#вu guн hеуаtiнiziн sон guнu оlsа...?
Cavad_N_417
5 İyun 2013 / 04:21
#Amerikada universitetlərdən birində professor
dərsə başlayarkən tələbələrinə üz tutub deyir:
-Fərz edin ki, bu gün dünyanın son günüdür.
Sabah bu vaxt hər şey bitəcək. Xilas ola
bilməyəcəksiniz. Bu gün nə edərdiniz?
Tələbələr müxtəlif cavablar verirlər: -İbadət edib Allahdan günahlarımı bağışlamasını
diləyərdim.
-Bütün sevdiklərimlə vidalaşardım.
-Vaxtımı ailəmlə keçirərdim.
-Ananma ya da atama baş çəkərdim.
-Dostlarımla əylənərdim. -Ən sevdiyim yeməyi yeyərdim.
-Meşədə gəzərdim.
-Günəşin doğuşunu və batışını izləyərdim.
-İncitdiyim insanlardan üzr istəyərdim.
-Özümdə cəsarət tapıb onu sevdiyimi
söləyərdim. və s.
Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə
yazır. Sonra gülümsəyərək deyir:
-Uşaqlar, bunları etmək üçün dünyanın son günü
olmalıdır məgər? P.S. İnsan hər gününü "DÜNYANIN SON GÜNÜ İMİŞ"
kimi yaşamalıdır.Bu həyat nə qədər amansız,
dünyamız nə qədər qəddar olursa olsun
həyatdan zövq almağa, bu həyatı doya-doya
yaşamağa çalışaq.Çünki həyat ondan zövq alanlar
üçündür…Gəlin bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları
peşmançılıq çəksin, nə də başqa biri həyatdan
köçəndə biz peşmançılıq çəkək.(c)
[cavab]
Boss555
5 İyun 2013 / 04:24
Cavad_N_417, Cox gozel movzudu.Movzuda yazilanlarin hamisi doqru sozlerdir.
[cavab]
amil@
5 İyun 2013 / 04:26
Cavad_N_417, ecebdi
[cavab]
EMIN98
5 İyun 2013 / 04:27
belke men ele bir wey edecemki bawqa vaxt etsem yene meni öldürecekler. Ona göre öldüyüm günden evvel ederdimki onsuzda öldürende gözü aciq getmeyim.
[cavab]
endless_love
5 İyun 2013 / 04:40
Men de ailemle sevdiklerimle birlikde kecirerdim son gunumu...
[cavab]
Fidan-memmedova
5 İyun 2013 / 04:43
Meni ise butun tanidiglarimnan halallig isdiyerdim birde allaha dua ederdimki gunahlarimi bagiwdasin
[cavab]
iko
5 İyun 2013 / 04:50
men diyim insanlar diyrcey essi yalan sohbetdi
[cavab]
iko
5 İyun 2013 / 04:54
men olsaydim sarkisyani gulleliyerdim
[cavab]
Fidan-memmedova
5 İyun 2013 / 04:56
iko, eh onu gullelemey cetin meseledi
[cavab]
iko
5 İyun 2013 / 04:58
Fidan-memmedova, oleceyimi bilenen sora ne var ki
[cavab]
Bölmeye qayıt