super weir

pol EMIN98 27 İyun 2013 / 21:12
Mən hamıdan gec öləcəm
Saatların əqrəbləri təmbəlləşir gündən-günə.
Zaman yoxmu, zaman varmı?
Ilk baharmı, son baharmı?
Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı?
Gizlimi, ya aşikarmı qocalıram gündən-günə,
Inan, aşağı endikcə ucalıram gündən günə.

Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam,
Yaddaşıma lənət olsun bu şəhərdə qoymur azam.
Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar,
Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə,
Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə.

Milyonların arasında tənhalığa qapılmışam,
Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam,
Cırılmış bir paltar kimi bədənimdən atılmışam,
Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə,
Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə.

Ağıllı anlamaz məni dəlilərin şairiyəm,
Dənizlərdə batım gedən gəmilərin şairiyəm,
Qığılcımla alovlanan zəmilərin şairiyəm.
Alovlanan zəmilərim külə dönür gündən-günə,
Yaxınlarım məzarlıqda gülə dönür gündən günə.

Gəncəm, amma qəlbim deyir:
-Qoca, yüzü vurdun başa
Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa!
Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa.
Yazı qışı aşa-aşa yaşayıram gündən-günə,
Daşıyıram yaraları qaşıyıram gündən-günə,
Ağacların yarpaqları, bax, tökülür gündən-günə,

Qurduğum arzulara bax, bax, sökülür gündən-günə,
Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə.
Amma yuxularım deyir, mən hamıdan gec öləcəm
Mən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam

sizce muellif kimdi?

[cavab]

pol *Romantic* 27 İyun 2013 / 21:14
Superdi

[cavab]

pol EMIN98 27 İyun 2013 / 21:14
he super weirdi

[cavab]

pol Ayla 27 İyun 2013 / 21:15
muellifi bilmirem ama super weirdi

[cavab]

pol EMIN98 27 İyun 2013 / 21:33
Mùellif QaraQandi. Yeni. Elxan Zeynalli.

[cavab]

pol *_HuRi_MeLeK_* 27 İyun 2013 / 21:40
EMIN98, dosi superdi

[cavab]

pol _Ulduz_ 27 İyun 2013 / 21:59
EMIN98, bildim ele onun olucey.

[cavab]

pol EMIN98 28 İyun 2013 / 02:58
_Ulduz_, he. Onun yazma terzi digerlerinden ferqlenir.

[cavab]

pol _Ulduz_ 28 İyun 2013 / 03:02
EMIN98, ama men onu hec beyenmirem.

[cavab]

pol EMIN98 28 İyun 2013 / 03:05
_Ulduz_, ne deyim herenin bir zövqù var. Men onu yox weirlerin, replerin beyenirem:)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1634 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az