..::Verdiyiniz Vəd::..

pol aze 21 Avq 2012 / 04:05
Siz də verdiyiniz sözdən ötrü belə
qurban verərdinizmi?
Ulu baba sayılıb-seçilən kişilərdən
idi.Hamı onu mərd, verdiyi sözdən
dönməyən biri kimi yanıyırdı.Bir
gün nəsli düşmənləri tərəfindən
təqib olunan imamlardan birinin
yeniyetmə nəvəsini gizlincə onun
yanına gətirib deyirlər:
-Ya Seyid, bu imam övladını hər
yerdə axtarırlar.Tutsalar dərhal
öldürəcəklər.Çarəsiz qaldığımız
üçün sənin yanına gətirdik.Gərək
bu oğlanı bəla sovuşanadək
evində qoruyub saxlayasan.
Ulu Baba yeniyetmə oğlanı
alaçığına qəbul edib, onu
gətirənlərə belə cavab verdi:
-Əgər mənə etibar edib onu bura
gətimisinizsə, arxayın ola
bilərsiniz.Söz verirəm ki, onu
qoruyacam və məqam çatanda
sizə sağ-salamat təhvil verəcəm.
Öz oğullarından biri elə imam
övladı ilə həmyaşıd idi.Həmin
oğluna tapşırır ki, oğlanı tək
qoymasın.Evdəkilərə də tapşırır ki,
imam oğlunun burda gizləndiyini
heç kimə hiss etdirməsinlər.
Amma düşmən duyuq
düşübmüş.Bir gün düşmənlər
əlində qılıncla alaçığı dövrəyə alıb
ulu Babanı çölə çağırırlar.Böyükləri
deyir:
-A kişi bilirik ki, axtarddığız oğlan
burdadı.Yaxşısı budu xoşluqla onu
bizə ver.Yoxsa içəri girib zorla
alarıq.
Ulu Baba üzə vurmasa da içində
dəhşətə gəlir.Oğlanı tutub
aparsaydılar oğlanı ona
tapşıranlara nə cavab verəcəkdi?
Camaatın üzünə necə baxardı? Axı
söz vermişdi, ölsə də verdiyi
sözdən dönməyəcəkdi.Bəs
neyləsin?O qədər silahlıyla vuruşa
bilməzdi ki.Dedi:
-Axtardığınız oğlan doğrudan da
burdadı.Gözləyin, özüm gətirərəm.
-Yaxşı gözləyirik-başçıları dedi.
İmam övladı qabağa gəlib dedi:-
Ağa haqqını halal et.
Ulu Baba sərt şəkildə dedi:-
Qətiyyən olmaz! Sən mənə
əmanətsən.Bizdə hələ əmanətə
xəyanət,verilən sözdən dönüklük
olmayıb.
Sonra isə həmyaşıd oğluna
baxır.Üzündən mərdlik yağan
oğluna imam övladının paltarını
göstərib deyir:-Oğlum, geyin gəl!
Oğlan heç tərəddüd etdmədən:-
Baş üstə ata.Bir neçə dəqiqədən
sonra imam övladının paltarını
geyinmiş oğlu çadırdan
çıxdı.Atasının əlindən öpüb:-
Haqqını halal et, ata-dedi.
ulu Baba içindəki övlad yanğısını
boğub dilləndi:-Get oğul, haqqım
halal olsun.Atası dözməyib
soruşur:-Qorxmursan ki,, bala?
Oğlan:-Yox, qorxmuram.İmam
övladı heç nədən qorxmaz!
Düşmənlər bu sözlərdən imam
övladının olduğuna inandılar.Əl-
qolunu bağlayıb apardılar.
Səhəri gün Ulu Baba eşidir ki,
oğlunu əzablı işgəncələrlə
öldürüblər...
Çalışın nə olur olsun, verdiyiniz
sözünüzün üstündə durun.Bu sizi
dostlarınız içində daha etibarlı
edər.

[cavab]

pol Harun 21 Avq 2012 / 16:37
delisen kimlerese gore men ovladimdan kecerem hecvaxt heckimde bele etmez sadece bu bir hekayedi

[cavab]

pol *medine* 31 Mart 2013 / 10:08
Harun, seninle tam raziyam kimese göre mende heç vaxt öz sevdiklerimden keçmerem!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.142 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az