SeNe SeNi SeViReM DeMeK IsTeYiReM
Boss555
27 May 2013 / 18:40
Səninçün darıxdım desəm bir gecə ulduzları
yığıb gələrsənmi ürəyimə ...
Əllərimi açıb xoşbəxtliklərini istəsəm
gülüşlərinlə düşərsənmi gözbəbəklərimə
Yuxularımda sənə bir yer ayırsam
xoşbəxtliklərinlə girərsənmi quru gecələrimə
Ağlasam bir gecə yarısı bir balaca ümid
verərsənmi gələcəyimə ...
Həyat boyunca səni sevəcəyəm desəm sevgi
olub yerləşərsənmi xülyalarıma ...
Sən; yaşamaq sevincimsən sabahlarımda.
Ən gözəl xoşbəxtliklərini göndər nəfəs bilim
bu canımda.
Nə gözəlmiş məgər səni sevərkən gözləmək;
gözləyərkən daha çox sevmək.
Buludların arasından süzülən damlalarda
sənin gözyaşlarınmı var yoxsa..
Bənzərsiz tərifsiz bir duyğuymuş səni
sevmək..
Nadir bir çiçək olsan kaşki bütün baharlar
sənin kimi bənzərsiz gözəl bir iy versə..
Adını ürəyimə, gözbəbəklərini isə ulduzlara
yazdım..
Xoşbəxtliklərini isə həyatımın ən gözəl
hissəsinə yazdım..
Gözləyərkən də yenidən aşiq oluram sənə.
Əllərimi acdım gül üzündən bir gülüş göndər
mənə.
Bəzən ağlasam gözbəbəklərimi silərsənmi
incə əllərinlə.
Ən gözəl xoşbəxtlikləri yaşayıram bu dəli
sevginlə.
Reallığın özüdür bu eşq; yuxu deyil bu
yaşadığım..
Qeyri-mümkün eşqlərin ən gözəlidir bəlkə də
bu dəli sevgim..
Xoşbəxtliklərin sevgi dolu nəfəsində
yaşayıram səndən sonra.
Sənin yanında nəfəsim sona çatsa...
İnan hər sətirində sənin həsrətini tapa
bilərsən bütün yazılarımda.
Nə çox sevmişəm səni bu dəli könülümdə...
[cavab]
MeLeK97
27 May 2013 / 18:43
Boss555, ehh superdi
[cavab]
*Fenerbahce*
27 May 2013 / 18:45
Qaqaw sen sevgiden bsqa 1 sey bilmisen...
[cavab]
Ayan01
27 May 2013 / 18:47
Bu eladi
[cavab]
Boss555
27 May 2013 / 18:48
*Fenerbahce*, nedi meyer?
[cavab]
Excellent
27 May 2013 / 19:32
yaxwidi ama menlik deyil
[cavab]
Bölmeye qayıt