Xoşbəxtlik sənsən əslində
samka
22 Avq 2012 / 01:07
Əvvəlcə Allahdan həyat istədim
O mənə qaranlığı verdi
Sonra Allahdan işıq istədim
Həmin gün mən doğuldum
Amma bu işıq çox parlaq oldu
Və mən qorxdum, ağlamağa başladım
Allaha yalvardım ki, məni qorusun
Elə həmin dəqiqə anam məni qucaqladı
Və mən sakitləşdim, sonra Allaha şükür elədim
Onda Allah mənim gözlərimi açdı
Başladım gülməyə, sonra böyüməyə
Hər kəs kimi, və bir gün, bir gün
Allahdan xoşbəxtlik istədim
Amma səs gəlmədi
Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi
Onda anladım ki,xoşbəxtliyimi özüm tapmalıyam
Və başladım axtarmağa
Gücdə,şöhrətdə,qızılda,kitabda,elmdə
Hər yeri gəzdim,dolaşdım
Hər kəsdən soruşdum
Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər
Və hər dəfə xoşbəxtlik sandığım qapıları
Var gücümlə döyəndə
Qapıları açan olmadı
Açılanlarda da xoşbəxtlik olmadı
Tapa bilmədim və yorulub başladım qayıtmağa
Yolda qoca, müdrik bir dərvişlə rastlaşdım
Və dedim : Xoşbəxtlik yoxdu
O isə dedi : Sən onu qıraqda axtarırdın
Amma xoşbəxtlik sənin içindədir
Mən inanmadım,onda dərviş əlimi götürdü
Və sinəmə qoydu
Dedi : Qulaq as,döyüntünü eşidirsən
Bu sənin xoşbəxtliyindir qapını döyür
Elə isə aç qapını...
[cavab]
Golf
22 Avq 2012 / 02:00
Men acdim qapini in$allah geler...twk.
[cavab]
samka
22 Avq 2012 / 02:23
Golf, dəyməz
[cavab]
(=ILQAR=)
29 Sen 2013 / 00:16
maraqlidi
[cavab]
A_ceyhun
29 Sen 2013 / 00:48
hm maraglidi
[cavab]
O(e)GELECEK
29 Sen 2013 / 01:46
Salam aleykum en gozel xowbextlik BABELLAH yeni allahin qapisidi bu qapida olan xowbextlik hec yerde yoxdi olmayib olmayacagda buna milyon faiz eminem. adi bir misal. hansisa dovlet memurunun yanina get ya deyer 1 gunden soram gel ya 5 sata gel amma Allahin get 15 saniye cekmir destamaz al kec iceri ne sene deyerler 1 gune gel nede 1 sahata gel gunun 24 sahatin allahin qapisi senin uzuve acigdi kec iceri ureyunde ne sozun var TOKKINEN ZATI HUQUQININ QABAGINA vehdehul uleyhil vesile
[cavab]
O(e)GELECEK
29 Sen 2013 / 01:47
onuda deyim xowbextliyun dilde dimeynen gelmez emelinin duzeltmeknen geler
red. O(e)GELECEK (29.09 /01:49)
[cavab]
A_ceyhun
29 Sen 2013 / 02:36
O(e)GELECEK, duzdu
[cavab]
(=LoTu_QaQa=)
29 Sen 2013 / 02:41
[!](Bu mesajda tehqir yox idi,kef ele):Antitehqir Sistemi
[cavab]
Bölmeye qayıt