qisa hekaye (ata ve ogul)

pol Fidan-memmedova 12 İyun 2013 / 05:04
Bir kişinin bir oğlu olur. Atası görür ki,oğlu gündən günə daha da məşğuliyyətsiz olur, ancaq yeyir-içir, gəzir, heç kəsə qulaq asmır, oğlunu yanına çağırıb deyir: Oğul, sən artıq belə yaşamaqdan əl çək, həyatını düzəltməyə çalış, insanlara yaxşılıq elə. Oğul isə atasına cavab verir: Ata mən artıq düzələcəm,həyatımı dəyişəcəm. Sonra isə gətirib atasına bir taxta parçası verir və deyir ki, bundan sonra sən mən elədiyim hər səhvə görə bura bir mismar vur. Ata razılaşır. Bundan sonra oğlu yenə də əvvəlki işlərinə davam eliyir, atasına verdiyi sözə isə əməl etmir. Atası isə oğlunun elədiyi hər səhvə görə taxtaya bir mismar vurur. Bir müddətdən sonra oğlunu yenə yanına çağırıb deyir: Oğlum bax bu sənin mənə verdiyin taxta parçasıdır, mismardan taxtada yer qalmayıb. Amma sən yenə də öz işlərivə davam eliyirsən. Oğlu bir az fikirləşir və deyir: Ata haqlısan,amma bundan sonra düzələcəm, sən də mənim elədiyim hər yaxşı iş üçün bir mismar çıxardacaqsan. Atası razılaşır. Bundan sonra oğlu həqiqətən də düzəlir, atası da onun elədiyi hər yaxşı işin əvəzində taxtadan bir mismar çıxardır. Bir müddətdən sonra ata yenə də oğlunu yanına çağırır və taxtanı göstərir. Oğlu deyir: ata görürsən taxtada mismar qalmayıb. Ata isə cavab verir: Oğlum düz deyirsən taxtada mismar qalmayıb amma mismarın yeri qalıb...

[cavab]

pol Canpolad 12 İyun 2013 / 05:06
Elaaaaa geceniz xeyre qalsin men gedim yatim

[cavab]

pol **gozel*** 12 İyun 2013 / 05:06
Heyatda qarda yeriyib izini belli etmiyenler coxdu..

[cavab]

pol EMIN98 12 İyun 2013 / 05:12
Ona görede yaxwiliq yadda qalmir tez itir. Amma pislik edende hemiwe izi qalir.

[cavab]

pol Fidan-memmedova 12 İyun 2013 / 05:26
EMIN98, duzdu yaxwilig tez yaddan cixir ama pislik hec vaxt

[cavab]

pol Fidan-memmedova 12 İyun 2013 / 05:27
**gozel***, olar hecde day

[cavab]

pol EMIN98 12 İyun 2013 / 05:36
**gozel***, amma bezen qar özù itirir izi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2074 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az