Gunahi terk etmenin yolu...

pol Excellent 24 İyun 2013 / 20:03
Günahi tərk etmənin yolu...

Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.”

İbrahim bin Ədhəm ona belə cavab verdi:
-"Beş xüsusiyyət var ki, onlara əməl edə bilsən günahlar sənə zərər etməz”. Həmin adam:
-“Buyur, ey Əbu İshaq” – dedi.
İbrahim bin Ədhəm dedi:
-“Ən birincisi əgər Allaha üsyan etmək istəsən onun ruzilərindən yemə.” Adam;
- “Nə yeyim? Dünyada nə varsa onun ruzilərindəndir”-dedi.
-“Bəs səncə birinin çörəyini yeyib sonra ona ağ olmaq bir kişiyə yaraşarmı?”-deyərək, ibn Ədhəm cavab verdi;
- “Yox, ikincisini de”
-“İkincisi, əgər Allaha üsyan etmək istəsən onun mülkündə yaşama”. Adam cavab verdi:
-“Bu daha çətindir. Onun mülkü olmayan yermi var?!”
- “Bəs səncə birinin çörəyini yeyib, mülkündə yaşayıb özünə də üsyan etmək insana yaraşarmı.”- dedi İbrahim bin Ədhəm. Adam;
- “yox, dedi- digərlərinidə de”
-“Üçüncüsü, onun ruzisini yesən də, diyarında gəzsən də (yaşasanda) əgər Allaha günah etmək istəsən elə bir yerdə et ki, səni Allah görməsin.”
-“Ya İbrahim, bu nə deməkdir. O gizlini də, aşikarı da görəndir.” İbrahim bin Ədhəm dedi:
-“Bəs onda bu insafdandırmı ki, Onun ruzisini yeyəsən, diyarında gəzəsən, və gözü qarşısında, O görə-görə ona üsyan edəsən..?”
-“Sən haqlısan, dördüncüsünü de” – deyə adam bidirdi
-“Dördüncüsü, ölüm səni aparmağa gəldiyi zaman ona de ki, gözlə günahlarıma tövbə edim, Allah üçün saleh əməllər işləyim sonra gələrsən...” Adam dedi:
-“Bunu məndən qəbul etməz...”
-“Əgər ölüm gələndə onu tövbə etməyin üçün saxlaya bilməyəcəksənsə nə üzlə sağ ikən günah işlədirsən”- deyən İbrahim bin Ədhəmə həmin adam;
-“Düz deyirsən, beşincini söylə.”- deyə cavab verdi.
-“Beçincisi, zəbanilər (cəhənnəm mələkləri) səni cəhənnəmə aparanda onlarla getmə” Adam dedi;
- “Onların əlindən kim qurtara bilər ki!?”
- “Elə isə cəhənnəmdən nicat tapmağa gücün yoxdursa nə üçün günah edirsən?” Kişi dedi:
-“ Ya İbrahim, bəsdir. Mən Allaha tövbə edirəm, ondan bağışlanma diləyirəm”

Beləcə o şəxs tövbəsinə sadiq qalaraq ibadətə sarıldı və xeyir əməllər sahibi oldu.

Bəs biz nə gözləyirik?

[cavab]

pol bad-boy1 25 İyun 2013 / 00:17
cox twk ALLAH RAZI OLSUN

[cavab]

pol *KisS_THe_RaiN* 25 İyun 2013 / 04:45
TeWeKKüR MöVZuÇüN,MaRaGLi iDi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.14 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az