LIVERPOOL_F.C
LIVERPOOL
11 İyun 2013 / 20:15
Liverpul" futbol klubu —
İngiltərənin Liverpul
şəhərində peşəkar futbol
klubu (ləqəbi – Qırmızılar).
1892-ci il martın 15-də
təşkil edilmişdir. Ev
oyunlarını Enfild
stadionunda keçirir.
Komandanın ən uğurlu
illəri keçən əsrin 70-ci, 80-
ci illərinə tәsadüf edir,
hansıda müvafiq olaraq
Şenkli və Peysli başçılıq
edib. Bill Şenkli və Bob
Peysli ümumilikdə
"Liverpul"a 11 liqa
çempionluğu və 7
avrokubok qazandırıb.
"Liverpul" Avropada ən
çox uğur qazanan ingilis
komandadır. "Qırmızılar" 5
dəfə Çempionlar Liqasını
qazanıblar, bu isə
rekorddur(İngiltərə
klubları üçün).
Ümumilikdə "Liverpul"
düz 11 dəfə avrokubok
qazanıb. "Liverpul"dan
daha çox avrokubok
qazanan klub "Milan",
"Real" Madrid və
"Barselona"dır(hər üç
klubda 12 avrokubok).
Üstəlik Mersisayd klubu 18
qat İngiltərə çempionudur
("Mançester Yunayted"dən
sonra ən yaxşı göstərici)
"Liverpul"un azarkeşləri 2
böyük faciənin şahidi
olublar - "Eyzel"(1985) və
"Hillsboro"(1989) faciəsi.
"Qırmızılar"ın 2 barışmaz
rəqibi var - "Everton" və
"Mançester Yunayted".
Klubun himni isə "You'll
Never Walk Alone"dur(Sən
heç vaxt tək
qalmayacaqsan).
Komandanın stadionu isə
"Enfild"dir. Komandanın
ən çılğın azarkeşləri "Kop"
tribunasında
məskunlaşırlar. "Forbes"
jurnalının 2012-ci ildə
yaydığı xəbərə görə,
"Liverpul" dünyanın ən
bahalı 8-ci komandasıdır.
25 may 2005 tarihxi UEFA
Çempionlar Liqasında
Atatürk Olimpiyat
Stadionunda italyan
komandası "Milan" ilə
qarşılaşan ingilis klubu ilk
hissəsi 3-0 "Milan"ın
üstünlüyü ilə sona çatan
oyunda, ikinci hissədə
vurduğu qollarla oyunu
3-3, bərabər edə bilmişdi.
Uzatmalarda sonra
penaltilərdə "Milan"ı 3-2
məğlub eden "Liverpul"
UEFA Çempionlar Liqası
kubokunu qazana
bilmişdi . O oyunda
möhtəşəm bir geri dönüş
edən ingilis təmsilçisinin
bu müvəffəqiyyətində ən
böyük payı kapitan Stiven
Cerrardın olmuşdur ve
oyunun ən yaxşısı elan
edilmişdir. Bu oyun
Çempionlar Liqasının ən
maraqlı oyunu hesab
edilir.
Devizi – You'll never
walk alone
Simvolu – Layver quş
Sponsoru – standard
chardered
Nailiyyətləri:
18 dəfə İngiltərə
çempionu: 1901, 1906,
1922, 1923, 1947, 1964,
1966, 1973, 1976, 1977,
1979, 1980, 1982, 1983,
1984, 1986, 1988, 1990.
7 dəfə İngiltərə FA
kubokunun qalibi: 1965,
1974, 1986, 1989, 1992,
2001 ,2006
5 dəfə Çempionlar
Liqasinin qalibi: 1977,
1978, 1981, 1984, 2005
3 dəfə UEFA Kubokunun
qalibi: 1973, 1976, 2001
3 dəfə Avropa
Superkubokunun qalibi:
1977, 2001, 2005
8 dəfə İngiltərə
kubokunun qalibi :
1980/81, 1981/82,
1982/83, 1983/84,
1994/95, 2000/01,
2002/03 , 2011/12
Klub son çempionluğunu
Dalqlişin rəhbərliyi altında
1990 - cı ildə qazanmışdır.
22 ildir istədiyi uğurları
əldə edə bilməməsinə
baxmayaraq hələ də
İngiltərənin Avropada və
ölkə içindəki ən çox uğur
qazanmış klubudur.
[cavab]
LIVERPOOL
11 İyun 2013 / 20:16
Sizce liverpul zeyifdi?
[cavab]
SweeT_(=Love=)
11 İyun 2013 / 20:39
He. Ø kamandada ela futbollu var. C.G
[cavab]
LIVERPOOL
11 İyun 2013 / 21:21
SweeT_(=Love=), twk. C.G Nedi?
[cavab]
VORZAKO
12 İyun 2013 / 07:11
Men LIVERPOLL fanatiyam melumata gore cox sag ol
[cavab]
EMIN98
12 İyun 2013 / 07:16
Ingiltere komandalari en gùclùleridi. Liverpulda elece
[cavab]
Bölmeye qayıt
0.2277 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az