DEDEKTIV ROMANLAR
OpErA1
2 İyun 2013 / 01:09
- İndi isə, tez get buradan. Tapşırığı yerinə yetirəndən sonra, elektron poçtuma xəbər göndər. Narahat olma, həmişəki kimi, haqqını alacaqsan.
Gizli zəng
Hər tərəf od içində idi. Tamara oğlu Nicatı möhkəm qucaqlamışdı. Nicat da, ağlayaraq deyirdi:
- Ana, buraxma məni. Qoyma öldürsünlər.
Onlardan bir qədər aralıda Yeganənin cəsədi yerdə uzanılı halda idi. Cəsədin başı üstündə dayanan qara geyimli qatil, cəsəddən aralanaraq, oğlunu bərk qucaqlayan Tamaraya tərəf addımlamağa başladı.
- Gəlmə. - deyə Tamara qışqırmağa başladı. – Axı bizdən nə istəyirsən? Gəlmə... Cəhənnəm ol... Gəlmə, deyirəm sənə..
Qışqıraraq divandan dik qalxıb oturdu. Nicat o biri otaqdan anasının qışqırığını eşidib, onun yanına qaçdı. Tamara qorxu içində oğlunu bağrına basdı. Gördüyü bu kabuslu yuxudan sonra, özünü ələ almağa, qorxusunu boğmağa çalışırdı. Oğlu Nicatla tək qalmışdı. Qonaqlar dünən getmişdilər. Tamara çox qorxmağa başlamışdı. Ölümdən qorxurdu. Çünki həyatı, yaşamağı sevirdi. O, getdikcə bunu daha yaxşı başa düşmüşdü. Nə qədər acı çəksə də, ölməyə dəyməzdi. O gecə məzarlıqdakı hadisədən sonra, özünü ələ ala bilsə də, içindəki qorxular, yuxularındakı kabuslar getdikcə çoxalırdı. Qara geyimli adam onun fikrindən çıxmırdı. Gözlərinə görünə bilər deyə, göz yummağa belə çəkinirdi. Hər xırda taqqıltı belə onu diksindirirdi. Elə bil, qara rəngli kostyumda və şlyapada olan bu cinayətkar indicə gizləndiyi yerdən çıxacaq. Həminki baxışlarla. Həmin görünüşdə. Sağ əlində də silah. Silahı ona tərəf tuşlayacaq və.. Tamara yenə diksindi. Sonra, mayor Hacıyevin dünənki sözünü yadına salıb bir qədər sakitləşdi. Mayor demişdi ki, nə olursa olsun imkan verməyəcəklər ki, onlara zərər dəysin.
Elxanın öldürülən gündən bəri, Tamaranın beynində sual yaranmışdı. Bu qatil kimdir? Elxanı niyə öldürdü? Tamaranın özünü niyə öldürmək istəyir? Bu ailə o adama nə edib axı? Bu vaxt, zəng çalınan mobil telefonun səsi Tamaranı xəyaldan ayırdı. Çantasından telefonu götürüb ekrana baxdı. Nömrə görünmürdü. Çünki, gizli zəng edilmişdi. Tamara zəngə cavab verdi:
- Alo?
- Uzun danışmayacam. – deyə, naməlum bir səs eşidildi. – Qara geyimli cinayətkarın kim olduğunu bilirəm. Ərinizi öldürən adamı deyirəm.
- Kimsən? – Tamara həyəcanla soruşdu.
- Gecə saat 11-də, evinizin yanından keçən yolun sonundakı köhnə dəyirmanda sizi gözləyəcəm. Yalnız onda bütün suallarınıza cavab verərəm.
- Kimsən? Niyə sənə inanmalıyam? – deyərək, Tamara divardan asılmış saata baxdı. Saat 21:40 göstərirdi.
- Lakin, polisə zəngim barədə heç nə deməyin. Çünki, belə halda məni heç vaxt tapa bilməyəcəksiniz. Hər halda, bunu eləməyəcəyinizə ümid edirəm. – Əlaqə dərhal kəsildi.
- Alo... Alo... – Tamara özünü itirdi. Oktaya zəng vurmağı düşündü. Lakin, dərhal fikrindən vaz keçdi. Zəng vuran adam kim idi axı? Qatili hardan tanıyır? Bəlkə, elə qatilin özüdür, Tamaranı öldürmək üçün plan qurur. Amma, necə ola bilər? Cinayətkar axmaq deyil ki, zəng vurub səsini bəlli etsin. Həm də ki, adam çox əminliklə danışırdı. Həmdə, elə bil biraz çəkinirdi də. Bəlkə, hər kimdirsə, ona kömək etmək istəyən biridir? Tamara bir qədər götür-qoy edəndən sonra qəti qərara gəldi. Qərara gəldi ki, həmin görüşə gedəcək. Çünki, hər kəsdən əvvəl özü qatilin kim olduğunu öyrənmək istəyirdi ki, özünü, oğlunu, sevdiklərini ondan qorusun. Divanda uzandı və həyəcanla deyilən vaxtı gözləməyə başladı. Sonra birdən Nicatı düşündü. Onu evdə tək qoymağa razı olmazdı. Əvvəlcə, istəməsə də, sonra, fikrini dəyişib Yeganəyə zəng vurdu.
- Eşidirəm, bacı. – Yeganənin səsi eşidildi.
- Təcili bizə gəl.
- Axı, bizə tapşırdılar ki, evdən çölə çıxmayaq.
- Cəhənnəmə ki. – Tamaranın hövsələsi daralmışdı. – Lazımsan mənə. Seyfullaya de, gətirsin səni.
- Seyfulla evdə yoxdur. Özüm gələrəm.
- Gözləyirəm. Tez ol.
[cavab]
OpErA1
2 İyun 2013 / 01:10
Əlaqə kəsildi. Tamara mətbəxə keçdi və rəfdən bir stəkan götürüb soyuq su ilə doldurdu. Sudan bir qədər içərək əlləri ilə saçlarını qarışdırdı. Yeganəgilin evləri çox yaxında olduğundan, onu çağırdı ki, naməlum görüşdən qayıdana qədər, Nicatın yanında qalsın. Həm də ki, Nicatı özgə birinə etibar etmək istəmirdi.
Az sonra, həyətdən ani qışqırıq səsi gəlib-kəsildi. Bu Yeganənin səsinə oxşayırdı. Tamara həyəcanla pəncərəyə tərəf qaçdı. Gördüklərindən dəhşətə gəldi. Qara geyimli həmin adam hərəkətsiz halda olan Yeganəni çiyninə aşırıb həyətdən çıxmağa çalışırdı. Tamara özündən biixtiyar qışqırdı. Qara geyimli adam onu görüb, əlindəki silahla ona tərəf atəş açdı. Tamara cəld aşağı çökdü ki, güllə ona dəyməsin. Güllənin zərbəsindən pəncərənin şüşəsi çilik-çilik olub ətrafa töküldü. Tamara qorxu və dəhşət içində Nicatı yanında, döşəmədə divarın dibində oturdub həyəcandan əli ilə ağzını örtüb ağlayırdı. Səsini çıxarmağa qorxurdu. Ona elə gəldi ki, qatil evə girib onların ikisini də güllələyəcək. Az sonra sakitliyi görüb ehmalca dikəldi və pəncərədən həyətə baxdı. Darvaza açılı halda qalmış, həyət bom-boş, səssiz idi. Dərhal mobil telefonunu götürüb Oktay Qafarovun nömrəsini yığdı.
***
Mayor Əkrəm Hacıyev kabinetində narahat halda oturub Qafarovu gözləyirdi. Az öncə aldığı məlumat onu özündən çıxarmışdı. Hiss olunurdu ki, xəfiyyəyə yaman acığı tutub. Hətta, o qədər acığı tutmuşdu ki, Oktay içəri girən kimi, Hacıyevin ona ilk sözü bu oldu:
- Sən nə işlə məşğulsan, Qafarov? Xəbərin var nə olub?
- Var. – deyə, Qafarov təmkinlə cavab verdi. – Yeganənin öldürüldüyünü mən də eşitdim. İndicə, Həmidzadə ailəsinin evindən gəlirəm.
- Hələ üstəlik, cəsədini də yandırıblar? – Hacıyev əlavə etdi. – Ən pisi də odur ki, bunu həmin qara geyimli yaramaz edib. Az əvvəl məlumat gəldi. Cəsədi tamailə yandırıb, uçurumdan atıblar. Ətrafındakı əşyalar və sənəddən Yeganə Həmidzadə olduğu aydın olub. Bir nəfər, əyyaşın biri hadisəni uzaqdan görüb. Amma, fərasətlik edib, qatil işini bitirənə qədər, yaxınlıqdakı tək avtomobilə sarı gedərək avtomobilin markasını və nömrəsini öyrənə bilib. Tünd qəhvəyi rəngli “BMV” markalı avtomobil hadisə vaxtı ordada olub. Tapşırmışam. Sahibini tapıb dindirəcəyik. - Sonra, Qafarova baxıb, - Niyə, Qafarov? Niyə? – deyə, sanki, istintaq aparırmış kimi soruşdu. – Axı, onları arxayın etdik. Onlara bir şey olmayacaqlarına əmin etdik. Qatili tezliklə ifşa edəcəyimizi dedik.
Əkrəm Hacıyev əsəbi halda kabineti dolaşırdı. Sonra, asta səslə soruşdu:
- Sən əminsən ki, Təbriz Ağayevin bu işdə əli var?
- Yüz faiz əminəm. – Qafarov cavab verdi.
- Elə isə, onu tutub bura gətirib dindirməliyik. Artıq, başqa çarəmiz yoxdur.
- Bu hələ lazım deyil, Əkrəm bəy. – Qafarov etiraz etdi.
- Necə yəni lazım deyil? – Mayor soruşdu.
- Çünki, özündən xəbərsiz, onun izinə düşmüşəm, hələ də izləməkdəyəm. Onların hamısını ifşa edəcəm.
- Nə vaxt? – Hacıyev əsəbi şəkildə soruşdu. – Bu yaramaz hamını qırıb qurtarandan sonra?
- Mənə üç gün vaxt verin, cənab mayor. – Qafarov əminliklə dedi. – Yalnız üç gün.
Əkrəm Hacıyev bir qədər səssizcə düşündü. Qafarova baxıb dedi:
- Amma, dediyin kimi. Yalnız üç gün. – Sonra, soruşdu. – Tamara Həmidzadə indi necədir?
- Həkimlərin dediyinə görə, qorxudan bərk həyəcan keçirib. Amma, qorxulu deyil. – Qafarov bildirdi. – Gecə, “Təcili yardım” xidməti onu xəstəxanaya çatdırıb. 2 gün həkim nəzarəti altında qalandan sonra, bir şeyi qalmaz.
Bu vaxt, qapı döyüldü.
- Gəl. – deyə, Hacıyev səsləndi. Bir polis işçisi içəri daxil olub:
[cavab]
OpErA1
2 İyun 2013 / 01:10
- Cənab mayor, avtomobilin sahibini müəyyən etdik. – deyərək, əlindəki kağızı və fotoşəkili Hacıyevə uzatdı. – Bu adam, əlimdəki kağızda yazılmış ünvanda yerləşən xəstəxananın baş həkimidir. Milliyətcə türkdür. Adı və söyadı Kadir Kılınç.
- Lap yaxşı. – Mayor razılığını bildirdi. – Onu bu gün buraya gətirin. Sonra üzünü Oktaya tutub dedi:
- Bilmirəm planın nədir. Amma mənə elə gəlir ki,həmişəki kimi bu dəfə də məni yanıltmayacaqsan.
[cavab]
EMIN98
2 İyun 2013 / 02:14
maraqlidi.
[cavab]
@miris@
2 İyun 2013 / 02:22
OpErA1, erinmedin bu qeder weyi yazmaga
[cavab]
OpErA1
2 İyun 2013 / 02:53
@miris@, yox ərinmedim.hem copy etmiwem
[cavab]
ELNiNiO-ToRReS
2 İyun 2013 / 19:36
maraqlıdır. Ardı olaacaq??
[cavab]
OpErA1
3 İyun 2013 / 00:29
ardi sabah olacaq
[cavab]
Melis
3 İyun 2013 / 00:35
OpErA1,bu menim istediyim romandi ele
[cavab]
OpErA1
3 İyun 2013 / 00:45
Melis, sevindim can
[cavab]
Bölmeye qayıt
0.1878 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az