:::::azad sevgi::::::
**Memo**
6 İyun 2013 / 17:43
Qız:
- Mən səninlə azad deyiləm,amma əsil
məhəbbət azad olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:
- O ipi mənə ver. İpi götürür, bir ucunu öz
ayağına, digər ucunu qızın ayağına
bağlayır-gəl kiçik bir oyun oynayaq!
- Oynayaq!
- Bax bu kiçik ip bizim sevgimizdir,
təsəvvür elə ki, mən sənə azadlıq
verirəm, get.
Qız 1-2 metr gedir, ip qurtarır.
- Mən gedə bilmirəm, sənin sevgin mənə
mane olur.
- Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən
bir də cəhd elə.
Qız ayağını çəkdikcə ip ayağını kəsir.
- Məni incidir, ağrıdır axı.
Oğlan pambıq götürür,qızın ayağına
əvvəl pambığı dolayır, sonra yenidən iplə
sarıyır.
- İndi get.
Qız indi daha möhkəm çəkir ipi, oğlanın
sifəti ağrıdan qırışır.
- İndi məni incitmir, amma yenə səndən
uzaqlaşa bilmirəm, ip mane olur.
- Onda qalx axşam yeməyi hazırla.
Qız yemək hazırlamağa başlayır, ip ona
sərbəst hərəkət etməyə imkan vermir.
- Yenə mənə mane olur.
- Onda gəl birlikdə hazırlayaq! -
yaxınlaşır, qızın üzündən öpür, -birlikdə.
Onlar birlikdə yemək hazırlayır, stolun
ətrafında oturanda oğlan soruşur:
- Sən unutmamısan? Biz hələ də bir-
birimizə bağlıyıq.
- Oy, tamam unutmuşam.
Oğlan ipi açır və soruşur:
- Sən nəsə başa düşdün?
- Nəyi başa düşməliydim ki?
- Sən mənim canımsan!-oğlan dərindən
nəfəs alır.
Yalnız gecənin sakitliyində oğlan öz-
özünə danışırmış kimi deyir:
- Sən başa düşməliydin ki, həm çətin
günündə, həm də xoş günündə məni tərk
etmək istəsən hiss edəcəksən ki nəsə
sənə mane olur. Sənə sevgimiz mane
olacaq. Amma nə qədər ki birlikdəyik sən
bu maneəni hiss etməyəcəksən.
- Bəs niyə sən bizim ayaqlarımızı
bağladın?
- Çünki real həyatda bizim ürəklərimiz
bir-birinə bağlıdır.
- Bəs niyə mənim ayağıma pambıq
bağladın, öz ayağına yox?
- Pambıqsız sən ağrını hiss edirdin.
Pambıq sənin kobudlaşmış duyğularındı.
Amma bu o demək deyil ki, əgər sən ağrı
hiss etmirsənsə mənə də ağrılı deyil. Sən
unutmamısan ki bizim ayağımız yox,
ürəklərimiz bağlıdır?
Qız susdu, fikrə getdi.
Oğlan isə hələ ürəyində davam eləyəcək
ki, bunun çox asan çıxış yolu var-qayçı
və ya bıçaq. Amma o bunu heç vaxt qıza
deməyəcək, çünki onu itirmək
istəmir,çünki ona görə bütün ağrı-acılara
dözməyə hazırdır, çünki onun həmişə
yanında olmağını arzulayır.
Çünki onu sevir....
[cavab]
EMIN98
6 İyun 2013 / 17:49
eh. eladi..twk.mövzu.ücün
[cavab]
rowa
6 İyun 2013 / 17:49
Sevgi,sevmek,sevilmek...veya sevilmemek...sevmemek....qarisiq hisslerdir...
[cavab]
Fidan-memmedova
6 İyun 2013 / 17:50
sper ela
[cavab]
_Bozkurt_
6 İyun 2013 / 17:51
[cavab]
lio10
6 İyun 2013 / 17:54
eladi.twk.
[cavab]
aze_manyak
6 İyun 2013 / 17:56
ela((
[cavab]
Ayan01
6 İyun 2013 / 18:01
maraqli idi
[cavab]
(=Ilham=)
6 İyun 2013 / 18:02
elaaaaaaaaaaaaa
[cavab]
_bale_
6 İyun 2013 / 18:04
eladi
[cavab]
Bölmeye qayıt
0.1464 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az