yaxındakı karvanın rəhbəri olan tacir təəccüblə qocadan soruşdu:

- Axı iki insana eyni suala necə tam fərqli cavablar verə bilərsən?

- Oğul, hər kəs dünyasını öz ürəyində daşıyır. Gəldiyi yerlərdən özü ilə qəzəb, kin gətirən elə burda da eynisini tapacaq. Əksinə, qərib diyardan qəlbində sevinc, sevgi, Allaha şükür gətirən bəndə harada olursa olsun, yenə də xoşbəxt olacaq. İnsanlar ideal olmur. Onlar pis və yaxşı xasiyyətləri özlərində cəmləşdiriblər. Xoş yaxşını görüb, yaxşıdan yararlanıb, pisləri bağışlamağa bacaranların halına!

[cavab]

pol HuRReM_SuLTaN 29 İyun 2013 / 17:26
Dupbeduzdu raziyam

[cavab]

pol Djaka 29 İyun 2013 / 17:28
duzdu super

[cavab]

pol Golf 29 İyun 2013 / 17:29
Super.heyqi beledi o qocani bizim seherin gireceyine devet edirem.lazimdi:)

[cavab]

pol GIRYAN 29 İyun 2013 / 17:46
o, baba da özünə görə deyil haaaaa

[cavab]

pol vor1 30 İyun 2013 / 00:29
Bir sozle

[cavab]

pol (=ErRoR_DeMoN=) 30 İyun 2013 / 00:36
Cox Gozel Bir hekaye yazmisan.Bu Qocanin Dediyi Butun Sozler Duzdu.Gerek Hemiwe Nawukur Olmasin Insan.Bir Adamki Yaxwi Hislerle Yawasa Insanlarla Yola Getmeyi Bacarsa Herweyde Yolunda Olacaq.Gerek Hec Vaxtda ALLAHI Yaddan Cixartmayaq.Her Gunumuze Wukr Edek.Hekayeye Gore Tewekkur
red. (=ErRoR_DeMoN=) (30.06 /00:37)

[cavab]

pol aynur653 30 İyun 2013 / 00:45
(=ErRoR_DeMoN=), duzdu tsk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1517 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az