yumor hissi olanlar,buraya. Supper futbol reportajı.
ErRoR_LovE
24 İyun 2013 / 05:02
Vaxtsız itirdiyimiz istedadlı rejissor Vaqif İbrahimoğlu mənə həsr etdiyi məqalədə yazmışdı ki, mən bütün janrlarda yazılar yazmışam, qalıb bir futbol reportajı. Mərhum dostumun bu fikrini yada salaraq yazdığım bu yazını qeyri- adi və xüsusi yumor hissinə malik olan Vaqifin işıqlı xatirəsinə ithaf edirəm.Hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri! Mikrofonlarımız Bayal şəhərinin Feyzi Bayal adına mərkəzi stadionunda qurulub. Buradan bu gün keçiriləcək tarixi oyundan canlı yayında reportaj aparırıq. Bu gün Bayalstan Cümhuriyyətinin yığma komandası Monqolustan yığmasını qəbul edir. Bu görüşün qalibi – milli takımımızın zəfərinə şübhəmiz yoxdur, –dünya futbol kuboku uğrunda yarışlara vəsiqə qazanacaqdır. Bu vəsiqəyə bu gün məhz bizim komandanın sahib çıxması şübhəsiz heç kəsdə şəkk-şübhə doğurmamalıdır. Monqolustan komandasıyla tanış olmadığım üçün, öz milli takımımızın tərkibini nəzərinizə çatdırıram, hörmətli tamaşaçılar və dinləyicilər. Qapıçı –ingiltərəli legioner Gen Bol, müdafiəçilər Rusiyadan Mixail Misgin, İvan İtgin və Pavel Çirkin. Yaımmüdafiəçilər italiyalı legionerlər Oragetdi, Buragetdi və Haragetdi... Hücumçular –afrikalı legioner Eybi Var, İsraildən Noxud Burax, Hindistandan Adda Budda və nəhayət milli iftixarımız,yığma komandamızda ölkəmizin yeganə təmsilçisi, Bayalstan futbolunun gələcək parlaq ulduzu Vur Tut. Oyunu çinli hakimlər Ay Hay, Vay Vay və koreyalı hakim Kim Çim İr idarə edirlər.Beləliklə oyun başlayır, 90 dəqiqəlik gərgin mübarizədən şanlı qələbə marşrutuna çıxacağımıza əminik. Artıq ilk uğurumuz göz qabağındadır. Oyunu məhz bizim futbolçular başlayır. İlk zərbəni mərkəz hücumçusu afrikalı Eybi Var edəcəkdir. Hakim fit verir. Eybi Var ilk zərbəylə topu Noxud Buraxa ötürür, amma top israilli oyunçuya çatmadan Monqolustan futbolçusu qabağa şütüyür, topu ələ, daha doğrusu ayağa keçirir. İrəliyə cumur, cərimə meydançasına daxil olur. Zərbə. Qol... Təəssüf ki, oyunda hesabı monqolustanlı rəqiblərimiz açdı. Amma bunun heç bir əhəmiyyəti yoxdur. İrəlidə hələ 88 dəqiqəlik oyun var. Heç bir şəkk-şübhə yoxdur ki, ən qısa zamanda futbolçularımız cavab topu vuracaq, sonra isə yenidən rəqib qapısını fəth edərək qabağa çıxacaqlar. Bu dəfə topu oyuna Adda Budda daxil edəcəkdir. Vur Tuta pas verir. Var Tut topu ələ keçirir. Bəli, təəssüf ki, məhz ələ keçirir, yəni əllə oynayır. Monqollar mərkəzi dairədən cərimə zərbəsi vuracaqlar. Aman Allah, belə uzaq məsafədən qapını necə sərrast nişan almaq olarmış. Futbolun Vətəni İngiltərədən olan legioner qapıçı Gen Bol heç gözünü qırpa bilmədi ki, top tora düşdü, iki sıfır. Hələ ki, monqollar qabağa çıxıblar. Amma yaxşı bilirsiniz ki, hörmətli tamaşaçılar və dinləyicilər, bu hələ heç nə demək deyil, hələ uzun bir vaxt ehtiyatımz var, şübhəsiz, bu təsadüfi qollar cavabsız qalmayacaq. Futbolsevərlər yaxşı xatırlayır ki, hələ keçən əsrdə dünya futbol çempionatında Şimali Koreya komandası xatirimdan çıxıb hansısa Latın Amerikası ölkəsinin qapıçısına elə oyunun başlanğıcındaca üç top vurmuşdu. Bütün dünya mat-məəttəl qalmışdı, amma oyun boyu Latın Amerikası futbolçuları nəinki üç topa üç cavab topu vurdular, hətta dördüncü topu rəqib qapısından keçirib oyunun qalibi oldular. Bizdə isə hesab hələlik, ancaq iki sıfırdır...yox... bağışlayın, artıq üç sıfır oldu...Reportajımızı davam etdirək. Havalar isti keçir, dənizdə çimənləri xəbərdar edirik ki, ehtiyatlı olsunlar artıq bir neçə əcnəbi turist dənizimizdə nərə balığına, yəni akulaya yem olub. Bir neçə dəqiqə də “Şəbnəm” meyvə şirəsinin reklamına yer veririk. Bizdən ayrılmayın. Beləliklə reklamdan sonra reportajımızı davam etdiririk. Əfsuslar olsun ki,reklam müddətində rəqiblərimiz qapımızdan daha iki top keçirə bildilər. Amma bu hələ oyunun birinci yarısıdır. Futbol azarkeşlərimiz –heç də məyus olmasınlar. Rəqiblərimiz qırx dəqiqə ərzində qapımıza beş top vura biliblərsə biz də qalan əlli dəqiqədə beş yox, altı top vurub qalib gələ bilərik. Buna komandamızın iradəsi, məharəti, fərasəti,qələbəyə sarsılmaz inamı əsas verir. Qisas qiyamətə qalmaz deyiblər, bizim qisasımız da on beş dəqiqədən sonraya –oyunun ikinci yarısına qalır.
[cavab]
ErRoR_LovE
24 İyun 2013 / 05:04
beyenilse,reportajın 2-ci hissesinide bu mövzuda qeyd edecem.
[cavab]
TENHA_MEZAR
24 İyun 2013 / 05:04
ay qaqaw bundan evvelki movzuya bax qaqaw o movzunun ustune men inanmirdimki 5 - 6 saat hec kim movzu acmaz
[cavab]
ErRoR_CoManDo
24 İyun 2013 / 05:12
QAQAM YAZ BURDA QIRILDIM GULMEYDEN WEBNEM.......PATALOKDAYAM
[cavab]
_AGUERO_
24 İyun 2013 / 05:22
Lap aztv-nin idman apapicisi kimi daniwdune :) o futbol serh elyende futboldan bawga ureyun istiyen movzuda daniwir ama bir o iwi yaxwidiki axirda wotu diyir
[cavab]
ErRoR_LovE
24 İyun 2013 / 05:22
ErRoR_CoManDo, ikinci hissesini sabah getirecem.
[cavab]
ErRoR_LovE
24 İyun 2013 / 05:24
_AGUERO_, hee düz deyirsen. Bu mövzuda ona atmaca atır,hemçinin azerbaycan millisindeki legonerlerin olmağına.
[cavab]
_AGUERO_
24 İyun 2013 / 05:27
ErRoR_LovE, pulun wotuna millimiz qirxayag addimlariynan ireliliyir ama hec bir xeyri yoxdu
[cavab]
ErRoR_CoManDo
24 İyun 2013 / 05:27
ErRoR_LovE, olsun..... NOXUD BURAX-da zordu
[cavab]
ErRoR_LovE
24 İyun 2013 / 05:39
_AGUERO_, ne vaxta qeder millinin başında xariciler (alman) olacaq,onda heç neye ümid etmeyek.
[cavab]
Bölmeye qayıt