dj_Qubali

pol Qubali 21 İyun 2013 / 18:42
Sevən deyiləm
Ilk sevgi qəlbimdə əbədi qaldı,
Çılğın gəncliyimi əlimdən aldi.
Qəlbim yarpaq tək soldu,saraldi
İnan əvvəlki tək sevən deyiləm.




Həsrət
Qərib bir gecədə səndən uzaqda,
Küləklər həsrətli nəfəs kimidir ,
Sənsiz tənha qalmış sızlayan qəlbim
Darıxır ,hər tərəf qəfəs kimidir




Dərdim var

Gözlərim dikilib uzun bir yola
Kim deyər bu yolda kimim var mənim
Hamını güldürən sözüm-söhbətim
Özümü ağladan dərdim var mənim





Mən olmayanda

Tənha bir otaqda tək qalacaqsan
Pəncərə önündə dayanacaqsan
Mən gələn yollara boylanacaqsan
artıq bu dünyada mən olmayanda




Ürəyim

Sevgilim sıxılma mənim sözümdən
Mən səni sevirəm düzünü düyim
Sevirəm sözünü sənin dilindən
Eşitmək istəyir mənim ürəyim





Türkaysız
Yollara baxıram durub ahəstə
Sənsizlik könlümü eyləyib xəstə
Xanəndə oxuyur kəsmə-şikəstə
Mən isə xəyala dalmışam sənsiz




Qorxuram
Çıxmazdın yadımdan bircə an belə
Sən idin qəlbimin toyu-düyünü
Ömrümün ən gözəl anı sanardım
Səninlə üz-üzə gəldiyim günü





Vəfasız gozəl

Qədrimi bilmədin vəfasız gözəl
Hərdən xəyalında xatırla məni
Fikrindən ayrılıb dilxor olanda
Qüssədən gözlərin yaşla dolanda
Gəlin otağında sən tək olanda
Sən öz otağında xatırla məni




Susan sevgi
Yenə də rastlaşdı baxışlarımız
Bu susan sevgini dilləndirsənə
Axı nəyə lazım göz yaşlarımız
Nə olar görüşək söylə sən mənə.

[cavab]

pol Cinare 21 İyun 2013 / 18:43
Cox gozeldi

[cavab]

pol k@rmen 21 İyun 2013 / 18:43
yaxwida ama susan sevgi superdi

[cavab]

pol Qubali 21 İyun 2013 / 18:44
Cinare, senin qeder yoxxx

[cavab]

pol Qubali 21 İyun 2013 / 18:45
k@rmen, twk xanim

[cavab]

pol Cinare 21 İyun 2013 / 18:45
Qubali, twk cox sag ol

[cavab]

pol Qubali 21 İyun 2013 / 18:49
Cinare, olani dedim tewekkure ehtiyac yoxdu

[cavab]

pol _Ulduz_ 21 İyun 2013 / 18:55
derdim var,men olmayanda

[cavab]

pol Qubali 21 İyun 2013 / 18:58
_Ulduz_, twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2837 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az