...:::ELADI:::...
Lonely_Boy
16 İyun 2013 / 17:11
Sevərsən...Çox sevərsən həm
də...Canından keçməyə hazır
olarsan,
onu bir sirr kimi saxlarsan
hamidan.
Telefon əlində ya şəkillərinə
baxarsan
ya da gözlərini yumum xəyal
edərsən.
Həm də hər şeyi gələcəyini,
qocalığınızı aglınıza gələcək hər
şeyi. Telefon hər
saniyə əlində olar zəng edər ya da
mesaj yazar deyə.Sonra yavaş -
yavaş
ən yaxınına danışarsan ondan
gözündən, gülüşündən,
xasiyyətindən,
danışığından. Üzün gözün gülər
hər ağlına o gəldikcə.Və beləcə bir
müddət
davam edər. Heç düşünməzsən ki,
görəsən o da orda sən keçirdiyin
hissləri keçirirmi? Heç
düşünməzsən ki,
Sənin sevdiyinin 1000də 1i qədər
sevirmi heç ? Ya da düşünmək
istəməzsən, çünki bəlkə də
əvvəldən
cavabları bilirsən amma yenə də
ümid
edərsən ki yalandı..Keçən yazımda
da
yazmışdım İnsanları bəlkə də
məhv
edən elə Ümidlərdi. Görüşünə
gedərsən
baxmağa belə qıymarsan, sözünü
belə kəsməyə qıymazsan, qəlbini
qırar səsini
çıxarmazsan üzülməsin deyə.
Sonra bir
gün əlindən tutar heç
buraxmayacaq
kimi evə gələndə qoxusunu hiss
edərsən anlayarsan birdən yaşaya
bilmirsən o olmadan. O da özünü
elə aparar sanki sənsiz nəfəs
almırmış kimi
gələr sənə. Sonra bir gün bu sehir
pozular ozü də " O " canından çox
sevdiyin, səsiylə, nəfəsiylə
yaşadığın
həmin o insan pozar bu sehri diri
diri
öldürər səni...Xəyanəti ni
öyrənərsən, sevib də sevgisinə
sahib çıxmadığını
öyrənərsən. Gedər səndən heş
ölçə
bilmədiyin qədər uzağa gedər.
Gözləməyə başlayarsan, sonuna
qədər
heç usanmadan gözlərsən. Sonra
Bakı
daralar sənə 1 kibrit qutusu qədər
balaca gələr sənə. Hər küçəsində,
hər
döngəsində, hər məhləsində, heç
getməyəcəyini bildiyin yerlərdə
belə
axtararsan Onu. Tapmayacağını
bilə -
bilə. Yenə də anlamazsan hər an
hər
saniyə öldüyünü...Anla mazsan ən
başında öz əlinlə özünə qəbir
qazdığını.
[cavab]
Seyfu
16 İyun 2013 / 17:38
Əslində insan ümidlərlə yaşamalıdır,ancaq boş ümidlərlə yox.
[cavab]
@_T_E_N_H_A_@
16 İyun 2013 / 18:01
Gozel
[cavab]
tural84
16 İyun 2013 / 18:37
bax mende bu cur olmuwdum
[cavab]
EMIN98
16 İyun 2013 / 18:42
Eladi...
[cavab]
Bölmeye qayıt
0.1697 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az