+QÜRURLANMA+
Nurlanichka
28 May 2013 / 17:25
Әhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, həzrət Rza əleyhissalama məktublar göndərib və o həzrətdən cavablarını aldıqdan sonra həzrətin imamlığına etiqad bəsləmişdi. Bir gün Bəzənti Həzrətə belə dedi: Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm. Həzrət (ə) da onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. O gün gecəyarısına qədər bir-birləri ilə elmi mübahisə apardılar və Bəzənti öz müşgül məsələlərini imamın məclisində həll etdi.
Yatmaq vaxtı çatanda imam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənim şəxsi yatağımı gətirib mənim yanımda böyük məqama malik olan qonaq üçün sər ki, istirahət etsin».
Imamın sözləri Bəzəntini şişirtdi, ürək quşu havalandı və öz-özünə belə dedi: Imamdan sonra dünyada mən hamıdan yaxşıyam. Bu mənəm ki, imam öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir.
Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən imam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Әli (ə)-ın dəyərli əshabından olan Sə᾽sə᾽ə xəstələndikdə onu görmək üçün yanına gedib saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu:
«Әziz dost, bu gördüklərini əsla özünə qurur vəsiləsi edərək «mən beləyəm, mən eləyəm, imam mənə məhəbbət göstərdi» - deyə məğrurlanma. Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm».
Bəzənti belə deyibdir: Həzrət bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batili fikr etməyim, öz niyyət və əməllərimə diqqət yetirim.
[cavab]
usta_fermer
28 May 2013 / 17:27

[cavab]
EMIN98
28 May 2013 / 17:32
...eladi.
[cavab]
OnLy_NiCk
28 May 2013 / 17:33
[cavab]
Ram
28 May 2013 / 17:35
Cox gozeldi twk edirem
[cavab]
ELNiNiO-ToRReS
28 May 2013 / 17:35
Bravo
[cavab]
OpErA1
28 May 2013 / 17:47
bir sözlə əladi.super
[cavab]
Bölmeye qayıt
0.1709 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az