uc dost hekayesi

pol Fidan-memmedova 11 İyun 2013 / 17:15
Yer üzərində Fani adlı biri yaşayırdı. Onun 3 dostu vardı. Dostlarından ikisini daha çox sevər, onlarla tez-tez görüşər, çoxlu söhbət edərdi. Üçüncü dostu isə çox gec-gec yadına düşərdi.

Bir gün şəhərin Baş Hakimi Fanini yanına çağırdı. Fani Hakimdən çox
qorxduğu üçün dostlarından birinin onunla getməsini, onu tək buraxmamasını istədi. O, əvvəlcə birinci — ən çox sevdiyi dostunun yanına üz tutdu. Dostu üzünü turşutdu və çox zəngin bir məclisə dəvət aldığını və buna görə onunla gedə bilməyəcəyini söylədi. Fani bundan sonra ikinci — ən sevdiyi dostunun yanına getdi və ondan onunla getməsini xahiş etdi. Dostu bir az tərəddüddən sonra bu xahişi qəbul etdi və onunla getdi. Məhkəmə qapısına çatanda isə ayaq saxladı və dedi: "Bağışla, mən bundan sonra gələ bilməyəcəyəm, çox qorxuram." "Sən özün tək getsən, daha yaxşı olar". Fani əlacsız məhkəmə qapısından tək içəri daxil oldu. Hakim onu bu günə qədər etdiyi işlərə görə sorğuladı. Elə bu vaxt Faninin gözləmədiyi anda üçüncü dostu onun köməyinə gəldi və elə şeylər danışdı ki, Hakim Faninin günahlarını bağışladı.
Bu hekayədə Fani biz insanlar, məhkəmə qapısı məzar daşı, Hakim isə
uca Allahdır. Birinci dost bu həyatda ən çox sevdiyimiz var-dövlətimizdir ki, biz onu özümüzlə o biri dünyaya apara bilmərik. İkinci dostumuz yaxın qohum-əqrabımız, dost-tanışlarımızdır. Onlar da bizimlə yalnız məzarlığa qədər gələ bilərlər, lakin o biri tərəfə bizimlə gedə bilməzlər. Üçüncü, gec-gec xatırladığımız dost isə o biri dünyada bizə ən çox faydası toxunacaq olan, bu fani dünyada etdiyimiz yaxşılıqlardır.
Üçüncü dostunuza daha çox diqqət yetirin. Çünki bizə ən çox onun
faydası toxunacaq!

[cavab]

pol *LEON* 11 İyun 2013 / 17:20
Sagol Fidan-memmedova

[cavab]

pol sekurity1984 11 İyun 2013 / 17:21
Super.

[cavab]

pol LIVERPOOL 11 İyun 2013 / 17:21
Ela...

[cavab]

pol Qubali 11 İyun 2013 / 17:21
twkler baci

[cavab]

pol 1uReK 11 İyun 2013 / 17:22
Fidan-memmedova, super yazan eller var olsun
red. 1uReK (11.06 /17:23)

[cavab]

pol [MaNiAc_KiLLeR] 11 İyun 2013 / 17:24
twk..

[cavab]

pol Fidan-memmedova 11 İyun 2013 / 17:26
oxudugvuz ucun suz sagolun

[cavab]

pol lio10 11 İyun 2013 / 17:29
sinedeftersen e.cox sagol.

[cavab]

pol cebisiko 11 İyun 2013 / 17:32
super

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1878 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az