UŞAQ SEVINCI
OpErA1
2 İyun 2013 / 03:13
Universitetdə tələbə
olanda yarım gün idman
malları satan bir
mağazada işləyirdim.
Kiçik bir oğlan uşağı
həftədə ən azı iki-üç
dəfə bu mağazaya gəlir
və almaq istədiyi
basketbol topuna baxıb
gedirdi.
Mən də müdirimlə onun
bu hərəkətinə gülürdük.
Çünki mağazadakı ən
bahalı basketbol topunu
almaq istəyirdi. Ancaq
bütün bunlara
baxmayaraq, deyəsən, o
bu qərarında çox ciddi
idi… Bu hadisə demək
olar ki, bir neçə ay
davam etdi. Hər dəfə də
uşaq mağazaya gəlir və
basketbol topunun
satılmadığını görəndə
sevinirdi. Bundan sonra
isə onun topu əlinə
götürmək, orabura
çevirmək və sonra da
diqqətlə yerinə qoymaq
vaxtı idi...
Nəhayət, bir gün uşaq
mağazaya bir ayaqqabı
qutusu ilə gəldi. Üzündə
böyük bir təbəssüm
basketbol topunu almaq
istədiyini bildirdi.
Müdirim topu yerindən
götürdü və asta
addımlarla kassaya
doğru apardı. Uşaq o
vaxt ayaqqabı
qutusundakı xırda
pullarını sayırdı. Uşağın
cəmi 9 dollar 99 sent
pulu var idi (Görünür,
uşaq, topun üzərindəki
“7” rəqəmini “1” rəqəmi
kimi oxumuşdu).
Müdirim mənə baxıb
gülümsədikdən sonra
uşağın pullarını diqqətlə
saydı və ona: — Düzdür!
Tam 9 dollar 99 sentdir,
— dedi. Sonra da topu
bir torbaya qoyub uşağa
uzatdı. Uşaq mağazadan
çıxandan sonra
müdirimdən niyə belə
etdiyini soruşdum. O isə
mənə: — Oğlum, mən bu
60 dolları bəlkə başqa
bir yerdən ala bilərəm,
ancaq bu uşağın
sevincini heç bir yerdən
ala bilmərəm, — deyə
cavab verdi.
[cavab]
tutu
2 İyun 2013 / 03:16
OpErA1, twk
[cavab]
Miraga_385
2 İyun 2013 / 03:16
super ela
red. Miraga_385 (02.06 /03:17)
[cavab]
fidan29
2 İyun 2013 / 03:23
super..
[cavab]
neriman10
2 İyun 2013 / 15:53
[cavab]
@Damla@
2 İyun 2013 / 18:09
super
[cavab]
Yumurta
2 İyun 2013 / 22:24


[cavab]
Bölmeye qayıt
0.3698 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az