DEDEKTIV ROMANLAR

pol Melis 3 İyun 2013 / 00:58
OpErA1ardi saat necede olacaq birinci men oxuyacamee

[cavab]

pol OpErA1 3 İyun 2013 / 01:04
SAAT 10 11 ARASI.OLMADI 12.DAY SENSENDE OLSUN 1.VAXTIM OLMASA 2.OK SENIN XETRIN UCUN 3.

[cavab]

pol Yumurta 3 İyun 2013 / 02:06
OpErA1, tez yaz qadasi cox di.

[cavab]

pol Golf 3 İyun 2013 / 02:08
Off gedib yatasiyam yuxum gelir.gozduye qaldim(

[cavab]

pol OpErA1 3 İyun 2013 / 12:39
QARA GEYIMLI QATIL (FINAL)
Sonuna az qalıb, Boss.

Təbriz Ağayev və qara geyimli adam eyni ünvanda, yəni xarabalıqda dayanmışdılar. Təbriz acıqla, yüksək səslə danışırdı:

- Sən nə etdin, axmaq?

Qara geyimli adam əllərini təəccüb əlaməti olaraq yana açdı. Təbriz daha da hiddətləndi:

- Necə yəni, neyləmisən? Tamara yerinə Yeganəni öldürmüsən. Sənə dedim axı səhvə yol vermə.

Şalvarının sol cibindən mobil telefon çıxarıb qara geyimli adama verib dedi:

- Bu telefonu götür get. Bundan sonra, bununla bizdən məlumat alıb, bizə məlumat verəcəksən. İkilikdə görüşməyimiz daha təhlükəlidir. Get və məndən xəbər gözlə.

Qara geyimli adam bir söz demədən mobil telefonu alıb, uçuq evlərin arasında görünməz oldu. Təbriz Ağayev digər cibindəki qurğunu çıxarıb, üzərindəki düyməni basdı. Güclü partlayışın alovları ətrafa səpələndi.

- Bağışla, Çalağan. – Ağayev məyus halda dilləndi. – Səni itirmək istəmirdim. Amma, bu sənin 3-cü səhvin idi.

Bölmə rəisi qurğunu bir tərəfə atıb, ayağı ilə əzdi. Sonra, iti addımlarla yeriyərək “Volqa”nın gizlətdiyi həyətə tərəf getdi. Həyətə daxil olub avtomobilə sarı irəlilədi. Bu vaxt, örtülən həyət darvasazının səsinə diksinib geriyə boylandı. Qara geyimli adam əlində uzun dəmir parçası ilə ona baxırdı. Təbriz həyəcan və qorxu ilə geri-geriyə addımladı. Volqaya tərəf qaçıb sükan arxasına keçdi. Açarla maşını işə salmaq istədi. Lakin maşın işə düşmədi. Qara geyimli adam hasarın kənarındakı örtüyü qaldırıb gizlətdiyi akkumlyatoru göstərdi. Sonra, örtüyü yerə atdı və maşından düşüb qaçmaq istəyən Təbrizə tərəf yaxınlaşdı. Ətraf qapalı idi. Yeganə çıxışı olan darvazaya tərəf getmək, Təbriz üçün mümkün deyildi. Çünki, qara geyimlinin əlinə keçəcəkdi. Daha doğrusu, demək olar ki, artıq keçmişdi.

- İnan, bunu etmək istəmirdim, Çalağan. – deyə, özünə bəraət qazandırmaq istəyən Təbriz nə deyəcəyini bilmirdi. – Öldürmə. Bağışla məni. Nə istəsən verərəm sənə. Amma, burax gedim.

Qara geyimli adam isə bir söz demədən ona yaxınlaşmaqda davam edirdi. Maska yarığından baxan gözlərində qəzəb hiss olunurdu. Təbrizə çatan anda əlindəki dəmir parçasını zərbə ilə onun qarnına ilişdirdi. Ağayev qarnını tutub, zarıyaraq yerə uzanıb qovruldu. Qara geyimli adam, dəmiri atıb Təbrizin saçlarından yapışaraq başını yuxarı qaldırdı. Onun başına bir yumruq zərbəsi endirdi. Təbriz hərəkətsiz halda yerə uzandı. Qara geyimli adam onun əl-ayaqlarını kəndirlə möhkəm sarıdı. Sonra, onun pencəyinin qoltuq cibindən mobil telefonu götürüb nömrələr siyahısına daxil oldu. Lazım olan nömrəni seçib, öz ismarıcını göndərdikdən sonra telefonu olduqca uzağa tulladı. Təbrizi çiyninə alıb darvazaya yaxınlaşdı və həyətdən çıxdı. Xarabalıqdan uzaqlaşıb, qəhvəyi rəngli “BMV” markalı avtomobilə yaxınlaşdı. Əli-ayağı bağlı Təbriz Ağayevi avtomobilin bağacına yerləşdirib, özü isə sükan arxasına keçdi. Avtomobil işə düşüb magistral yolda sürətlə şütüməyə başladı.

Səhər açılmaq üzrə idi. Elxan Həmidzadənin evinin qarşısında, dövlətə məxsus “Taksi” avtomobili dayandı. Teymur sürücüyə gözləməyi xahiş edib avtomobildən endi. Ətrafa göz gəzdirdikdən sonra darvazadan həyətə, sonra da evə daxil oldu. Yataq otağına keçib ətrafa göz gəzdirdi. Çox həyəcanlı idi. Az əvvəl mobil telefonuna gələn ismarıc onu yaman dilxor etmişdi. Polis bölməsinin rəisi Təbriz Ağayevin nömrəsindən göndərilən ismarıcın məzmunu belə idi:

“Təbriz Ağayevin sonu gəldi. Sənin də sonuna az qalıb, Boss.”
red. OpErA1 (03.06 /12:39)

[cavab]

pol OpErA1 3 İyun 2013 / 12:39
İsmarıcdan sonra, qorxuya düşən Teymur, hər şeyi atıb, elə bu gün Azərbaycandan kənara qaçmağı düşünmüşdü. Yataq otağından seyfi tapıb, gizlincə bacısının çantasından oğurladığı açarla açdı. Gözləri parıldadı. Ağlına gətirməyəcək qədər pullar var idi. Pulları özü ilə gətirdiyi çantasına yığdıqdan sonra sonra, rəfləri axtarıb Tamaranın qızıllarını tapdı. Onları da çantaya qoyub evdən çıxdı. Küçədə gözləyən taksiyə oturub sürücüyə dedi:

- Sür vağzala.

Sonuncu dayanacaq.



“Taksi” avtomobili vağzalın qarşısında dayandı. Teymur “Taksi”dən düşüb, vağzala qaçdı. Kassaya yaxınlaşaraq Moskvaya gedən qatara bilet soruşdu. Satılmayan iki biletdən birini alıb rahat nəfəs aldı. Minəcəyi vaqona tərəf gedib, vaqona yaxın yerdə skamyada oturdu. Bir saata qədər belə gözlədi. Qatarın yola düşməsinə az qalırdı. Səbri tükənmiş Teymur, tez-tez saatına baxıb, həyəcanla ətrafa boylanırdı. Ayağa qalxıb vaqona, sonra da biletdə göstərilən kupeyə daxil oldu.

Az sonra, dəmir nərdivanlar qalxdı, qapılar bağlandı. Moskvaya gedən qatar asta-asta hərəkətə gəldi. Teymur bir qədər rahatlamışdı ki, birdən qatar qəfildən dayandı. Teymur həyəcanla kupedən çıxdı. Dəhlizə çıxmış sərnişinlərin səsləri bir-birinə qarışıb uğultu yaradırdı. Kimi deyinir, kimi nəzarətçələri çağırır, kimi də sadəcə susub gözləyirdi. Bu vaxt, nəzarətçilər əllərini qaldıraraq susmağı işarə verdilər. Sonra, onlardan biri dilləndi:

- Narahat olmayın, hər şey qaydasındadır. Sadəcə, bir neçə dəqiqə yoxlanış aparılacaq. Sonra, yenidən yola düşəcəyik.

Teymur bunu eşidib təlaşlandı. Doğurdandamı, artıq polislər hər şeyi bilirlər? Düşündü ki, nə yolla olursa olsun, olduqca uzaqlaşmalıdı. Qapılar da bağlı idi. Ətrafa boylandıqdan sonra, çantasını götürüb çiynindən asdı. Nəzarətçilərdən birinin boyununu tutub, arxadan şalvarına keçirdiyi silahı çıxarıb onun gicgahına dayadı. Sonra o birinə baxıb qışqırdı:

- Aç qapını. Tez ol.

Vaqondakıların qışqırığı bir-birinə qarışdı. O biri nəzarətçi təlaşla əlaqələndiriciyə əl atdıqda, Teymur əlindəki silahı ona tərəf tuşlayıb dedi:

- Bunu ağlına da gətirmə. Yoxsa, gəbərərsən. Sadəcə, vaqonun qapısını aç və kənara çəkil.

Nəzarətçi bir söz demədən başı ilə razılaşıb vaqonun qapısını açdı.

- İndi isə, silahını yerə qoy və kənara çəkil.

Nəzarətçi dinməz-söyləməz Teymurun dediklərini etdi. Teymur, tutduğu nəzarətçi ilə birlikdə qapının yanına gəldi. Nəzarətçini buraxıb, vaqondan çölə atıldı. Vağzalın çıxışına doğru qaçmağa başladı. Vağzalın həyətinə gələn polis işçilərindən biri onu görüb əlaqələndiricini ağzına yaxınlaşdırıb qışqırdı:

- Odur. Qaçır.

Polis işçiləri Teymurun ardınca qaçmağa başladılar. Teymur vağzalın çıxışına yaxınlaşanda dayandı. Polislər darvazanın qapısını kəsmişdilər. Onların arasında dayanan Oktay Qafarovu görən Teymurun heyrətdən ağzı açılı qaldı. Sadəcə bunu deyib susdu:

- Deməli, hər şey oyun idi.

- Yolun bitdi, Teymur Həmidzadə. – Oktay Qafarov dilləndi. – Axırıncı dayanacaqdasan.

Polis işçiləri Teymurun əllərini qandalladılar və üstünü axtarıb tapançanı və çantanı aldılar. Sonra, onu polis idarəsinə məxsus avtomobilə oturtdular.

Oktay Qafarov vağzaldan çıxıb, öz “Mercedes Benz” markalı avtomobilinə yaxınlaşıb sükan arxasında oturdu. Avtomobili yeni işə salmışdı ki, mobil telefonu zəng çaldı. Ekrana baxdı. Zəng vuran mayor Əkrəm Hacıyev idi. Telefonu açıb dilləndi:

- Buyurun, cənab mayor.

- İndicə mənə xəbər gəldi, Qafarov. – Hacıyev razılıqla dilləndi. – İlanın başçısını yaxaladığını eşitdim. Teymur Həmidzadəni qaçarkən tutmusan. Doğrusu, heyrətləndim.

- Daha da, heyrətlənəcəyiniz bir xəbər var. – Qafarov bildirdi. – İndicə yanınıza gəlirəm.

- Gəl, Qafarov. Gözləyirəm. – Mayor bunu dedikdən sonra əlaqə kəsildi. İşə düşmüş avtomobil hərəkətə gəlib vağzaldan uzaqlaşdı

[cavab]

pol OpErA1 3 İyun 2013 / 12:40
Xəyanət bağışlanmır.



Yarım saat sonra, Oktay Qafarov DİN-ə çatıb, avtomobildən çıxdı. Nazirliyin binasına daxil olub, Əkrəm Hacıyevin kabinetinə tərəf üz tutdu. Qapını döyəcləyib içəri daxil oldu. Onu görən Hacıyev:

- Xoş gəldin, Qafarov. – deyərək, ona baxdıqda təəccübləndi. – Doğurdanmı, hər şey, indicə düşündüyüm kimidir, yoxsa yanılıram?

- Yanılmırsınız, cənab mayor. – Oktay dodaqaltı gülümsünüb cavab verdi.

- Axı, necə oldu? Bütün bu olanlar. – Mayor çaşqınlıqdan nə soruşacağını bilmirdi. – Mənə hər şeyi izah elə, Qafarov.

- Hər şey belə baş verdi. – deyə, xəfiyyə aramla danışmağa başladı. – Elxan Həmidzadə, oğlu Nicatın ad gününə məni də dəvət edib, gəlməyimi xahiş etmişdi. Əslində, qara kostyum geyinməyi çox sevmirəm. Amma, o gün, tünd boz rəngli kostyumum bulaşıq olduğundan, məcbur qalıb indi əynimdə gördüyünüz qara kostyumu geyindim və başımdakı qara şlyapa, o gün də başımda idi. Həmidzadənin evinin qarşısında maşınlar çox idi. Odur ki, avtomobilimi evdən xeyli aralıda saxlamışdım. Həmidzadənin evinə çatarkən, şübhəli bir məqamla qarşılaşdım. Bir nəfər ətrafa boylanaraq Həmidzadənin evinə tərəf irəliləyirdi. Çiynində iri dolu çuval daşıyırdı. Dərhal gizlənərək onu izləməyə başladım. Darvazadan içəri girdi. Gözlədim. Bir neçə dəqiqədən sonra, darvazadan boş çuvalla çıxdı. Ətrafa boylanıb asta-asta uzaqlaşmağa başladı. O bir qədər uzaqlaşdıqdan sonra, gizləndiyim yerdən çıxıb darvazaya yaxınlaşdım. Dəsmalımı çıxarıb qapını açaraq içəri baxdım. Elxanın cəsədi qapının qarşısına atılmışdı. Dərhal yerdən daş götürüb həyətə girdim. Vaxt itirməmək üçün, daşı qapıya atdım ki, evdəkilər hadisədən xəbərdar olsunlar. Darvazadan çıxarkən Yeganə pəncərədən məni görmüşdü. Amma, yaxşı ki, tanımamışdı. Çünki, tanısaydı, məndən şübhələnib, əməliyyatı aparmağıma mane olmağa çalışardı. Mən, cəsədi qapıya gətirən adamı izləməyə başladım. O, yaşıl rəngli “Volqa”ya minib getdi. Mən də, avtomobilimlə onu izləməyə davam edirdim. Onun evini öyrəndim. Birinci mərtəbədə olduğundan, pəncərədən içəri girmək rahat oldu. O evdə olmayan vaxt, evinin bütün otaqlarına gizli səsötürücü qurğu və kamera yerləşdirdim. 3 gün onun evini izlədim. Lal olduğundan yalnız əl hərəkətləri ilə danışır və mobil telefondan yalnız ismarıc göndərmək üçün istifadə edirdi. Haqqında maraqlanıb öyrəndim ki, kimsəsiz biri idi. 4-cü gün izləyərkən heyrətə gəldim. Polis bölməsinin rəisi Təbriz Ağayev orada idi və qatilə planlarını danışırdı. Tamaranı aradan götürmək istəyirdilər. O gecə Tamaranı öldürməy planlaşdırırdılar. Tez-tez “Boss” kəlməsini işlətdiyindən, anladım ki, Ağayev sadəcə əlaltıdır. Bu vaxt, Ağayevə zəng gəldi. Tamaranın məzarlıqda olduğunu xəbər verdilər. Cəld ora üz tutdum. Sıx kolluğun arxasında gizlənib gözləməyə başladım. Az sonra, həmin lal qatili məzarlığa girmək istəyən gördüm. Bu vaxtı iki oğlan uşağı məzarlığın yanından keçirdilər. Vaxt itirə bilməzdim. Ehtiyyat üçün götürdüyüm maskanı başıma keçirib qatilə iki atəş açıb öldürdüm. Bunu görən oğlanlardan biri “Qaç” deyə qışqırdı və hər ikisi qaçmağa başladılar. Cəsədi sürüyüb kolların arasına apardım. Bu vaxt, məzarlıqdan gələn ayaq səslərini eşidib yenidən həmin kolluqda gizləndim. Səssiz qalsam da, ayılıb məni görən ağ pişik qaçaraq kolluğa girərkən səs saldı. Tamaranın “Sən kimsən?” deyə səsini eşitdim. Bu an ağlıma gəldi ki, qatil roluna girib, cinayətin kökünü tapım. Qatil lal olduğuna görə, danışmağa ehtiyyacım olmayacaqdı. Gizləndiyim yerdən çıxıb özümü qatil kimi göstərdim. Onlar məni görüb qaçarkən, şübhə qoymamaq üçün, göyə bir neçə atəş açdım. Sonra, qatil Qorqud Əmənovun cibindən evinin açarlarını və mobil telefonunu götürdüm. Təbriz Ağayevin nömrəsinə, həmin telefondan Qorqudun adindan uğursuzluğu xəbər verdim. O da, mənə ünvan verib görüşə çağırdı. O gündən sonra, Təbriz Ağayevlə bu qara geyimdə tez-tez görüşməyə başladım. Üzümə maska taxıb gizlədirdim. Qorqud Əmənov, yəni öldürdüyüm lal qatil ilə mənim bədən görünüşüm çox oxşar idi. Odur ki, Ağayevi əsla şübhələndirmirdim.

[cavab]

pol OpErA1 3 İyun 2013 / 12:40
Tamaranın məzarlığa gələcəyini iki nəfər bilirdi. Yeganə və Seyfulla. Hər ikisinin nömrəsini yoxlatdırdım. Demə, Tamaranın yerini Yeganə Teymura xəbər vermişdi. Teymur isə Təbriz Ağayevə. Bütün işlərin başında Teymurun olduğundan şübhələnmişdim. Odur ki, onun barmaq izlərini yoxlamaq lazım idi. Mərhum Həmidzadənin evində, Teymurdan aldığım bir ədəd siqaretdəki barmaq izləri ilə, “zəhmət haqqım” olan pulların üzərindəki barmaq izlərini analiz etdirdim. İzlər eyni adamın, yəni Teymur Həmidzadənin barmaq izləri idi.

- Bəs, Yeganənin ölümü? – Mayor maraqla soruşdu. – Onu niyə öldürdün? Bizə təslim etməli idin

- Yeganə ölməyib, Əkrəm bəy. – Qafarov cavab verdi. – Qorqudun evində, əli-ayağı bağlı halda əsirimdir.

- Necə yəni ölməyib? – Hacıyev heyrətləndi. – Bəs tapılan cəsəd? Ümumiyyətlə, Yeganə məsələsi necə oldu? Onlar öz bacılarını niyə öldürmək istəyirlər.

- Yeganəni bu işə sonradan qatıblar. – Oktay əlini adəti üzrə saçlarına çəkərək cavab verdi. – Elxan Həmidzadə öldürülən gündən sonra. Teymurun haqqında araşdırdım. O da, Elxan kimi uşaq evindən götürülmüş kimsəsiz biri idi. Nihad Həmidzadənin əvvəlki mərhum arvadının sonsuzluq xəstəliyi olduğundan, Nihad kimsəsizlər evindən oğulluğa götürmüşdü. Yeganə və Tamara isə Nihadın ikinci dəfə evləndiyi qadındandır. Teymur Elxana paxıllıq edirdi. Əmisinin mirasının Elxana qalacağı, Teymura xoş gəlməyibmiş. Bunları Yeganəni tutduqdan sonra, ondan öyrəndim.

Tamaranı hər hansı yolla olursa olsun qorumaq istəyirdim. Bir tanışımdan xahiş etdim ki, ona gizli zəng edib görüşə çağırsın. Həmin bu bacarıqlı oğlan bəhanə olaraq dedi ki, guya qatilin kim olduğunu bilir.

Deyilən zamanda, Həmidzadə ailəsinin həyətində gizlənib Tamaranın çıxmasını gözlədim. Şübhə yaratmamaqçın öz “qatil” geyimimdə idim. Lakin, Yeganə gözləmədiyim sürpriz oldu. Sonra, anladım ki, Tamara Yeganəni oğlunu tək qoymamaq üçün çağırıbmış. Mən də, Yeganəni zərərsizləşdirməyi düşündüm və Tamara üçün hazırladığım məhlullu dəsmalı Yeganənin burnuna tutdum. Tamara məni görəndə, özümü qatil kimi göstərmək üçün Tamaranın baxdığı pəncərəyə atəş açdım. Tamara gizləndikdən sonra, huşunu itirmiş Yeganəni götürüb həyətdən çıxdım.

Çox yaxın türk tanışım olan, bir xəstəxanada baş həkim işləyən Kadir Kılınçdan xahiş etdim ki, xəstəxana morqundan kimsəsiz bir qadın cəsədi gətirsin. O da xahişimi yerə salmadı. Cəsədi yandırıb uçurumdan atdım. Yeganəyə məxsus sənəd və əşyaları cəsədin yanına atdım ki, Teymur və Təbriz, Yeganənin öldüyündən əmin olsunlar.

Bilirdim ki, Teymur bu dəfə, saxta Qorqud Əmənovu, yəni məni öldürtmək istəyəcək. Odur ki, Təbrizlə son görüşdə işimi ehtiyyatlı tutdum. Həmin görüşdə Təbrizi də zərərsizləşdirmək istəyirdim. Odur ki, görüş yerinə gəldiyi “Volqa”nın gizlədildiyi həyəti tapıb, akkumlyatorunu çıxarıb gizlətdim. Təbriz Ağayev mənə, içərisində bobma yerləşdirilmiş mobil telefon verib aldatmağa çalışdı. Lakin, bu hiyləyə uymadım. Təbrizdən uzaqlaşan kimi telefonu uzağa tulladım. “Volqa” olan həyətin yanında gizlənib Təbriz Ağayevin həyətə girməsini gözlədim. Və onu da zərərləşdirib Qorqudun evinə apardım. Xarabalıq yerdən uzaqlaşmamışdan əvvəl, Teymura ismarıc vasitəsi ilə hədə-qorxu gəldim. Buna səbəb, əmin olmaq istəyirdim ki, ondan başqa bu işdə əli olan qalıb yoxsa yox. Əgər qalsaydı, Teymur onu öldürüb aradan çıxacaqdı. Lakin, onu izləyənlərkən heç kimlə görüşmədən, qaçdığını gördüm.

- Aha. Aydın oldu. – deyə, mayor razılıqla başını tərpəddi. – Teymuru anladım ki, Tamaranın doğma bacısı deyil. Bəs, Yeganə? O niyə bacısına xəyanət etməyə razı oldu. Bunu öyrənə bildinmi?

- Öyrəndim. – Oktay cavab verdi. – Az əvvəl dediyim kimi, Yeganəni bu işə qətl günündən sonra, çəkiblər. Səbəb, Teymur Həmidzadə, Yeganənin pəncərədən gördüyü adamın Elxanın qatili olduğunu düşünmüşdü. Əslində, belə düşünən tət Teymur yox, hamı idi. Bu səbəbdən, mənə Yeganənin gördüyü təsvir lazım idi. Onun gördüyü adamın qara geyimli adam olduğunu öyrənəndə, bildim ki, o gecə məni görmüşdü. İlk öncə dediyim kimi, istəmirdim ki, kimsə məndən şübhələnib, əməliyyatı aparmağıma mane olsun. Bu səbəbdən, Daşı etspertizaya aparmaq əvəzinə, Tamaradan gizlətməsini xahiş etdim.

[cavab]

pol OpErA1 3 İyun 2013 / 12:41
Yeganənin xəyanəti məsələsinə gəlincə isə, hər iki əsirim, yəni Təbriz və Yeganə mənə hər şeyi danışdılar. Səbəb bu idi ki, Təbriz Ağayev ilə Yeganə gizlincə görüşüb, əyləncəli anlar yaşayırlarmış. Yeganədən şübhələnən Teymur, onu izləyərək Təbrizlə bir yerdə yaxalayıbmış. Sonra, onları şantaj etməklə hədələyib razı salıbmış. Teymur Həmidzadənin planı, əvvəlcə Elxanı, sonra Tamaranı, daha sonra isə Nicatı öldürmək idi. Çünki, onların hər üçü ölsəydi, bütün miras Teymur Həmidzadəyə qalacaqdı. Elxanın qətli qəsdən Nicatın doğum gününə təşkil olunmuşdu ki, cinayətkarın gəlişi bütün yaxın insanlara eyni anda “sürpriz” olsun. Hər şey bu cür baş verib.

- Görəsən, Tamara Həmidzadə bunları bilsə nə olacaq? – Mayorun bu sualı özünə yoxsa Qafarova verməsi bilinmədi. - Doğma bacısını bağışlayacaqmı?

- İnanmıram. – Qafarov qəti şəkildə cavab verdi. – Xəyanət bağışlanmaz.



Epiloq

Bir saatdan sonra, Oktay Qafarov və mayor Əkrəm Hacıyev restoranda oturub söhbət edirdilər. Hacıyev qarşısındakı qəlyandan qurtum alaraq xəfiyyəyə baxıb soruşdu:

- Yaxşı, de görüm, baş verənləri Tamara Həmidzadəyə necə çatdıracağıq?

- Bir neçə gün keçsin. Tamara tam özünə gələndən sonra, əməkdaşlarımızdan biri gedib hər şeyi Tamaraya başa salar.

- Bəlkə, sən özün gedəsən?

- Yox. – Qafarov etiraz etdi. – İzninizlə, ağır əməliyyatdan sonra bir qədər istirahət etmək istəyirəm.

- Hara gedədəksən? – Hacıyev maraqlandı. Oktay əli ilə saçlarını qarışdırıb gülümsünərək cavab verdi:

- Hara gedəcəyimə, hələ ki, qərar verməmişəm. Amma, hər halda, gedəcəyim yerdə qara geyimdə dolanmağa məcbur qalmayacam.

S O N

[cavab]

pol OpErA1 3 İyun 2013 / 12:41
INWALLAH BEYENDINIZ.KIM MARAQLI DEDEKTIV ESER BILIRSE YAZSIN BURA.SEVE SEVE OXUYARIQ

[cavab]

← 1 2 3 [4] 5 6 7 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1699 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az