HOST......**

pol EMIN98 29 May 2013 / 00:37
adlari yuxarida yazilib. Dekabr ve payizim. Qaraqanindi. Hele aidin yeni mahnisi cixib menim seherim. Sabah yükleyecem.

[cavab]

pol EMIN98 29 May 2013 / 00:49
YARIMÇIQ HEYAT
(verse1-AiD)
Barmenin qarşısında iki
bakal, ikisi de yarımçıq
süzülüb. Birinde şerab,
digerinde menim heyatım.
Düzülüb gözlerimde sehv
atdığım her atdım, sayını
unutdum. Qolumda saat
işlemir, men artıq zamanı
bıraxdım taleyin hökmüne.
Men artıq ölmüşem ya sabah
ölecem, ferqi ne? Dilim de
quruyub artıq, sebebi senle
olan son öpüş. Geriye atdıq,
bilirdim qemli olacaq son
dönüş. Heyat tekrarlanır, ele
bil dejavu. Şeherin merkezi
passaj, mene tanışdı bu. El-
ele qaçırdıq biz, ele bil
telesirik. İndi ise bu
veziyyetde sadece esirik.
Senin indi öz ailen var,
menimse kiçik daxmam. İndi
men pis veziyyetdeyem,
gözünü çek bir de baxma.
Görme meni bu çirkin içinde.
Göresen tanıyarsan mı meni
kütlenin içinde. Düz seçim
etdin, yaxşı birini tapdın.
Bizimse sevgimizi sadece bir
sehv bilib heyatın beşiyine
atdın. Birge şekillerimizi ise,
yeqin ki, çoxdan zibil yeşiyine
atdın
(chorus-Ayka)
Uzaq gemi, bu sahilden qurtar
meni, bırax uçum göylere.
Orda men ayaqlarımı isladıb,
yağışın damcısında gizlenib.
Hiss edib, nece düzülecek
yollara derdlerim açılmış
qollara. Sen inan, onlar seni
qucaqlayıb, qoşulub derdine
senin, ağlıyıb
(verse2-AiD)
O seni aparır restoranlara, o
seni gezdirir. O her şirin
sözüyle güldürür, özüne
sevdirir. O edebli, yerini
bilen, terbiyeli. O sene şeir
yazır, bezen romantik,
bezense qemli. O sene
hediyyeler verir, menden
ferqli olaraq. O senin pis,
yaxşı günlerinde tek
bıraxmır. Heyata tam hazırdı,
menden ferqli olaraq. O
bacarır düzgün dayaq olmağı,
sehv bıraxmır. O esl şehzade
senin xeyallarındakı. O
heyatdan hediyye senin
röyalarındakı. O seni
qorumağa hazır her bir
çetinlikden. O seni isidir
istilikle qollarındakı.
Diqqetlidi sene qarşı, hem de
çox. O çoxlu pul qazanır
amma gözlerise daim tox.
Cemiyyetde hörmetlidi, atan,
anan da çox sevir onu.
Seliqeli görünüş, daim uğur
izleyir onu. O menim
düşmenimdi belke de yaxşı
olduğu üçün. Seni men
atdıqdan sonra o seni tapdığı
üçün. Men heç bilmezdim ki,
menden de yaxşıları var. Men
heç bilmezdim ki, ciddi seven
insanlar var. Bir vaxt eylence
idin menimçün, vaxt
keçirirdim. Özümden çox
razıydım, çox qız sınaqdan
keçirirdim.
Amma men bilmezdim ki, ne
vaxtsa bele olacaq. Menden
daha yaxşısı seni menden
alacaq
(chorus-Ayka)
Uzaq gemi, bu sahilden qurtar
meni, bırax uçum göylere.
Orda men ayaqlarımı isladıb,
yağışın damcısında gizlenib.
Hiss edib, nece düzülecek
yollara derdlerim açılmış
qollara. Sen inan, onlar seni
qucaqlayıb, qoşulub derdine
senin, ağlıyıb(x2)

[cavab]

pol Qiyipem(= 29 May 2013 / 00:54
YOXE QAQAW HOSTUN bildiyin mahnilarinin adin yaz.

[cavab]

pol EMIN98 29 May 2013 / 00:57
Epiloq
(verse: Qaraqan)
Söndür iPodu, yandır dünyanı
Bizim oyun bitdi, game over,
bağlandıq
Doğurdan da 3 ildi sevqinin
ömrü
Bizim sevgimiz öldü, bu işə yas
saxladıq
Sənə lazım deyil daha bu
mahnılar
Sən böyüdün bizlə, biz qocaldıq
Sənə lazım deyil müqədəs
zirvələr
Bakı indi daha hündür binalar
ucaldır
Bitdi mi konsert, say biletləri
Bölüşdür nə qədər hansımıza
qalır
Axı bu deyildi bizim istədiyimiz
Sözümüz sevilsin istədik, sevildi
səsimiz
Bakı günahlarını tökür Xəzərə
Tanımayacaq birazdan məni
gəzənlər
Doğma əzanlar, dinlə, birdə
qəlmir
Köhnə küçələrdə traktor,
buldozerlər
Mənim şəhərim qırır körpə
qanadları
Sən indi galstukda, pencəkdə, əsl
maço
İşə düzəldin, cib pul qazanır
Dünən H.O.S.Tu dinləyən bugün
H.O.S.Tdan utanır
Köhnə kitabtək üstümüzə toz
dolur
Amma ən çətin günündə sənə
dost olduq
Çıxart posteri divardan əbədi
Böyüdün braço, əlvida dost,
C'est la vie
(Nəqarət)
Harda itdi bizim arzularımız
Nə vaxt bitdi nağıllarımız
Sağalacaq mi qanadlarımız
Daha isitmir mahnılarımız
(verse: Qaraqan)
Sən artıq böyümüsən, indi
Glamour Lady
Dünənki H.O.S.Tçu isə bugün
olub Mrs. Sexy
Dünənki Qaraqan da bugün olub
BlackBlood
Həyat bizi məhv elədi, son gediş
Şah-Mat
Zaman dəyişdi, necə çatladir
qayaları
Qurudur dənizləri, dəyişdi elə
bizləri
Arxamca gəlmiyin, arxamca
qəlmiyin
Sizi ancaq azdıracaq mənim
izlərim
Mənim sərt hisslərim, içimdə
davalar
Payiz gəldi amma qayıtmadı
Bakıya qarğalar
Bu şəhər bizim deyil, buralar
doğma qəlmir
Saxla konduktor, mənim
dayanacağim arxada
Burada doğulmadım mən, burda
ölmək istəmirəm
Mən yaşamaq istəyirəm,
dözmək istəmirəm
Gözləmirəm ki, anlayasan məni
Səni sevindirir mənim hər yeni
səhvlərim
Qırdıq səddləri hamı susan
zaman
Bizdən başqa kim varıydı ki, boş
idi meydan
Və səni hamı tərk edən zaman,
təkliyən zaman
Mahnılarımızdan güc alırdın,
utan
Siz evdən qovulanda biz açdıq
qapımızı
Biz dedik bütün şəhərə sizin
dərdinizi
Əlinizi tutub qaldırdıq ayağa
Qorxma, yanındayıq deyib,
itələdik qabağa
Biz isə yıxılan kimi siz başladız
gülməyə
Tənqid dalınca tənqid,
qəhramanı məhv etməyə
Ayağa qaldırmaqdan bizdən üz
çevirdiz
Amma ki, bu döyüşlərə biz sizə
görə qetmişdik
Yaralı canavarı qovmazlar
dəstədən
Necə ki, qovulmur ailələrdən
xəstələr
Amma nankör millət başladı
daşlamağa
H.O.S.T dəyişdi, yıxıldılar, gəlin
onlara daş ataq
Qoşuldu adımıza min cürə
böhtan
Aman Allah, Tanrı, yox bunlarda
vicdan
İnsan necə də bu qədər insana
nifrət eliyər
Xoş gəldin, qorxma, sənə
düşmən deyil Qaraqan
Mən heç vaxt olmamışam
hisslərimin əsiri
Və bütün yaralarımı özüm
sarıdım
Və sizə qalsın miras hər sətirim
Əlvida, Bakı, mən bir də çətin
qayıdım
(Nəqarət)
Harda itdi bizim arzularımız
Nə vaxt bitdi nağıllarımız
Sağalacaq mi qanadlarımız
Daha isitmir mahnılarımız

[cavab]

← 1 [2] 

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1955 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az