..::əsl Sevgi::..

pol aze 21 Avq 2012 / 03:40
İki il əvvəl evlənmişdilər. Oğlan
ədəbiyyatı və şeri çox sevirdi.
Yazılarını və şerlərini internet
səhifələrinə , qazetlərə göndərirdi.
Lakin, hələki yazıları oxucular
tərəfindən yetərincə sevilmirdi.
Bundan əlavə oğlan çox gözəl
fotografdır. Öz toy gününün
şəkillərinin əksəriyyətini də özü
çəkmişdir. Ədəbiyyata və şerə olan
sevgisindən fotograf sənətini 1
yana atmışdır. Yoldaşını çox
sevirdi və bu sevgi qarşılıqlı idi.
Amma qız bir az səbirsiz və
küsəyən idi. Kiçik şeylər üstündə
dava salar yoldaşı ilə günlərlə
danışmazdı. Oğlan daha səbirli və
həmişə barışdırıcı olmağa çalışardı.
Bu gün qız yenə yoldaşının
sevmediyi bir işi görməsini
istəyirdi.
Qız: "3 gün sonra rəfiqəmin
toyudur. Məndən şəkilləri sənin
çəkməyin üçün xahiş ediblər.
Üstəlik artıqlaması ilə pul
ödəyəcəklər."
Oğlan: "Bu günlərdə vaxtım
yoxdur."
Qız: "Off.... yenə vaxtın yoxdur. Bu
roman yazmaq işini bir yana qoy.
Onsuzda onun üçün çox vaxtın
olacaq. Istəyirəm ki, rəfiqəmin toy
şəkillərini sən çəkəsən."
Oğlan: "Xeyr!"
Qız: "Nə olar ki sadəcə 1 gün."
Oğlan:"Dedim ki yox!"
Qız: "3 gün içində ya mənim
təklifimi qəbul edəcəksən ya da
hər şeyə son qoymalıyıq deyib
otaqdan çıxdı."
Son iki gün qız yoldaşı ilə danışmır,
onun suallarını cavabsız qoyur,
hətta onunla 1 otaqda belə
oturmurdu.
Və 3 cü qecə...............
Oğlan: "Danışmağımız lazımdır."
Qız: "Əgər toy haqqında
danışacaqsansa qulaq asaram."
Oglan: "Xeyr amma çox mühüm bir
söhbətdir."
Qız yenə cavab vermir.
Oğlan: "Bir qızla tanış olmuşam.
Məni çox sevir. Çox xoş xasiyyəti
var . İstəmədiyim şeylri mənə
məcbur etdirmir. Həmdə mənim
yazılarımı dəstəkləyir və bir gün
məşhur 1 yazıçı olmağıma inanır."
Qız yoldaşının sözlərindən çaş- baş
qalmışdır. Göz yaşlarını gizlətməyə
çalışsada iki damla yaş yanağına
düşdü. Oğlan əlini pijamasının döş
cibinə ataraq davam etdi:"Şəkilini
çəkmişəm. Baxmaq istəyirsən?"
Qız yaşla dolmuş tərs baxıslarını
oğlana yağdıraraq
"İstəmirəm! Lazım deyil!":dedi
Oğlan işığı söndürüb yatagına
girdi. Qız isə yata bilmirdi. Yuxusu
qaçmışdır. Bir zamanlar özü
yoldaşına həmin qız kimi
davranmışdır. Onu daima
sevəcəyini və nə olursa olsun
həmişə dəstəkləyəcəyini və'd
etmişdir. Verdiyi və'dləri nə tez
unutmuşdur, nə tez dəyişmisdir. O
günlərə qayıtmaq, sevgisini
yenidən geri qazanmaq istəyərdi.
Təkrar ağlamağa başladı. Sonra
gözü yoldaşının döş gibində olan
şəkilə sataşdı. Maraqdan və
qısqanclıqdan şəkilə baxmaq
istəyirdi. Yavaşca əyilib şəkili
pijamanın döş cibindən çıxartdı.
Baxdı.....
Doyunca ağlamaq istədi.....
Doyunca gülmək istədi.....
Çox gözəl çəkilmiş 1 şəkil idi. Qız da
çox gözəl idi.
Öz şəkili idi. Özünün xəbəri
olmadan çəkilmiş 1 şəkil.
Qız sevincək halda əyilib sakitcə
yoldaşının yanağından öpdü.
Oğlan dodaqaltı gülümsədi. Lakin
özünü yatmış kimi
göstərdi.

[cavab]

pol Memo 21 Avq 2012 / 03:46
aze,cooooooooooooooooooooooooooooooooooooooooooox gozel hekayedi...

[cavab]

pol aze 21 Avq 2012 / 03:48
Memo,təşəkkür

[cavab]

pol EMIN98 21 Avq 2012 / 04:00
Menasin bawa duwmedim. Amma onu bildimki. O oglana halaldi ki o qiza dozur. Delidi o qiz. Zehlem gedire ele qizlardan.

[cavab]

pol aze 21 Avq 2012 / 04:02
EMIN98,Allah səbrli olanları sevir

[cavab]

pol A_ceyhun 7 Fev 2014 / 04:53
Cox goZel menali movzudu twk

[cavab]

pol zekow 7 Fev 2014 / 07:04
maraqlidi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2669 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az