ureyle aglin sohbeti buyurun oxuyun

pol Fidan-memmedova 14 İyun 2013 / 23:44
Ürək

Zülmət bir gecədə, tənha sevgilim,

Bilmirəm mən niyə, döyünməkdəyəm.

Yenə də mən sənsiz, kədər libasın,

Bürüyüb köksümə, geyinməkdəyəm.

Ağıl

Sevgini dəfn edib, yatsan yaxşıdır,

Var ömrün sevməyə, baxsan nə qədər.

Sovurub gəncliyi, arxada qoyma,

Keçirmə ömrünü, mənasız, hədər.

Ürək

Bir ömür nədir ki, olsa yüz ömür,

Həsr edərəm eşqə, heç düşünmədən.

Sən məndən aslısan, mən səndən deyil,

Düşünə bilmərsən, mən döyünmədən.

Ağıl

Bircə sualıma cavab ver mənim,

Nə üçün sevirsən, axı sən onu?!

Düz deyil bu istək, inan ki, səni,

Uçruma aparır bu eşqin yolu.

Ürək

Hər zaman, sən boş-boş, düşünməkdəsən,

Sən hardan biləsən, məhəbbət nədir.

Yoxdursa məhəbbət, insan canında,

Yaşamaq mənasız, ürək heçnədir.
Ağıl

Sənin yaşadığın, sevgi deyil ki,

Sadəcə yaşanan, ötəri hissdir.

Səninlə birlikdə, dünyaya gələn,

Gözəlliyə olan, tamah, nəfisdir.

Ürək

İnan yanılırsan, düz düşünmürsən,

Ən əziz varlıqdır, gülüm gözümdə.

Onsuz bu həyatda, yaşamaqdansa,

Ən asan bir yoldur, ölüm gözümdə.

Ağıl

Ölüm Allah əmri, ölməkdən demə,

Gəl günah işlətmə, gəl günah etmə.

Yaşadan bir eşqin, arxasınca get,

Öldürən sevginin, ardınca getmə.

Ürək

Ağıldan da qabaq, insanda ürək,

Sevgini gözlərdən, bilən deyilmi?!

İndi sən cavab ver, bu sualıma,

Aşiq eşqi üçün, ölən deyilmi?!

Ağıl

Məhəbbətin ilkin, qanunu budur,

Səni sevən kəsi, sevəsən gərək.

Ölməyə dəyərmi, qərarın verib,

Sonra sevgin üçün, öləsən gərək.


Ürək

Sənin düşündüyün bu yolu seçsəm,

Əhdə dönük çıxam, sevməyəm gərək.

Məhəbbət də, ağlın əsiridirsə,

Onda nəyə lazım, insanda ürək.

Ağıl

Onunla bir dəfə, danışmısan heç,

Biləsən ürəyi necədir, nədir.

Bəlkə o sadəcə, şeytan donunda,

Mələyə bənzəyən, bir pərvanədir.

Ürək

Bir dəfə kənardan, onu görməyim,

Mənimçün bir ömrə, dünyaya dəyər.

İlahi gözəllik, vardırsa onda,

Yəqin ki, qəlbi də, üzünə bənzər.

Ağıl
Gəl aldanma onun gözəlliyinə,

İnan, hər şey demək, deyil gözəllik.

Gözəlliyin əymədiyi qaməti,

Əyib qarşısında ağılla, bilik.

Ürək

Mən belə sözləri, çox eşitmişəm,

Sanma ki, mənimçün bu bir qayədir.

Bunlar sənin kimi, düşünənlərin,

Uydurduğu nağıl, bir hekayədir.


Ağıl

Daha söyləməyə sözüm yox sənə,

Bilirəm yolundan, dönməyəcəksən.

Toruna düşərək, bu məhəbbətin,

Allahı çoxdandır, tərk etmisən sən.

Ürək

Sənin sözündəki, həqiqət qədər,

Mənim ürəyimdə , məhəbbət vardır.

Amma, nə edək, səni yaşadan mən,

Məni yaşadansa, sevgidir, yardır.

Ağıl

Əsiri olmuşam, hissinin sənin,

Almısan əlimdən, qərarımı sən.

Qanun səninkidir, qərar sənindir,

Daha bundan sonra, özün bilərsən.

Ürək

Sevgimin məhkumu olsam da belə,

Bu yolda qərarım, qətidir qəti.

Ruhum nə qədər ki, yaşayacaqdır,

Qoruyacam mən də, bu məhəbbəti

[cavab]

pol endless_love 14 İyun 2013 / 23:46
-di

[cavab]

pol Cavad_N_417 14 İyun 2013 / 23:46
bunun ozeti var?bu cox uzunduye :P

[cavab]

pol Fidan-memmedova 14 İyun 2013 / 23:47
Cavad_N_417, bilmirem eee

[cavab]

pol Fidan-memmedova 14 İyun 2013 / 23:47
endless_love, twk

[cavab]

pol Cavad_N_417 14 İyun 2013 / 23:50
Fidan-memmedova, özum oxudum daha,qewehdi twkler

[cavab]

pol Fidan-memmedova 14 İyun 2013 / 23:52
Cavad_N_417, sizede zehmet cekib oxudugvuz ucun twk

[cavab]

pol _Ulduz_ 15 İyun 2013 / 00:05
elaaaa Fidawka.

[cavab]

pol Fidan-memmedova 15 İyun 2013 / 00:08
_Ulduz_, twk baci

[cavab]

pol Alik77 15 İyun 2013 / 01:21
Əllərin var olsun.maraqlıdı

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1421 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az