+Valideynlərimizin qədrini bilək+

pol Nurlanichka 9 İyun 2013 / 22:46
Bir yaşlı qadın günlərin bir günü oğlunun evinə köçür. Oğlunun yoldaşı və 4 yaşlı oğlu var imiş. Qadın çox yaşlı idi, gözləri zəif görürdü, əlləri əsirdi. Hər axşam bütün ailə ilə birlikdə masa arxasında əyləşib nahar edərdilər. Yaşlı qadının əlləri əsdiyindən yemək yeyərkən əziyyət çəkirdi, çox vaxt isə yeməyi süfrəyə dağıdardı. Bir neçə gündən sonra bu hal oğlu ilə gəlini narahat etməyə başlayır. Oğlu bu hala bir çarə tapır, çarə isə otağın küncündə balaca stol qoymaq və anasının orada yemək yeməsi idi. Yaşlı qadın hər axşam gözüyaşlı tək küncdə yerləşən stolda nahar edirdi. Yeməyi isə taxta qabda verilirdi. Balaca uşaq hər şeyi görüb başa düşürdü.

Bir gün atası uşağın taxtalarla oynadığını görür. "Oğlum nə düzəldirsən?" deyə soruşduqda. Uşaq tam əmin şəkildə və gülümsəyərək: "Ata taxtadan anamla sənə qab düzəldirəm, mən böyüyəndə siz bu qabdan yemək yeyəcəksiz" deyə cavab verərək başını aşağı salıb işinə dəvam edir. Uşağın cavabına donub qalan ata və ana nə deyəcəklərini bilmədilər. Hər ikisi də böyük peşimançılıq hissi keçirir. H'əmin axşam oğul anasının qoca titrəyən əllərindən tutaraq onu masa arxasında əyləşdirir və çox peşiman olduğunu etiraf edir. O gündən yaşlı qadın süfrəyə yemək dağıtsa belə evdə heç kəsi narahat etmirdi.

Valideyinlərimizin qədrini bilək...
red. Nurlanichka (09.06 /22:48)

[cavab]

pol xit*fermer 9 İyun 2013 / 22:48
BU HEKAYE IBTIDAI SINIF KITABINDA VAR

[cavab]

pol (=Ilham=) 9 İyun 2013 / 22:50
sag ol nurlanichka ibretamiz hekaye idi

[cavab]

pol ErRoR_KuRT 9 İyun 2013 / 22:53

[cavab]

pol endless_love 9 İyun 2013 / 22:55
Ay Allah cox pis oldum, o nece oguldur?

[cavab]

pol Ayan01 9 İyun 2013 / 22:59
Ela idi Allah heckime pis evlad nesib etmesin

[cavab]

pol Vuqar_929 9 İyun 2013 / 23:49
yaxwiki sehvini bawa duwur.ALLAH valideyinleri ustumuzden eskik etmesin.AMIN

[cavab]

pol murad2003 9 İyun 2013 / 23:56
ela
dii
Valideyinlərimizin qədrini
biləkin

[cavab]

pol Golf 10 İyun 2013 / 04:37
Hec ne ücün gec deyil.Ister böyük,ister kicik kim olur olsun onu süfreden uzaqlasdirmaq insanliqdan cixmi$ demekdir.Helede bu anadisa nebilimee.

[cavab]

pol Ayola 10 İyun 2013 / 05:15
Nurlanichka, twk movzun üçün ibretamiz bir hekayedi
bu sozleride dilde yo emelde etmeyi bacaraq

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1313 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az