__guller__
Samir**
3 İyun 2013 / 16:33
Güllər 4000 il bundan Misir
imperiyasında yetişdirilməyə
başlayıb.
Konfusiyin dövründə zanbaq
gülü çox sevilirdi, çünki bu çiçək
həyat, sevgi və ölümsüzlük
rəmzini daşıyır.
Bir vaxtlar Hollandiyada
zanbaqlar yox idi. Bu güllər
Hollandiyaya Türkiyədən hələ
XVI-ci əsrdə gətirilib. Qeyd
etmək lazımdır ki, bu gülün
dəyəri qiymətli daşlardan,
gümüş və qızıldan da baha idi.
Sutka ərzində zanbaq 2 sm.
böyüyə bilər.
Qladiolus (latıncada Gladius
“qılınc”), öz adını roma yazıçısı
böyük Pliniydən alıb (e.ə. I-ci
əsr), yazıçını gülün roma
qladiatorlarının silahı ilə olan
oxşarlığı heyrətləndirib.
Qərənfil isə, qədim əfsanəyə
əsasən Qolqofa dağında,
Məryəm ananın öz Oğlunun
əziyyətlərini gördüyü anda
tökdüyü həmin o göz yaşlarının
yerində bitib
Dünyanın ən yaşlı qızılgül kolu
Almaniyadadır. Bu kol 1000 il
ərzində Xildeskayme kilsəsinin
divarı boyu yetişərək, kilsənin
dam örtüyünə çatıb. ABŞ-da
hələ 1986-cı ildə qızılgül milli
gül adını alıb.
Lalə isə - sakitlik, yuxu,
bihuşluğun rəmzidir. Dünyanın
bir çox ölkəsində bu gül Birinci
Dünya Müharibəsində həyatını
itirmiş insanların xatirə
simvoludur.
Günəbaxan hər zaman üzünü
günəşə çevirir, elə adını da
buradan alıb. Yeni
texnologiyaların
yaranmasından əvvəl isə
günəbaxanın gövdəsindən xilas
etmə jiletlərində istifadə
olunurdu.
Bilirsinizmi ki, ildə bir nərgiz
gülü Şahzadə Çarlzın
Sisisliyadakı torpaqları üçün
ödədiyi icarə puludur!
Zəfəran Azərbaycan mətbəxinin
daimi qonağıdır, lakin çoxları
bilmir ki, bu çiçəyin bir
unsiyasını (28, 24 q.) toplamaq
üçün beş min çiçək lazımdır.
Səhləb çiçəyindən göy
qurşağının hər bir rəngində
çələng düzəldə bilərsiniz, göy
rəngindən başqa.
Seleksionerlər hələ bu gülün
göy rəngini yetişdirməyə
müvəffəq olmayıblar.
Puya raimondii adlı qeyri-adi
bitki And dağlarında yetişir və
cəmi bir dəfə - 150 yaşı tamam
olduqda çiçəkləyir və sonra
ölür.
[cavab]
rowa
3 İyun 2013 / 16:40
Çox maraqli idi..
[cavab]
neriman10
3 İyun 2013 / 16:53
hmmmm axira qeder oxumaqa sebrim catmadi
[cavab]
Aytel
3 İyun 2013 / 17:02
hec bilirsiz en cox gul hansi olkededi.
[cavab]
Cavad_N_417
3 İyun 2013 / 17:25
Aytel, xanim suzde hara getsiz ancaq ? verirsiz
[cavab]
Bölmeye qayıt
0.1764 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az