kim ne bilir yazsin

pol nikolay 28 May 2013 / 14:05
SALAM DOSTLAR KIM DINLE BAĞLI NE REVAYET VEYA HEKAYE BILIRSE DESIN

[cavab]

pol OpErA1 28 May 2013 / 14:23
Səhvlərimi Xatırlayınca!
Hz. İbrahim (ə.s) cəhənnəmi hər xatırlayışında ağlayardı. Hətta, bu əsnada ürəyinin atışı belə eşidilərdi. Bir gün Cəbrayıl (ə.s.) gəlib ona:"a İbrahim! Sən heç dostun əzab verdiyini gördünmü? Sən Allahın dostusan. O halda Allahın əzabı olan cəhənnəmdən qorxub ağlaman niyədir?" deyə soruşdu. Bunun üzərinə Hz. İbrahim (ə.s.) cavab olaraq belə buyurur: "Ya Cəbrayıl, səhvlərimi xatırlayınca, dostluğumu unuduram."


İndi canımı al!
Hz. İbrahim (ə.s.) ruhunu almağa gələn ölüm mələyinə: "Heç dostun dostunu öldürdüyünü gördünmü?" deyə soruşması üzərinə Allah Təala da İbrahim (a. s. )!a: "Heç dostun dostuna qovuşmağı pis gördüyünü eşitdinmi?" deyə vəhy etdi.
Bunun üzərinə Hz. İbrahim (ə.s.) ölüm mələyinə belə dedi: "İndi canımı al."


Acların halını necə anlaya bilərəm?
Hz. Aişə (r.ə.) rəvayət etməkdədir: Misirdə qıtlıq olduğu illərdə Hz.Yusuf (ə.s.) üç gündə bir yemək yeyərdi. ona (ə.s.): "Bütün zahirə anbarları sənin əlinin altında olmasına baxmayaraq niyə üç gündə bir yemək yeyirsən?" deyə soruşdular. Hz.Yusuf (ə.s.) özünə soruşulan bu suala bu sualla cavab verdi: "Mənim qarınım tox olsa, ətrafdan zahirə ürməyə gələn acların halını necə anlaya bilərəm?"


Acılı söz yedirməyin
Loğman Həkimə: "Xəstəmizə nə yedirməmizi tövsiyə edərsiniz?" deyə soruşduqlarında, ondan bu cavabı almışlar: "Aman, acılı söz yedirməyin də, nə yesə olar."


Görəsən sandıqda nə var?
Loğman Həkim, ailəsinə bir sandıq buraxaraq belə demiş: "Mən öldükdən sonra bu sandığı açmadan satışa təqdim edin, oradan aldığını pullar sizindir. "Loğman Həkim vəfat edincə ailəsi onun bu istəyi üzərinə sandığı satmış. Sandığı alan şəxs isə həyəcanla "görəsən sandıqda nə var"düşüncəsiylə sandığı bucağın tərəfindən, üzərində belə yazan bir sümüklə qarşılaşmış: "Ayağını isti tut, başını sərin; Özünə bir iş tap, düşünmə dərin..."


Müdrikliyi kimdən öyrəndin?!
Loğman Həkimə: "Müdrikliyi kimdən öyrəndin?" deyə soruşduqlarında ondan bu cavabı almişlar: "Korlardan öyrəndim. Çünki onlar əlindəki dəyənəklə tam araşdırmadan addım atmazlar. Qıçları yerin möhkəm olduğundan əmin olduqdan sonra addım təyin edərlər. ..Bundan ötəri mən də bir şey edəcəyim zaman düşünər, faydalı isə danışar, faydalı isə edərəm. ..Faydasız isə buraxmağı və susmağı seçərəm.


Tutun, oğru budur!
Adamın biri Hz. Süleymana (ə.s.) gələrək, qazlarının oğurlandığını və bunu qonşularının etdiyini iddia etmiş. Hz. Süleyman (ə.s.) dərhal xalqı məscidə yığmış və:"ıçınızdə biri həm qonşusunun qazlarını oğurlayır, həm də oğurladığı qazların tükləri başında olduğu halda utanmadan məscidə gəlir," demiş. Oğru bu sözləri eşidər-eşitməz əliylə başını tumarlamağa başlamış. Onun bu halını görən Hz. Süleyman (ə.s.) belə buyurmuş: "Tutun, oğru budur."


Necə dua edərəm?
Bilindiyi kimi Hz. Eyyüb (ə.s.) səbir və mətanəti ilə dillərə dastan olmuşdu. Bir rəvayətə görə o məşhur xəstəliyi on səkkiz il çəkmişdi. Heç bir zaman üsyan etməyən Hz. Eyyüba (ə.s.) xanımı bir gün belə soruşdu: "Bu xəstəliyin bitməsi, çəkdiyin dərdlərin getməsi üçün Cənabı Haqqa dua etsənsə olmazmı?" Hz. Eyyüb (ə.s.), xanımına bu cavabı verər: "Mənim bolluq və rifah içində yaşadığım müddət 80 ildir. Çəkmiş olduğum darlıq və çətinlikli zaman isə daha bu müddətə çatmamışdır. Bu vəziyyətdə mən Allahdan utanaram. Ona (c. c.) bu halın üzərimdən getməsi üçün necə dua edərəm ki..."
red. OpErA1 (28.05 /14:24)

[cavab]

pol nikolay 28 May 2013 / 14:30
OpErA1, maraqli idiler twk

[cavab]

pol OpErA1 28 May 2013 / 16:27
Bir adam hemiseki kimi sacini-uzunu qaydaya salaq ucun berebere gedir. Onunla mesgul olan bereberle maraqli sohbete bashlayir. Muxtelif movzular barede danishdiqdan sonra Sohbet dine gelir.
Berber: Bilirsen men senin dediyin kimi Allahin varligina inanmiram.
Adam: Bes ne ucun bele dusunursen?
Berber: Bunu açıklamaqlamaq cox cetindir. Bunu gormek ucun kuceye cixmalisan. Xaish edirem mene deye bilersen eger Allah varsa bu qeder problemli, xeste insanlar, terk edilmish usaqlar olardi?
Allah olsaydi hec kim ezab cekmezdi ve biri-birilerini incitmezdi. Allah olsaydi bunlara icaze vermezdi.
Adam bir an dyrdy ve fikirlesdi, amma mubahise etmemek ucun cavab vermedi. Berber isini bitirdikden sonra adam kuceye cixdi. Ele o anda uzun sacli ve saqqallari biri-birine qarishmish baximsiz bir adam gordu. Adam eger bu qeder baximsiz gorunurse demek uzun muddetdir berbere muraciet etmeyib. Adam derhal berberin yanina qayitdi.
Adam: Bilirsen? mence bereber eslinde yoxdur.
Berber: Bu nece ola biler men burdayam ve gorduyun kimi de bereberem.
Adam: Xeyr deyilsen. Cunki olsaydin kucede uzun saqqali baximsiz insanlar olmazdi.
Berber: Hımm... berber var amma insanlar menim yanima gelmirse, men ne ede bilerem?
Adam: Cox duzdur! Esas da ele budur! Allah var ve insanlar ona inanim inam gosterib onun rehminden faydalamaq istemirlerse bu o insanlarin problemidir.
Bax dunyada bu qeder keder ve pisliklerin olmaginin sebebi budur!
Insanlar Allah inanib yaxsi dunyaya faydali insan olmaga calishsalar ve sehv etmekden cekinseler dunyada pislik qalmaz...Emellerine gore de heyatdan arzuladiqlarini ala bilirsen.
Budur dünyada bu qeder çok acı ve kederin olmasının sebebi.

[cavab]

pol OpErA1 28 May 2013 / 18:57
Bəyazid-i Bistami çox yorğun olduğu bir gün sübh namazına qalxa bilmir. Şeytan min bir hiylə ilə onu yatızdırır. Oyandığında çoxdan günəş doğmuşdu. Bu vəziyyətə o qədər üzülər ki, qılmadığı o sübh namazını qəza edib qılar, gecə gündüz ağlayar, tövbə edib peşman olur deyərkən bir səs eşidər. “Yatıb qaldığın üçün qılmadığın sübh namazını Allah 7…...0 min qatıyla qəbul etdi.” Bu səs onu çox sevindirir, şükr edər Rəbbinə. Aradan bir xeyli zaman keçir. Yenə çox yorğun olduğu bir gün, sübh çağı birinin onun ayağını dürtərək “Tez ol oyan” dediyini eşidir. Tez ayılıb baxır ki, onu oyandıran, ayağından dürtən şeytanın özüdür. “Xeyir ola, sən heç oyandırmazdın. Hər sabah yatızdırmağa çalışırıdın insanları, məni niyə oyandırırsan” deyə soruşur şeytandan. Şeytan belə cavab verir.: “Keçən dəfə yatızdırdım da noldu. Bir namazlıq savab alacağına gecə- gündüz yalvarıb yaxardın, peşman olub tövbə etdin 70 min savab qazandın bir daha yatızdırıb bu qədər savab qazanmana səbəb olmayım deyə oyadıram. Qalx namazını qıl da bir namaz savabını qazan.”

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1496 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az