Mezardaki Öluler
Hosted267
24 İyun 2013 / 03:49
Evimiz rəhmətlik babam tərəfindən inşa etdirilmiş.
Evin yerləşdiyi yerin torpağı babam çox ucuza
götürmüş. Quraq bir torpağı olmasından başqa
kimsənin bura talib çıxmamasının səbəbi
qəbiristanlığı görən tək təpəyə hakim olması idi.
Kiçik ellərdə qəbiristanlıq hekayələri üzündən bu və bunun kimi yerləri götürmək istəyən kimsə çıxmaz.
Evdə mən, anam, atam və yaşlı nənəm otururduq o
zamanlar. 3 qatlı evin ən alt qatı tövlə olaraq
düşünülmüş, amma heç istifadə edilməmiş. Biz
oranı kömürlük etdik. Üstdəki iki qatı birləşdirdik və
özümüz üçün rahat hala gətirdik. O səhər səhər namazı vaxtından bir az sonra oyanıb kömürlüyə
endim. Qəbiristanlığa su apardığımız vedrənin içinə
kömür tökülmüşdü. Onu təmizləməm lazım idi.
Vedrəni təmizləyib, quyudan su doldurmalıydım.
Sürətli olmalıydım çünki atam duşdan çıxmadan
əvvəl işləri həll etməliydim. Aşağıya endim və gördüklərim qarşısında çaşdım açıqcası.
Qəbiristanlıq ilk dəfə bu qədər ürkütücü idi.
Qəbiristanlığın ətrafı 2 metrlik qalın, beton divarla
örtülü idi. İki il əvvəl çəkilmişdi, beləcə inəklər, itlər
filan girə bilmirdi. Eyni boylarda dəmir cüt qanadlı
bir qapısı vardı. Bizim evin yerləşdiyi yüksək təpə xaric heç bir yerdən içərini görə bilməzdiniz. Kiçik
yer olduğu üçün ölənlərin çoxusunu tanıyırdım.
Hava yeni işıqlanırdı. Diqqətlə baxdıqda
qəbiristanlıqda kimlərinsə olduğunu gördüm.
Normalda bu vaxtlar kimsələr olmazdı orada. Arada
əsən külək qəbiristanlıqdan gələn səsləri qulağıma çatdırırdı. Yalnız xırıltılar eşidilirdi, səsləri çıxmırdı.
Birdən nə oldusa ordakılar qəribə hərəkətlər
etməyə başladı. O zaman bunların insan olmadığını
anladım. Bir neçəsi qapıya və divara dırmaşmağa
çalışırdı, sanki oradan xilas olmaq üçün. Amma hər
dəfəsində bir qüvvə onları dartıb yerə atırdı. Hətta bir gənc tam qapıdan atlayacağı sırada, o
görünməz əllərdən biri onu tutub yerə atdı, gənc
uşaqdan geriyə paramparça bir bədən qalmışdı.
Bəzilərinin paltarları onları boğur, kəfən şəklini
alırdı. Ölülər torpağa qarışıb qəbirlərə kimi
süründürülürdü. Bu hadisə o qədər qəribə bir şəkildə olurdu ki, kimisi yavaş yavaş əriyirdi, kimisi,
qaynar su tökülmüşcəsinə yerdə qıvrılırdı, kimisi
birdən göyərməyə başlayır, kimisi öz-özünə
alovlanaraq yanırdı. Bəzilərini isə qəbir daşlarının
yanından yabanı halda çıxan sarmaşıqlar boğdu…
Hadisə ən çox üç dəqiqə davam etdi. Üç dəqiqə sonra ətraf sakitləşdi. Torpaq bunları öz içinə elə bir
sürətlə götürürdü ki, qanın əmilməsi ən çox on
saniyə davam etdi və hər şey bitmiş oldu. Sonra o
qapı təkrar açıldı. Sanki heç bir şey olmamış kimi idi
ətraf. Bunu o zamanlar izah etdiyim kimsə
inanmadı. Mən də susmağı seçim etdim. Amma oların görünüşləri yaddaşımdan silinmirdi.
Ətrafdakı o qan qoxusu hələ də burnuma gəlir..
Buralarda qəbiristanlığa dair o qədər çox hekayə
izah edilər ki, bəziləri inandırıcı olur, bəziləri isə yox.
Mənə indi insanlar dəli kimi rəftar edirlər. Bəziləri
heç danışmır. Görməməzlikdən gəlmək daha asan olsa gərək. O gündən sonra mən heç əvvəlki kimi
ola bilmədim.
[cavab]
Melis
24 İyun 2013 / 03:51
Zehmeye hormet ucun twk amma bundanda qorxulusu yoxdu❓❔
[cavab]
Hosted267
24 İyun 2013 / 03:53
Melis, :( daha qorxululari vare Amma burda paylasmaq oLmur :/
[cavab]
elsun
24 İyun 2013 / 03:54
qaqam men bunun mutfilimine baxmiwam.
[cavab]
Melis
24 İyun 2013 / 03:55
Hosted267, istiyir urek dayandiran olsun yenede hec neden qorxmuram
[cavab]
Hosted267
24 İyun 2013 / 03:57
elsun, Ok
[cavab]
elsun
24 İyun 2013 / 03:57
sende baxmisan hee ?
[cavab]
elsun
24 İyun 2013 / 03:58
Hosted267, sende baxmisan bu mutfilme ?
[cavab]
Hosted267
24 İyun 2013 / 03:59
elsun, Yo
[cavab]
elsun
24 İyun 2013 / 04:00
Hosted267, hardasa bir hefte bundan qabaq star tv den verdiler )))
[cavab]
Bölmeye qayıt
0.1375 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az