Dostlar oxumadan kechmeyin..

pol Excellent 24 İyun 2013 / 20:16
Dostlar oxumadan kechmeyin..

Xəstəxanada iki nəfərli otaqda eyni xəstəlikdən əziyyət çəkən
iki adam yatırdı. Hər ikisinin xəstəliyi ölümcül idi, hər ikisin də
xəstəliyi eyni mərhələdə idi. Hər ikisi yataqdan qalxa bilmirdi.
Hər ikisinə eyni qulluğu göstərirdilər. Lakin aralarında 1 tək
fərq var idi. Onlardan birinin yatağı pəncərənin yanında idi,
digərinin yatağı isə telefonun yanında. Biri hər gün həyətə
baxa bilər, digəri isə istədiyi zaman həkimə zəng edib
çağırtdıra bilərdi. Zaman ötür, günlər keçirdi. Telefonun
yanında yatan xəstə hər gün darıxırdı. Pəncərənin yanında
yatan xəstə bunu görüb ona küçədə olanlardan danışardı.
İnsanların tez-tez getməsindən, günün çıxmasından, yağışın
yağmasından, yolda ötən maşınlardan və sair. Dünyada baş
verənlər haqda dostuna danışardı. Bir gün gecə pəncərənin
yanında yatan xəstənin halı pisləşir. Telefonun yanında olan
xəstədən xahiş edir ki, zəng edib həkimi çağırsın. Lakin
telefonun yanında yatan xəstə həkimə zəng etmir. Dostu vəfat
edir. Səhərisi gün, otağa yeni bir xəstəni gətirirlər. Telefonun
yanında olan xəstə xahiş edir ki, onu pəncərənin yanındakı
yatağa qoysunlar. Onun xahişini edirlər. Nəhayət o da
pəncərədən baxacaqdı. Lakin pəncərə sadəcə digər binanın
küncünə açılırdı və böyük qara divardan başqa heçnə
görsənmirdi.

P.S Paxıllıq insanın ən böyük düşmənidir. Onu rahat
yaşamağa qoymaz və daim günaha sürükləyər...

[cavab]

pol ROM@NTIK_AWK 24 İyun 2013 / 20:27
.......

[cavab]

pol Boss555 24 İyun 2013 / 20:34
Excellent, tekrar movzu olsada yenede yazdiqniza gore twk.

[cavab]

pol 1uReK 24 İyun 2013 / 20:38
LAP UREYIM AGRIDI YAZDIGINIZ UCUN SAGOLUN

[cavab]

pol Excellent 24 İyun 2013 / 20:59
deymez

[cavab]

pol Ayola 24 İyun 2013 / 21:51
bu 2sevgili arasinda olmusdu,o daha maraqliydi.ama twk

[cavab]

pol Dangerboy 24 İyun 2013 / 22:02
ela

[cavab]

pol endless_love 24 İyun 2013 / 22:23
ayyyy cox pis oldum, nece zalim imis heyf

[cavab]

pol k@rmen 24 İyun 2013 / 22:24
Excellent, maraqliydi twk

[cavab]

pol lio10 24 İyun 2013 / 22:24
men paxilam!!!!!!!!!!

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1692 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az