..::Super Hekayə::..

pol aze 21 Avq 2012 / 04:12
Təxminən saat 8:30 radələrində
80 yaşında nurani bir qoca baş
barmağındakı tikişi sökdürməyə
gəlmişdi. Görünürdü ki, o çox
tələsir, o titrək səsi ilə saat 9:00-
da vacib işinin olduğunu bildirdi.
Mən təəssüf hissi ilə ondan
gözləməyini xahiş etdim, çünki
bütün həkimlər məşğul idilər və
onu 1 saata ancaqqəbul edə
bilərdilər. Ağsaqqal kədərli halda
tez-tez saata baxırdı və bu məni
təsirləndirdi. İşim olmadığı üçün
onun barmağına baxmağı qərara
aldım. Barmağını müayinə edən
zaman biz onunla bir az söhbət
etdik. Mən marağımı gizlədə
bilmədim və soruşdum:
— Yəqin siz başqa bir həkimə də
getməlisiniz, ona görə belə
tələsirsiniz?
— Xeyr, belə deyil. Mən saat 9-da
xəstəxanada olmalıyam.
Yoldaşımın səhər yeməyini
verməliyəm.
Bu zaman mən ondan yoldaşına
nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda
Alçqeymer xəstəliyi tapıblar...
Mən saata baxıb soruşdum: -Bəs
siz geciksəniz o narahat olmaz ki?
Qocanın sözləri məni
təəccübləndirdi: Yoldaşım məni
artıq 5 ildir ki, tanımır, hətta
mənim onun nəyi olduğumu da
xatırlamır. O yaddaşını itirib.
— Buna baxmayaraq siz hər səhər
ora gedir, ona qulluq edirsiniz?
Axı o sizi tanımır? Niyə bu qədər
əziyyət çəkirsiniz?
Qoca gülümsünərək cavab verdi:
— O məni xatırlamır, mən ki, onu
xatırlayıram.
Mən göz yaşlarımı güclə saxladım,
qoca gedəndən sonra uzun
müddət özümə gələ bilmədim: Bu
ki, mənim daim axtardığım
sevgidir”
Hətta elə ağır xəstəliyinə
baxmayaraq o qadın xoşbəxtdir,
çünki onu sevən belə insan var... ♥

[cavab]

pol Golf 21 Avq 2012 / 04:24
Suuuupeeeer..twk.men hemiwe demiwem.sevgi her yawda her haliyla gözeldir.gerek sevmeyi bacarasan...

[cavab]

pol aze 21 Avq 2012 / 04:27
Golf,təşəkkür....həyat kimi sevgidə gözəldi,təbiiki sevən üçün

[cavab]

pol красавцик 21 Avq 2012 / 06:33
Halaldi bele insanlara özüm ölüm

[cavab]

pol _13_ 25 Avq 2012 / 22:13
kaskı meni de bele derin bi mehebbetle seven olardi. Hekaye eladi,cox tşkler

[cavab]

pol MaqnuM 25 Avq 2012 / 22:28
bu movzunu sehv salmiramsa men yazmisam....
Amma yene de tesekkurler

[cavab]

pol A_ceyhun 7 Okt 2013 / 13:38
heqiqetende halaldi ama teesufki ele sevgiler yawli nesilnen mezara gedib

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1262 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az