10 QEYRI-ADI TESADUF
bad-boy1
23 İyun 2013 / 01:28
10-cu yer: Amerikalı astronavt Nil Armstronq Ayın
səthinə ilk ayaq basdığı vaxt dediyi ilk
söz : “ Sizə uğurlar, mister Qorski!”
olmuşdu. Uşaq vaxtı Armstronq
təsadüfən Qorski familiyalı qonşularının
mübahisəsini eşitmişdi. Missis Qorski ərinə belə demişdi: “ Qonşudakı uşaq
Aya uçar, amma sən bu işi görə
bilməzsən!” 9-cu yer: Şotlandiyada bir kəndin sakinləri “80
gün dünya ətrafında” adlı filmə
baxırdılar. Filmin bir səhnəsində, filmin
qəhramanları hava şarına mindilər və
göyə qalxdılar. Elə bu vaxt kəndlilər
qəribə səs eşitdilər. Məlum oldu ki, kinoteatrın damına hava şarı düşüb. 8-ci yer: İngilis ailəsi evlərində “Titanik” filminə
baxırdı. Titanikin aysberqlə
toqquşduğu anda bu evin üstünə buz
meteorit düşdü. 7-ci yer: 1944-cü ildə “Deyli teleqraf” qəzeti bir
krassvord çap etmişdi. Bu krassvord
müttəfiq qoşunlarının Normandiyaya
qoşun çıxartma əməliyyatının bütün
kod adlarından ibarət idi. Kəşfiyyat
“məlumat sızmasını” öyrənməyə başladı. Krassvordun tərtibçisi qoca bir
orta məktəb müəllimi idi. Və o, bu
qeyri-adi təsadüfdən hərbiçilərdən
daha çox məəttəl qalmışdı. 6-ci yer: İki ailə bir-birindən xəbərsiz iki əkiz
qardaşı övladlığa götürür. Hər ikisi
uşağının adını Ceyms qoyur. Qardaşlar
bir-birinin varlığından xəbərsiz
böyüyürlər. Hər ikisi hüquqi təhsil alır,
hər ikisi Linda adlı qızla evlənir, hərəsinin bir oğlu olur. Onlar bir-birini
ancaq 40 yaşında tapırlar. 5-ci yer: 1920-ci ildə 3 ingilis qatarda səyahət
edirdi. Onlar tanış olarkən məlum oldu
ki, birinin familiyası Binkhem, o birinin
Pauell, üçüncününkü isə Binkhem-
Pauell-dir. Onların heç bir qohumluq
əlaqələri yox idi. 4-cü yer hələ təyin olunmuyub. 3-cü yer: 1920-ci ildə amerikalı yazıçı Enn Perruş
bukinist mağasından uşaqlıqda
oxuduğu bir kitab aldı. Evdə kitabı
açarkən o ilk səhifədə belə bir yazı
gördü: “ Enn Perruş, 209 H, Yebber strit,
Kolorado Sprinqs “ . Bu onun özkitabı idi. 2-ci yer: İngiltərənin Çeşir qraflığında bir
supermarket var. Orada 15 nömrəli
kassada kim otursa, bir neçə həftədən
sonra hamilə qalır. Nəticə: 24 hamilə və
30 yeni doğulmuş uşaq. 1-ci yer: 1664-cü il dekabrın 5-də Uels sahilləri
yaxınlığında sərnişin gəmisi batır. Bir
nəfərdən başqa bütün gəmi heyəti və
sərnişinlər boğulur. Bu xoşbəxtin adı
Hyu Uilyams idi. Təxminən bir əsrdən
sonra, 5 dekabr 1785-ci ildə həmin yerdə başqa bir gəmi qəzaya uğrayır.
Yenə də ancaq bir adam xilas olur.
Onun adı . . . Hyu Uilyams idi. 1860-ci il
5 dekabrda həmin yerdə balıqçı gəmisi
batır. Bir balıqçı sağ qalır. Onun da adı
Hyu Uilyams idi.
[cavab]
Miraga_385
23 İyun 2013 / 01:41
eladi
[cavab]
EMIN98
23 İyun 2013 / 04:12
Eladi. Axirincidan bawqa hec birin oxumamiwdim
[cavab]
CHELSEA_FC
23 İyun 2013 / 04:22
Suppper. chox sag olun
[cavab]
Bölmeye qayıt
0.1311 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az