Komandirim qaçıb dostumu gətirə bilərəmmi?

pol cebisiko 12 İyun 2013 / 13:40
Müharibənin ən qanlı günlərindən biri...Bir əsgər,dostunun bir az irəlidə qanlar içərisində yerə düşdüyünü gördü.İnsanın başını bir saniyə belə qaldıra bilməyəcəyi güllə yağmuru altındaydılar.Əsgər komandirinə doğru qaçdı:

- Komandirim qaçıb dostumu gətirə bilərəmmi?

"Hər halda dəli olub" deyə düşünən komandir:

- Getməyə dəyərmi? Dostun qanlar içində, güllədən deşik-deşik olub, böyük ehtimal hətta ölüb. Öz həyatını təhlükəyə atma dəyməz. Onsuzda ölüb. - Dedi.

Əsgər təkid etdi. Komandir:

- Yaxşı - dedi. Get onda.

İnanılması çətin idi,əsgər o qorxunc güllə yağışı altında dostuna çatdı. Onu kürəyinə alıb, qaça-qaça qayıtdı. Birlikdə sipərin içinə düşdülər. Komandir qanlar içində olan əsgəri müayinə etdi. Sonra onu sipərin içinə çatdıran əsgərə dönüb:

- Sənə dəyməz. Həyatını təhlükəyə atmağa dəyməz dedim. Onsuz da ölüb.

- Dəydi komandirim, dəydi. Dedi əsgər.

- Necə dəydi? Bu adam ölüb. Görmürsənmi?

Əsgər komandirm baxaraq:

- Yenədə dəydi komandirim. Çünki, yanına çatdığımda, hələ ölməmişdi. Onun son sözünü eşitmək, dünyaya dəyərdi mənim üçün.

Və dostunun son sözlərini hıçkıraraq təkirarladı:

- "Dostum, gələcəyini bilirdim".

Bəs siz sonunda ölüm olsa belə, bu hərəkəti edərdinizmi?

[cavab]

pol Canpolad 12 İyun 2013 / 13:52
cebisiko, elaaaaaa yaxwi dostcun ederemmmmm :)

[cavab]

pol @miris@ 12 İyun 2013 / 14:03

[cavab]

pol *Fenerbahce* 12 İyun 2013 / 14:46
Yaxin dostum ucun heee

[cavab]

pol Polad-PN 12 İyun 2013 / 15:14
Superdi coci klas

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1872 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az