Çadıra girəndə fikirləşirsən ki, qız evinə “Həri”yə gəlmisən, yoxsa yasa?
QUBALIQIZ
6 İyun 2013 / 04:04
Azərbaycanın tanınmış şairlərindən
olan Qabilin oğlu Mahir Qabiloğlu
Modern.az saytında “Bacarırsan
yaşa, bacarmırsan öl” başlığı
altında bir məqalə ilə çıxış edib.
Müəllif öz yazısında cəmiyyətimizin
mövcud problemlərinə toxunub və
Azərbaycanda bugünkü yas
mərasimi haqqında bir qədər geniş
məlumat verib. Məqalənin müasir
yas adətinə aid hissəsini olduğu
kimi təqdim edirik:
“Bir anlıq situasiyanı göz önündə
canlandırmaq istəyirəm. Əziz bir
Adamın ölüb. Dərdin qalır bir yana.
İlk növbədə qəbir yeri tapmaq
problemi gəlir durur göz önündə -
Pul axtarırsan. Məscidə gedərək
islam adətlərinə əməl etmək
istəyirsən - Pul axtarırsan. Tabut,
cənazə, xüsusi maşın - Pul
axtarırsan. Qohum-əqrəba kömək
edir, borca girirsən. Nəhayət dəfn
mərasimini bir təhər başa
çatdırırsan. Onu da qeyd edək ki,
dövlət tərəfindən qanuna əsasən
bu proseslərin aparılmasına az da
olsa pul ayrılır, bu faktdır. Amma o
da faktdır ki, xərclər ayrılan pulu
qat-qat üstələyir. Lakin əsas məsələ
bundan sonra başlanır. Qapına
adamın gəlir, evinsə darısqal.
Gedib çadır danışırsan. Çadır
quranlar isə əvvəlcə sənin qarşına
böyük bir menyü qoyurlar.
“Yəqin ki, hüzrə gələnlərə çay
verəcəksiniz? Çayın yanında nə
olsun? Limon, halva, şəkərçörəyi,
badambura, ləbləbi, noğul-araxis,
şəkər-araxis, tumlu, yoxsa tumsuz
xurma, marmelad və sairə. Ağız
silməyə salfetka. Meyvələrdən
armud, alma, apelsin, mandarin,
tumlu və kişmiş üzüm. Mineral su
-2 cür. Qazsız su. Yaydırsa hökmən
soyuducu lazımdır. Çadır böyükdür,
mollanın boğazına güc düşməsin
deyə səsgücləndirici . Yeməyə nə
olsun? Aş, yanında iki cür qarası,
qaysı- kişmişi. Salatı, göyərtisi,
Gəncə dovğası, motal pendiri,
təndir cörəyi”.
Ölü yiyəsi bilmir öz dərdinə qalsın,
yoxsa bütün bunları həyata
keçirsin. Fikirləşir, edim, yoxsa
etməyim. Bu zaman Rüfət
Əhmədzadənin “Qonşudan qalma
dala” şeiri düşür yada. (Düzdü, o
başqa mənada yazmışdı). Sonra,
“Axı mənim mərhum anam və ya
atam və ya qardaşım və ya arvadım
və ya uşağım kimin ölüsündən
əskikdir?” kəlamı gəlir ortalığa. Ən
nəhayət isə “Qohum-qonşu nə
deyər?” deyərək borca-xərcə girib
razılıq verir.
Çadıra girəndə fikirləşirsən ki, qız
evinə “Həri”yə gəlmisən, yoxsa
yasa? Özü də deyəsən razıdırlar,
yoxsa ortaya bu qədər şirni-mirni
düzməzdilər. Yeməyə baxırsan elə
bil ki, toy aşı ortalığa gəlir. Bircə
arağı-şampanı çatışmır. Amma yox,
cəld tərpənənlər də olur,
“Bonaqva” butulkasında araq da
gətirirlər. Hərdən içindəkini
unudub, “Ruhu şad olsun. Yaxşı
kişiydi, yeyib-içən oğlan idi” sağlıq
da deyirlər. Bu yerdə Aqşin
Babayevin AzTV-də efirə gedən
teletamaşası yada düşür.
Deyəcəksiniz ki, axı imkanı olanlar
da var, onları bu siyahıya niyə
qatırsan? Ehsandı da, qoy versinlər.
Demaqoqluq eləmə, de “Allah qəbul
eləsin”. Tələsməyin imkanı olanlar
bu siyahıya aid deyillər.
Aeroportda, vağzalda, turizm
şirkətlərində VİP deyilən bir termin
var. Ölmədik bu günü də gördük.
”Yas sənayesi” o qədər inkişaf edib
ki, indi VİP, SUPER çadırlar, VİP,
SUPER yas mərasimləri meydana
gəlib.
Yas mərasimin hüzn əhval
ruhiyyəsi həm də rəngdə hiss
olunur. VİP çadırlar isə “Dədə
Qorqud” filmində oğlu olanlar üçün
qurulan ağ rəngdədir. Necə
deyərlər dəbdəbə. Elə bilməyin ki,
işlər bununla bitir. Əsla...
Qəbiristanlığa gəlirsən.
Yaxınlaşırlar ki, “Ay ölü yiyəsi,
qəbirin ətrafında bir az yer var, çox
yox – 100 kvadrat metr. Götür,
peşman olmazsan. Günü-gündən
də qiyməti qalxır. Biz də gördük.
Yasa çox qohum-əqrəba gəlmişdi.
Hamının da son mənzili buradır.
Kvadrat metri filan qiymətə”.
Bir anlıq öz ölümün və bundan
sonra əmələ gələn çətinliklər gəlib
durur göz önündə. Uşaqların
əziyyət çəkməməsi ücün işini
ehtiyatlı tutmağa qərar verirsən.
Alver də bundan sonra başlanır.
Hasar daş üzlük olsun, yoxsa
qranit? Döşəməsi nədən olsun?
Bəlkə hələ əvvəldən qəbir yerlərini
hazır qoyaq. Üstünü plitkalayaq?
Bu təkliflərin qabağında isə aciz
qalırsan. Çünki insanın qorxduğu
yeganə şey ölümdür.
Sonra isə sənə sinə daşlarının
nümunəsini göstərirlər. Daş,
mərmər, qranit, büst, heykəl,
qorelyef, barelyef, fotoəks. “Bir
yanğılı şeir olsa, onu da sinə daşına
yazarıq. Buna görə pul almarıq. ”Za
scyot firma” deyərək minnət də
qoyurlar. Bundan sonra bir sual
meydana cıxır: “Ay filankəs sən
müsəlmansan, yoxsa bütpərəst?
Axı qəbir yerlə yeksan olmalıdır?”
Bunun isə bir cavabı var “Qınaq
bütün dinlərdən üstündür. Bunları
eləməsəm qohum-qonşu nə
deyər?”
Belə getsə Azərbaycan 200 ildən
sonra mərmər, qranit yataqları ilə
məşhur olacaq…
[cavab]
BlackBerry-Elik
6 İyun 2013 / 04:12
QUBALIQIZ, sebrim catmadi oxmaga amma movzunun adindan bilme olur :)
[cavab]
*BratvA*
6 İyun 2013 / 04:12
Çat adi var
[cavab]
PRINCE
6 İyun 2013 / 04:21
oxudum sonacan din neyi emr edirse emr edilenin xaricinde her wey edilir
[cavab]
iko
6 İyun 2013 / 05:04
QUBALIQIZ, bu qeder yazi yazanda barmagin agrimir?
[cavab]
OpErA1
6 İyun 2013 / 10:24
hamisi heqiqetdi
[cavab]
QUBALIQIZ
6 İyun 2013 / 14:52
*BratvA*, o cat adi deyil. O menbedir. Muellif huquqlari yeni
[cavab]
QUBALIQIZ
6 İyun 2013 / 14:54
PRINCE, cox tesuf
[cavab]
PRINCE
6 İyun 2013 / 20:04
QUBALIQIZ, bir cox şeyde beledir ki dinin ziddine gedirler
[cavab]
wersace
6 İyun 2013 / 23:16
Maraqlidi.
[cavab]
Bölmeye qayıt