Duanın ağırlığı !

pol SweeT_(=Love=) 9 İyun 2013 / 15:30
Kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə ərzaq dükanına girdi. Utana-utana dükan sahibinə yaxınlaşaraq, həyat yoldaşının xəstə olduğunu, yeddi uşağı ilə ac qaldıqlarını dedi. Dükan sahibi isə ona sərt bir nəzərlə baxaraq, dükandan çıxmağı tələb etdi. Qadın çıxış yolu olmadığı üçün yalvarmaqda davam edir: Mənə inanın. Pulumuz olan kimi sizin borcunuzu ödəyəcəyəm, - deyirdi. Bu vaxt dükana girən başqa bir müştəri onların bu söhbətini eşitdi.
Üzünü dükan sahibinə tutub: Ona istədiklərini verin, borcunu da mənim adıma yazın, - dedi.
Dükan sahibi həvəssiz bir şəkildə, bir az da istehza ilə qadından: Sizdə alacağınız ərzaqların siyahısı varmı? - deyə soruşdu.
Luiz başını aşağı əyərək: Var, - deyə cavab verdi.
Dükan sahibi: Elə isə, o siyahını tərəzinin bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o qədər ərzaq verəcəyəm, - dedi... Luiz birdən duruxdu, sonra çantasından içərisində nə isə yazılmış bir kağız çıxararaq, tərəzinin gözünə qoydu. Dükan sahibi tərəzinin o biri gözünə ərzaqları qoymağa başladı. Ancaq tərəzi dolub - daşsa da, tərəzinin bu biri gözü əyilmək bilmirdi.
Dükan sahibi: İnana bilmirəm. Bu necə ola bilər? - deyə heyrətdən donub qaldı. Nəhayət, çarəsiz qalıb tərəzidəkiləri qadına verdi. Dükan sahibi maraqla kağızı götürüb oxudu. Kağızda bu dua yazılmışdı: Allahım, mənim nəyə ehtiyacım olduğunu Sən bilirsən. Hər şeyin Sahibi Sənsən.
Sonra tərəzinin kağız qoyulan tərəfinin qırıldığını və duanın nə qədər ağır olduğunu Anlayır.Dua bizim üçün verilmiş bir hədiyədir

[cavab]

pol *_HaYaLLeRiM_* 9 İyun 2013 / 15:33
Her gun universitete qebul olmagim ucun dua edirem.inwALLAH olaram

[cavab]

pol LeoPaRD 9 İyun 2013 / 15:33
Eladi men bu ehvalati bilirdim amma birde oxudum..yazib insanlara catdirdigin ucun twk..

[cavab]

pol LeoPaRD 9 İyun 2013 / 15:34
*_HaYaLLeRiM_*, inwallah sende ele mende qebul olaram..

[cavab]

pol @Damla@ 9 İyun 2013 / 15:36
heqiqetende qelbden dua ederken arzuladigina catirsan

[cavab]

pol SweeT_(=Love=) 9 İyun 2013 / 15:36
*_HaYaLLeRiM_*, inwallah

[cavab]

pol rowa 9 İyun 2013 / 15:38
Bütün Universtitede,texnikoma veya hansisa peşe mektebine qebul olmaq isteyenler,inşallah qebul olariq..(âmin)

[cavab]

pol legenda 9 İyun 2013 / 15:38
cox gozel movzudu twk... qaldiki sizlerde inwallah qebul olarsuz... oxuyub ders cixartmag lazimdi QURBAN OLDUGMUZUN mocuzelerinden...
red. legenda (09.06 /15:38)

[cavab]

pol vanpiremi 9 İyun 2013 / 15:54
superdiiiiiii

[cavab]

pol tutu 9 İyun 2013 / 15:59

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1529 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az