<Gülüş tərziniz sizin haqqınızda nə danışa bilər?>

pol **SEVIREM** 18 Avq 2012 / 16:23
Məlumdur ki, insanlar bir-biri ilə danışan zaman özləri bilmədən jest dilindən istifadə edirlər. Həmsöhbətiniz sizə nə desə desin siz onun mimikasına, jestlərinə və hərəkətlərinə fikir verməlisiniz. «Body language» - insanın bədən dili – sizə onun əsl hisslərini və niyyətini açıqlayacaq. Hətta söhbət etdiyiniz insanın təbəssümü və gülüşü də onun haqqında çox şeyi danışa bilər.

Əgər insan güləndə ağzını əli ilə örtürsə, deməli, o, bir az utancaq və özünə yetərincə əmin deyil. Belə insan başqalarına öz ürəyini açmır, gözə girməyə çalışmır və tez-tez utanır.

Əgər həmsöhbətiniz ağzını açıb bərkdən gülürsə, onda, çoz güman ki, o, tez tərpənən və temperamentli insandır. O, danışmağı xoşlasada qulaq asmağı bacarmır. Yaxşı olar ki, o, özünü bir az təmkinli və sadə aparsın.
Insan güləndə başını arxaya atırsa, bu onun geniş qəlbi olduğunu və hamıya asan inandığını göstərir. Çox zaman o, hisslərinə qapanaraq gözlənilməz hərəkətlər edir.

Güləndə gözlərini qıyır?
Bu insanın özünə əminliyini və təmkinliyini sübüt edir. Bu qeyri-adi zəkaya malik olan fəal və təkidli insandır. Ancaq bəzən həddindən artıq inadkar olur.
Əgər insan burnunu qırışdırırsa, çox ehtimal ki, bu insanın dünyagörüşü mühafizəkar deyil. Onun hissləri və fikirləri tez-tez dəyişir. Mübahisə zamanı o, öz nöqteyi-nəzərini müdafiə etməyəcək: əgər siz tərsini sübüt edən bir neçə dəlil gətirsəniz. O, emosional və çox şıltaqdır.

Əgər insan xüsusi bir tərzdə gülmürsə, görünür, o, fərdiyyətçidir. Belə insanlar başqalarına fikir verməyərək həmişə və hər yerdə öz rəylərinə güvənir.

[cavab]

pol красавцик 18 Avq 2012 / 17:43
Cox sagol melumata göre

[cavab]

pol **SEVIREM** 18 Avq 2012 / 21:00
красавцик,deymez)

[cavab]

pol **SEVIREM** 30 Avq 2012 / 19:29
sizde beledir?

[cavab]

pol aze 30 Avq 2012 / 19:32
maraqlı idi

[cavab]

pol **SEVIREM** 30 Avq 2012 / 19:32
aze,twk)

[cavab]

pol aze 30 Avq 2012 / 19:34
**SEVIREM**,dəyməz:)

[cavab]

pol Rako 30 Avq 2012 / 19:40
hmm good topic =)

[cavab]

pol hum@y 14 Dek 2013 / 19:42
maraqlıdı.mən güləndə əlimi tuturam üzümə ))
red. hum@y (14.12 /19:42)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1634 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az