=TeSiRlI BiR SeVgI HeKaYeSi=
Boss555
27 May 2013 / 15:20
Sizin üçün nə dərəcə əhəmiyyəti var bunu
bilmirəm amma mən bu sətirləri yazarkən
gözümdən damlalar axır klaviatura üzərinə.
Kişilər ağlamaz sözü mənə görə deyil.
Ağlamaqdan heç utanmadım, duyğularım,
ağrılarım məni boğduğu zaman həmişə
ağladım. Yenə ağlayıram... Sizləri tanımıram
amma sizlərlə paylaşmaq istəyirəm. Lütfən;
bu sətirlərə bir sevən olaraq sahib çıxın və
lütfən yazılı sətirlər olaraq keçməyin.
Oxuduqca yer üzündə insanlar nələri
yaşayarmış deyəcəksiniz buna əminim.
Bir polis ailəsinin ən kiçik uşağı olaraq
atamın təyininin çıxdığı bir kəndə daşındıq.
Narahat idim, məktəbimi bir kənd
məktəbində oxumaqdansa ,şəhərdə
mədənicə oxumaq istəyirdim. Qeydimi
etdirdi atam məktəbə. İbtidai məktəb 4-cü
sinifdən başladım kənd məktəbinə. Məni bir
sinifə verdilər. Müəllim kənddə qıraq biri
olduğumu bilirdi və hansı sıraya oturmaq
istəyirsənsə otur dedi mənə. Bir qızın yanı
boş idi yalnız oraya oturdum. Həyatımı həsr
etdiyim, gedişiylə məni bitirən insanla ilk o
zaman tanış oldum. Adı Altınay idi. Uşaq
yaşımda belə onun gözəlliyi mənə çox təsir
etmişdi. Mavi gözləri, qəmzə yanaqları ilə
arada bir mənə dönüb gülüşü, səhv
yazdığım qeydlərimdə öz silgisiylə
dəftərimdəki səhvi silməsi məni o kiçik
yaşımda ona bağladı. O dövrlərdə uşaqca bir
yoldaşlıq idi. Zaman irəlilədikcə onsuz tək
saniyə keçirə bilmirdim. Ya mən onlara gedib
dərsə hazırlaşırdıq, ya da o bizə gəlirdi.
Paylaşmağı çox sevirdi. Ürəyini, sevgisini,
dostluğunu daha o yaşda vermişdi mənə.
İbtidai məktəbi birlikdə oxuduq və eyni
sırada bitirdik. Həmişə onunla həmişə ona
bir az daha alışaraq. Orta məktəbə
keçdiyimizdə ailələrimizə xahiş etdik və bizi
eyni məktəbə yazdırdılar, hətta eyni sinifə,
hətta eyni sıraya oturmağımız üçün
atalarımız müəllimlərə sanki yalvardılar.
Bacarmışdıq. Yenə eyni sıradaydıq. Geridə
qalan ibtidai məktəb dövründəki iki ildə
anladım ki onsuz həyat mənə dinclik
vermirdi.
[cavab]
Boss555
27 May 2013 / 15:23
Yaşımız yetkinləşdikcə o məni, mən
onu daha çox sevirdim. Uşaqca başlayan
yoldaşlığımız sevgiyə eşqə çevrilmişdi orta
məktəb illərimiz bitmək üzrəykən. Şəhər
mərkəzində.. Ailələrimiz litseyə keçdiyimiz
sırada ortaq bir qərar aldılar. Buna görə tək
ev kirayəyə götürəcək ikimiz eyni evdə
qalacaqdıq. Anam da bizimlə qalacaqdı.
Allahım o qərar bizə çatdırıldığında
dəqiqələrcə qucaqlaşıb qeyd etmişdik bunu.
Ona aşiq olmuşdum. Eyni duyğuları o da
paylaşırdı və bunu fərq edən ailələrimiz
məktəb bitdiyində hətta evləndirək deyə
qərar aldılar. Ona dəlicəsinə vurulmuşdum
artıq. Haşa Allaha şək qaçar kimi günah
işlərcəsinə sevirdim. İlk əlini tutduğumda
əsla bir daha buraxma demişdim. Yanaqları
qızarmışdı, utanmış və başını önünə əymiş,
gülümsəmiş və əlimi möhkəm-möhkəm
sıxmışdı. Artıq hər gün əl-ələ məktəbə gedir
məktəbdən çıxarkən əl-ələ gəzir sonra
gedirdik evimizə. Arada bir əlləri tərlər və hər
tərlədiyində əlini əlimdən qurulamaq üçün
çəkərdi. Bunu hər etdiyində hirslənər əlimi
buraxma deyə danlayardım, həmişə "yaxşı,
yaxşı" deyərək gülümsəyər və sürətlə əlini
ovcuma soxuşturardı. Hər şey möcüzə idi,
dünya cənnət kimi idi gözümüzdə. İllər axıb
gedirdi xoşbəxtlik içində. Nəhayət litseyi də
bitirmək üzrəydik. Diplom vaxtı gəlmişdi.
Diplonlarımızı götürdük, heç kəsrimiz yox idi.
Sevinclə sarıldıq bir-birimizə əlimi tutdu.
Bunu qeyd etmək üçün bir kafeyə gedib kola
içərək qeyd edəcəkdik. Məktəbin az
irəlisindən keçən bir yol vardı. Hər zaman toz
tüstü içində olardı. Çınqıllarla örtülü idi. O
yolun mənim və ölərcəsinə sevdiyim insanın
ayrılmasında bu qədər rol oynayacağını
bilsəm heç girərmiydik o yola. Nələr
verməzdim o yolu yeriməmək üçün...
Əli yenə əlimdə idi, qəflətən əlini çəkdi,
tərləmişdi yenə əli. Deyəsən dörd addım
atmışdım. Dönüb yenə danlayacaqdım. Çünki
həm əlimi buraxmış, həm də geridə qalmışdı.
Dönüb baxdığımda Dünya başıma yıxıldı.
Sanki göy qübbənin altında qaldım. Yerdə idi
və üzündən qan fışqırırdı. Nə edəcəyimi
bilmədim yanına qaçdım üzünə yapışmış
saçlarını qaldırdığımda həyatımı bitirən o
görünüşlə qarşılaşdım. Başı kəsilmiş bir
toyuq kimi çırpınırdı. Sifətinə bir daş parçası
bıçaq kimi batmışdı və baxmağa doya
bilmədiyim mavi gözlərindən biri axmışdı.
Sifətinin yarısı yox idi. Xırıldıyırdı mənə bir
şeylər demək istəyir qanla örtülü digər
gözünü təmizləyərək mənə bir şeylər
deməyə çalışırdı. Yoldan keçən bir yük
maşınının təkərinin altından çıxan bir daş
sifətinə batmışdı. Ölərcəsinə bir eşqi,
gələcəyimizi kibrit böyüklüyündə bir daş
parçasının bitirəcəyini bilə bilməzdim. Donuq
donuq heç danışa bilmədən üzünə
baxmaqdan başqa bir şey edə bilmirdim.
Əllərini tutdum qaldırdım başını sinəmə
söykədi və əlimi möhkəm-möhkəm tutdu.
Axan qan əllərimizə damlıyırdı.Yoldan keçən
bir avtomobil dayanmış bizi seyr edirdi,
xəstəxanaya yetişdirək dediyimdə qanlı
olduğu üçün götürmədi və getdi. Kimsə
maşınına götürmürdü. Ətrafıma baxıb
kömək edin deməkdən, ona dönüb səni
sevirəm, məni buraxma, söykən deməkdən
başqa bir şey edə bilmirdim. İki dəqiqəlik bir
çırpınışdan sonra qucağımda öldü. Cənnət
olan Dünya 5 dəqiqədə cəhənnəmə döndü.
Tam doqquz il oldu onu itirdiyim. Özümə
olan etibarımı itirdim. Artıq kimsəni sevə
bilmərəm, kimsə də məni sevə bilməz
qorxusundan qurtara bilmirəm özümü.
Çarəsiz həyatdayam.
Bu yazını oxuyarkən sizində əliniz tərlədisə o
zaman bilin ki siz də sevirsiniz, kövrəldiniz
hətta ağladınız bəlkə də amma bu qədər...
Allah heckime bele bir aci tale qismet elemesin
red. Boss555 (27.05 /15:25)
[cavab]
Fermeer
27 May 2013 / 15:34
Çox tesirlidı.elim az qala su içındedi.
[cavab]
senle_sensiz
27 May 2013 / 15:37
ayda sonu necede qemli bitdiye goz yawlarimi gucle saxladim cox cox teessuflendim ((
red. senle_sensiz (27.05 /15:42)
[cavab]
Kamran7
27 May 2013 / 15:38
Sözüm yoxdu qaqa. :-( :-( :-( :-( :-(
[cavab]
Kamran7
27 May 2013 / 15:39
Ehh heyat bizden ne isteyir ?
[cavab]
Boncuq
27 May 2013 / 15:40
Boss555, ayda cox gozel hekayedi amma heyif axri bele qemli bitsin:'(
[cavab]
Kamran7
27 May 2013 / 15:43
Boncuq, ağliyisan ? Uhu uhu uhu
meyide ağyatdin
[cavab]
Boss555
27 May 2013 / 15:46
Kamran7, neynek heyat beledir.Eslinde heyat bir oyundu.Kimler bu oyunda qalib olur kimlerse bu oyunda meqlub olur.
[cavab]
**Memo**
27 May 2013 / 15:47
Super( . Twk
[cavab]
Bölmeye qayıt