DINE AID MELUMATLAR
SoNSuZ_SeVGi
27 İyun 2013 / 18:23
Qiyamət günü zəlzələ zamanı dağılmayacaq yeganə məkan məsciddir. Allah tərəfindən peyğəmbərlərə 104 kitab nazil olmuşdur. 50 səhifə Şeysə (ə), 30 səhifə İdrisə (ə), 20 səhifə İbrahim peyğəmbərə (ə), Davuda (ə) Zəbur, Musaya (ə) Tövrat, İsaya (ə) İncil, Məhəmmədə (s) Quran nazil olmuşdur. Cənnətin qapıçısının adı Rizvandır. Cəhənnəmin qapıçısının adı Malikdir. Cənnətin səkkiz qapısı var. Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var. Şeytan dörd dəfə - ona lənət olunan, yer üzərinə atılan, Məhəmməd peyğəmbərliyə (s) seçilən və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir. Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar. Allahın adının min dəfə zikr olunduğu dua, "Cövşən-Kəbir" duasıdır. Yerin və göyün yaradılması altı gün çəkdi. Hər bir gün isə əlli min ilə bərabər idi. Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar. Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar. Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi. Namazı ilk vaxtda qılan şəxslərə Əzrayıl (ə) özü "La ilahə illəllah"ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır. Min aydan üstün olan gecə "Qədr" gecəsidir. Məhəmməd peyğəmbərin (s) buyurduğuna görə: "Cənnət dörd nəfərin intizarındadır"; onlar həzrət Əli (ə), Əbuzər Qifari, Salman Farsi və Miqdaddır. Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır. Namazın ən üstün hissəsi, uzun- uzadı qünut tutmaqdır. Əzrayıl (ə) gündə beş dəfə insanların üzünə baxır. Qiyamətin bir günü əlli min ilə bərabərdir. Həzrət Əlinin (ə) atasının adı İmrandır. Yer üzündə həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl- kürsi"dir. ("Bəqərə", 255-257) İnsana verilən ən üstün nemət ağıldır. "Aşura" ziyarətnaməsi İmam Baqirdən (ə) nəql olunmuşdur.
[cavab]
Fika
27 İyun 2013 / 18:27
SoNSuZ_SeVGi, TEWEKKURLER.........
[cavab]
SoNSuZ_SeVGi
27 İyun 2013 / 18:30
Fika, TEWEKKURE EHTIYAC YOXDU XANIM.BUNLARI BILMEK HERKESIN BORCUDUR:-))
[cavab]
NARDARANLI
27 İyun 2013 / 18:36
Hezret əlinin atasinin adi əbu Talib ibin Əbdul Mutellibdir Imam əlinin adi əli ibin əbu Talibdir
[cavab]
Excellent
27 İyun 2013 / 18:41
Allah razi olsun
[cavab]
SoNSuZ_SeVGi
27 İyun 2013 / 18:48
Excellent, allah cumlemizden razi olsun!!!!!!!
red. SoNSuZ_SeVGi (27.06 /18:49)
[cavab]
Bölmeye qayıt
0.1379 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az