::::her şeyin sahibi.....::::

pol **Memo** 30 May 2013 / 12:18
Luiz Redden adlı kasıb
geyinmiş bir qadın qayğılı bir
şəkildə ərzaq dükanına girdi.
Utana-utana dükan sahibinə
yaxınlaşaraq, həyat
yoldaşının xəstə olduğunu,
yeddi uşağı ilə ac qaldıqlarını
dedi. Dükan sahibi isə ona
sərt bir nəzərlə baxaraq,
dükandan çıxmağı tələb etdi.
Qadın çıxış yolu olmadığı üçün
yalvarmaqda davam edir:
“Mənə inanın. Pulumuz olan
kimi sizin borcunuzu
ödəyəcəyəm,” - deyirdi. Bu
vaxt dükana girən başqa bir
müştəri onların bu söhbətini
eşitdi. Üzünü dükan sahibinə
tutub: “Ona istədiklərini
verin, borcunu da mənim
adıma yazın,” - dedi. Dükan
sahibi həvəssiz bir şəkildə, bir
az da istehza ilə qadından:
“Sizdə alacağınız ərzaqların
siyahısı varmı?” - deyə
soruşdu. Luiz başını aşağı
əyərək: “Var,” - deyə cavab
verdi. Dükan sahibi: “Elə isə,
o siyahını tərəzinin bu gözünə
qoyun. Nə qədər gəlsə, sizə o
qədər ərzaq verəcəyəm”, -
dedi...
Luiz birdən duruxdu, sonra
çantasından içərisində nə isə
yazılmış bir kağız çıxararaq,
tərəzinin gözünə qoydu.
Dükan sahibi tərəzinin o biri
gözünə ərzaqları qoymağa
başladı. Ancaq tərəzi dolub -
daşsa da, tərəzinin bu biri
gözü əyilmək bilmirdi. Dükan
sahibi: “İnana bilmirəm. Bu
necə ola bilər?” - deyə
heyrətdən donub qaldı.
Nəhayət, çarəsiz qalıb
tərəzidəkiləri qadına verdi.
Dükan sahibi maraqla kağızı
götürüb oxudu.
Kağızda bu dua yazılmışdı:
“Allahım, mənim nəyə
ehtiyacım olduğunu Sən
bilirsən. Hər şeyin Sahibi
Sənsən”.

[cavab]

pol MiSTeR_X 30 May 2013 / 12:20
Super

[cavab]

pol Ferid63 30 May 2013 / 12:23

[cavab]

pol rowa 30 May 2013 / 12:51
Cox menali ve gozel idi..

[cavab]

pol OnLy_NiCk 30 May 2013 / 13:04
.

[cavab]

pol xit*fermer 30 May 2013 / 13:45
bomba

[cavab]

pol _Ulduz_ 30 May 2013 / 14:12
..

[cavab]

pol endless_love 30 May 2013 / 14:19
Ela idi, tesekkurler

[cavab]

pol Cokuw 30 May 2013 / 14:43
Elaaaa

[cavab]

pol Ayan01 30 May 2013 / 14:45
Oxumuwam bunu yenede twk

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2272 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az