=CaNiM ANAM=
Boss555
3 İyun 2013 / 18:55
Salam ana,
Yenə mən gəldim.
Narahat olma məktəbdən çıxdım gəldim.
Analarda atalar kimi narahat olurmu bilmirəm
amma
Əli 'Məktəbə getməzsəm anam çox hirslənər,
narahat olar' demişdi
Onun üçün söyləyirəm.
Keçən həftə müəllim,
Sağ əlimdə sarımsaq, sol əlimdə soğan
dedirdə dedirdə
Öyrətdi sağımı solumu.
Mən bilirəm artıq Ana sağım haradır, solum
haradır.
Ağrıyan yanamın hara olduğunu indi yaxşı
bilirəm ana.
Keçən səfər gəldiyimdə "buram ağrıyır ana
buram" demişdim
Heç cür söyləyə bilməmişdim ağrıyan yanımı
ana
Bax indi söyləyirəm
Sol yanım çox ağrıyır ana.
Həm də hər gün ağrıyır ana hər gün.
Dünən səhər anası Aişənin saçlarını
hörmüşdü.
Əlindən tutub məktəbə gətirdi.
Yaxası da iplə hörülü idi.
Zəng çalınca öpdü, "balam sinifə" dedi.
Məndə ağladım,
Ağladım,ama heç də utanmadım.
Müəllim nə oldu dedi.
"Yıxıldım dizlərim çox ağrıyır" dedim. yalan
danışdım ana.
Dizim ağrımırdı, amma sol yanım çox ağrıyırdı
ana.
Bu gün məndə saçım hörülsün istədim.
Atam hördü amma onunki kimi olmadı.
Yaxamı iplə hörməsini də istədim.
Atam 'Mən bilməm ki qızım' dedi.
"Heç olmasa məktəbə sən apar" dedim.
'Qızım, iş' dedi.
Məndə "mənə nə dedim, ağladım.
'Qızım, çörək' dedi atam.
Susdum amma məktəbə gedərkən yenə
ağladım ana.
Birdə sol yanım yenə çox ağrıdı ana.
Hər kəsin corabları dümağ, mənimkilər boz
kimidir.
Zeynəb 'anam ağlara rəngli toz qatmadan
yuyurmuş' dedi.
[cavab]
Boss555
3 İyun 2013 / 18:57
Atam isə hamısını birlikdə yuyur.
Atam paltar yumağı bilmirmi ana?
Off atam, hər gün pomidor pendir qoyur
bəslənməmə.
Kədərlənməsin deyə söyləmirəm amma
Yoldaşlarım hər gün peçenyə,tort gətirir.
Bilirəm atam tort hazırlamasını bilməz ana.
Hava qaralır, mən gedim ana.
Atam bilmir qaçıb-qaçıb sənə gəldiyimi.
Eşitsə hirslənməz amma çox kədərlənər
bilirəm.
Kim dağıdır torpağını,
Çiçəklərini kim qoparır.
İcazə vermə ana nə olar, torpağına əl
vurmalarına icazə vermə.
Evə gedincə yadıma düşür birdə bunun üçün
ağlayıram ana.
Qab gətirmişəm, torpağından bir ovuc da
götürüm.
Bilirsənmi ana hər gəldiyimdə götürdüyüm
torpaqlarını bu qabda yığdım.
Üzərinə də şəkilini yapışdırıb yanıma
qoyuram.
Hər səhər onu öpür iyləyirəm.
Kimsəyə söyləmə amma ana.
Bəzən də danışıram onunla.
Nə edim sənin üçün çox darıxıram ana.
[cavab]
Arda_turan
3 İyun 2013 / 18:57
[cavab]
Boss555
3 İyun 2013 / 18:57
Unutmadan....
Müəllim sabah ana haqqında bir yazı
yazacaqsınız dedi.
Mən atama yazdıracağam.
Müəllim bilsə çox hirslənər amma mənə nə,
hirslənsin.
Mən səni heç görmədim axı, nəyi necə
yazacam ana.
Sənin adın çəkiləndə sol yanım ağrıyır ana.
Heç bir şey uda bilmirəm.
Bəzən də dözə bilməyib ağlayıram.
Kağıza da belə yazıb müəllimə verə bilmərəm
axı ana.
Mən gedirəm ana,
Torpağını öpüm, səndə yuxuma gəl məni öp.
Mütləq gəl ana,
Sən yuxuma gəlməyəndə sol yanamın ağrısıyla
oyanıram ana.
Sol yanam çox ağrıyır ana.
Sənin üçün çox darıxmışam, Ana çoox.
[cavab]
Boss555
3 İyun 2013 / 18:59
onun sol yani UREYIDI.her anasinin adi
cekilende onun UREYI aqriyir.nece ki,men indi
oxudum hem UREYIM aqridi,hemde gozlerim
doldu.ALLAH butun ANALARA uzun omur can
saqliqi bexw elesin.ey baci ve qardawlar gelin
ANALARIMIZIN qedrini sagliginda bilek.
red. Boss555 (03.06 /18:59)
[cavab]
Qubali
3 İyun 2013 / 19:04
SuPeR
[cavab]
Qubali
3 İyun 2013 / 19:05
Boss555,AMİN BRAT AMİN!
[cavab]
Arda_turan
3 İyun 2013 / 19:05
seni cox sevirem menim gozel anam
[cavab]
OpErA1
3 İyun 2013 / 19:07
eh yaman kövreldim.mende darixmiwm mama ücun.sagol BOSS.bele gozel movzu ucun
[cavab]
*medine*
3 İyun 2013 / 19:12
Superdi askim
[cavab]
Bölmeye qayıt
0.1984 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az