Mentiq dersi(by Dilek)

pol Dilek 25 Avq 2012 / 21:03
Tələbələr növbəti tədris ilində yeni dərsin “Məntiq” olacağını öyrəndilər. Bu dərsi yaşlı bir professor aparmalı idi. Nəhayət, ilk dərs başladı və tələbələrdən biri söz istəyərək: — Professor, məntiq bizə nə öyrədir? – deyə soruşdu. Professor tələbələrin ona maraqla baxdığını gördü və: — Məntiqin insanların şüuruna göstərdiyi təsiri izah etmək çətindir. Ona görə də, bunu sizə bir misalla izah etmək istəyirəm, – deyərək sözə başladı: — Fərz edin ki, mədəndən iki adam çıxır. Birinin üst-başı tər-təmiz, o birininki isə kir içindədir. Sizin fikrinizcə, bunlardan hansı yuyunmalıdır? Tələbələr heç tərəddüd etmədən: — lbəttə ki, üstü kirli olan, – deyə cavab verdilər. Professor gülümsəyərək: — Məntiq isə bu suala cavab verməzdən əvvəl bunu soruşur: “Necə olur ki, eyni mədəndən çıxan iki nəfərdən birinin üst-başı tər-təmiz, o birininki isə kirlidir?..”

[cavab]

pol MaqnuM 25 Avq 2012 / 21:11
hekaye maraqlidi. Tesekkurler....
Uydaaaa buda hamiya mod dusdu eeee. Men acdigim forumda by:MaqnuM yazirdim. Indi hami yazir. Puah :]

[cavab]

pol Dilek 25 Avq 2012 / 21:16
MaqnuM,daha yazmiram Platonun cavablari,soz yarasi movzusunda yazmamisam.

[cavab]

pol Memo 25 Avq 2012 / 21:24
Dilek,maraqlidir.,tesekkurler.

[cavab]

pol MaqnuM 25 Avq 2012 / 21:25
Dilek, zarafat etdimee. Incimeyin

[cavab]

pol CHELSEA 27 Avq 2012 / 07:09
Ailem jurnalinda oxumuwdum..eladi

[cavab]

pol *K_I_L_L_E_R* 3 Yan 2014 / 20:24

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.136 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az