'' ''Hamı cığal içindədir'' ''
Sago
30 May 2013 / 18:56
Əl əli, əl də üz yuyur – ölkə zaval içindədir,
İynə çuval içindədir, xəlq sual içindədir.
Qoydu firəngi kölgədə, yaydı zinanı ölkədə,
Qızları mini yubkədə, gündə sığal içindədir.
Parələri Turandadır, surələri Qurandadır,
Siqələri İrandadır, molla vüsal içindədir.
Fikrə xəyala çox dalıb, qeyl ilə qala əmr alıb,
Yurdun içində yurd salıb, özcə amal içindədir.
Salmadı qardaşın saya, qardaşı sanki bir qaya,
Uçdu Dubaya, bay-baya, bakirə hal içindədir.
Gizlicə getdi söhbətə, söhbəti döndü rüşvətə,
Axırı çatdı şöhrətə, indi medal içindədir.
Dostdu-tanışdı bilmirəm, hamı cıqal içindədir.
Yandı-yanışdı bilmirəm, hamı cığal
içindədir.
Öldü bu ölkə basdırın, üstünə böylə yazdırın,
«Torpağı qal içindədir, xaini bal içindədir».
Rəngdü, rəng, rəngdü, axırı cəng cəngdü,
Ləngdü, ləng, ləngdü, ölkə topal içindədir.
Axırı kama çatdılar, Pünhanı DİN-ə satdılar,
Ağı qaraya qatdılar, saçları çal içindədir.
Baba Pünhan
red. Sago (30.05 /18:57)
[cavab]
Excellent
30 May 2013 / 18:59
super
[cavab]
**Memo**
30 May 2013 / 19:00
[cavab]
Sago
30 May 2013 / 19:08
twklər :/
[cavab]
(=KraL=)
30 May 2013 / 19:09
Ellerive saglig. Dogurdan lezet eledi)
[cavab]
Sahin00
30 May 2013 / 19:13
Allah rehmet elesin!!!!!yeri behist olsun!!!!
ela idi.cox sagol.thanks!!!!
[cavab]
Sago
30 May 2013 / 19:16
eehh hele onun ne weirleri var mende, ama biraz sert dilnen (soyunclu) yazdigina gore bura yaza bilmirem. Boyuk istedad olub. Allah rehmet elesin.
[cavab]
PLANET
30 May 2013 / 19:27
heriii
[cavab]
Bölmeye qayıt