*_Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır._*
cebisiko
27 İyun 2013 / 18:24
İnsan Uca ALLAHın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib,
sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
“Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” [Qiyamət surəsi, 36]
Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir.
Yenə Qurani-Kərimin bildirdiyinə görə, “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun
xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini)
görəcəkdir (cəzasını çəkəcəkdir).” [Zəlzələ surəsi, 7-8]
Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir.
İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu
dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu
sonsuz həyatın adıdır.
Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir
insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır.
Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca ALLAH sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq.
Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını
görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual
ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.
Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması
və sonsuz bir aləmə köçməsidir
AXİRƏTİMİZ GÖZƏL OLSUN İNŞA ALLAH...!!!
[cavab]
SoNSuZ_SeVGi
27 İyun 2013 / 18:31
superrrrrrr
[cavab]
_PaCHKeR_
27 İyun 2013 / 18:31
Amin.
[cavab]
xit*fermer
27 İyun 2013 / 18:36
superdi cebisko
[cavab]
cebisiko
27 İyun 2013 / 18:42
twk...
[cavab]
tutu
27 İyun 2013 / 18:51
twk...Amin..
[cavab]
1farm1
27 İyun 2013 / 19:36
[cavab]
Bölmeye qayıt