(magiya)
Samir**
15 İyun 2013 / 00:39
Magiya (latınca magia, yunanca
μαγικός — sehrbazlıq) — qədim
dini görüş forması. Magiya
elementləri əksər xalqların dini
adət-ənənəsində öz əksini tapıb.
Tərif və Məna
Magiya sözü qədim Azərbaycan
tayfalarından olan maqların adı
ilə bağlıdır. Belə ki, qədim
dövrlərdə məhz maqlar sehr və
əfsunla məşğul olduqlarına görə
qədim yunanlar bu cür əməlləri
"maqların əməli" anlamında
"magious" adlandırıblar. Zaman
keçdikcə həmin söz latınların da
dilinə keçib və magiya şəklində
bir çox dünya xalqarının dilində
bu gün də işlənməkdə, maqların
adını yaşatmaqdadır.[1][2]
Fövqəlbəşər gücləri istifadə ilə
təbii prosesə müdaxilə edilməsi,
təbiət qanunlarına zidd nəticələr
əldə etmək üçün bəzi gizli və sirrli
əməliyyatlar edilməsidir. Magiya
məqsədinə görə iki yerə ayrılır:
1. Ağ Magiya: Zərərsiz,
öldürücü nəticələri olmayan
sehrdir.
2. Qara Magiya: Zərərli,
öldürücü nəticələri olan
sehrdir.
Magiya anlayışı yer üzündə hər
din və inancda mövcuddur. Bu
insanoğlunun öz sərhədlərini və
gücünü aşan vəziyyətlərə
müdaxilə etmə arzusunun bir
nəticəsidir. İslam dini cadunu
dəqiq bir şəkildə qadağan etmiş
və zərərlərindən Allaha
sığınılması lazım olduğu
vurğulanmışdır.
↑Bir bölüm geriyə dön
Bağı
Bağı - türk və altay
mifologiyasında sehr, cadu, efsun
deməkdir. "Bayı" olaraq da
deyilər. Bağıçı, Bağışı sözləri
sehrbaz mənasını verər.[3]
Anadoluda "Büyü" halına
çevrilmişdir. Bağlamaq sözü ilə də
əlaqədardır. Məsələn "ağızını
dilini bağlamaq"... Bağ sözünün
düyün mənası da vardır ki,
əvvəllər ovsunlar düyünlər ilə
edilməkdədir. "Düyünlərə
üfleyenlerin pisliyindən..." (Quran-
ı Kərim, Fələq 4.) Baxmaq (fal
baxmaq) sözüylə də əlaqəlidir.
Anadoluda "Bağnaz" (fanatik)
sözü də bir şeyə bağlanmış
mənasını verər və "bağılanmış
(ovsunlanmış)" deməkdir. Bag
kökü Tunguscada ağlıq ifadə
edər. Bağ/Mağ kökü bir çox dildə
sehrlə əlaqəli mənaları olan
sözləri türetir. Cəlal Bəydilinə görə
Maqus/Magus (sehr) sözü Bağ/
Mağ kökü (və Bağı sözü) ilə
əlaqəlidir.[4]Baxşi sözü de bu
kökdən törəmişdir. Baqı/Bakı/
Baxı isə fal deməkdir.
Slavyan dillərində, "boğ", "bog",
"boh" və "bug" şəkillərində rast
gəlinən və ilk mənası "bogat"
sözü ilə əlaqələndirilərək
Türklərlə təmasla halında olmuş
Şərq Avropa dillərində rast
gəlinər. Miladdan əvvəlki əsrlərə
aid Ön Asiya yazılarında bilinən
ən ulu ilahi varlığın adı "Bag-
Maştu" şəklindədir. Urartuda isə
belə bir ilahi varlığın yoldaşı də
yenə "Bag" sözünden ortaya
çıxmış adla "Bag-Bartu"şəklində
xatırlanır.
Türk xalqlarının ənənəvi
görüşlərdə, "Bag/Mag" (Bay/May)
kökündə çox sayda mifoloji
varlıq, ruh və təbii obyektlərin
adları mövcuddur. "Mag" (Magiya)
anlayışının kökü də "Bag-Mag"
təməlinə əsaslanır.
[cavab]
OpErA1
15 İyun 2013 / 00:45
aranizda magiyaya inanan var?
[cavab]
computer
15 İyun 2013 / 00:48
yox prosta istedadirdaaaaaaaaa
[cavab]
magaza
15 İyun 2013 / 00:49
OpErA1, dun desem yox belkemde magiya yeni sehirbazlar movcuddur kim bile beler
[cavab]
Bölmeye qayıt
0.1767 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az