*_Bərəkət_*

pol cebisiko 13 İyun 2013 / 02:50
Bir gün Musa əleyhissəlam bir kənddə var- dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin- şirin söhbət edirlər. Söhbət əsnasında həmin şəxs deyir :

-Malım, dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah var- dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal dövlətim o qədərdir ki, qorxuram onlarla məşğul olmaqdan ibadətə vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət verin. Neyləyim ki, var- dövlətim getdikcə azalsın?

Həzrəti Musa deyir:
— Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə- gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini qəbul edir. Aradan bir xeyli müddət keçir. Həzrəti Musanın yolu yenə bu kənddən düşür. Gəlib həmin adamı tapır və vəziyyəti soruşur. Adam deyir :
— Siz mənə məsləhət verib getdiz. Mən də sizin dediyiniz kimi etdim. Amma Allah təala siz gələnə qədər birə beş verirdisə, siz gedəndən sonra birə on verdi. Var- dövlətim azalmadı, əksinə artdı.
Həzrəti Musa deyir :
— Hələ bir göstər görüm necə yeyirsən?
Adam gedib ətəklik gətirir. Səliqə ilə boynuna bağlayır. Beləcə tökülən çörək qırıntıları da yerə düşmürdü. Sonra o qırıntıları da ətəkdən yığıb yeyir. Bu hadisəni görən Həzrəti Musa ucadan gülür və deyir :
— Mən məsləhəti verəndə düşünmüşdüm ki, sən gəzə- gəzə yeyəndə qırıntılar yerə dağılacaq, onunla da sənin evinin bərəkəti gedəcək. Amma mən hardan biləydim ki, sən çörəyin tozunu da yerə tökməyəcəksən. Evinin bərəkəti də elə buna görə artır.

[cavab]

pol _Ulduz_ 13 İyun 2013 / 02:53
ibretamiz!!!

[cavab]

pol Fidan-memmedova 13 İyun 2013 / 02:54
Twk super

[cavab]

pol cebisiko 13 İyun 2013 / 02:58
haminiza twk.

[cavab]

pol Canpolad 13 İyun 2013 / 02:58

[cavab]

pol [MaNiAc_KiLLeR] 13 İyun 2013 / 03:04
Tekrar!

[cavab]

pol Qubali 13 İyun 2013 / 03:08
Bir gün Bəhlul Danəndə eşşək sürüsünü götürür və ÖZÜDƏ EWWEYİN BİRİN MİNİB uzun səyahətə çıxır.Onun 12 ewweyi var idi..BİRAZ YOL GEDENDEN SORA EWWEKLERİ SAYIR.GÖRÜR 11EWWEK VAR..EWWEKDEN DÜWÜR ve SAYIR GÖRÜRKİ,12EWWEK OLDU..HƏLƏ HEY FİKİRLEWİR TAPA BİLMİR. . .
MƏN EWWEKDEN DÜWEN KIMİ 12OLUR,EWWEYE MİNEN KİMİ 11OLUR..YOLDA BİR DERVİWE RAST GELİR...BU EHVALATI DERVİWE DANIWIR.DERVİW SORUWUR:-SƏN ÖZ MİNDİYİVİ NİYE SAYMIRSAN?
BEHLUL DANENDE DEYİR:-MİNDİYİMİ SAYMIRAM))))

[cavab]

pol [MaNiAc_KiLLeR] 13 İyun 2013 / 03:14
Tekrar!!

[cavab]

pol Qubali 13 İyun 2013 / 03:15
[MaNiAc_KiLLeR], nə təkrar?!MODERSƏN?

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1651 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az