AtA Ve QiZiNiN HeKaYeSi

pol Boss555 27 May 2013 / 01:24
Bir gün qədəhə şərab süzdüm, içmək
istəyirdim. Ancaq qızım toxunaraq, onu yerə
dağıtdı. Sanki ona bunu etdirən Allah idi...
Fatimə böyüyürdü. 3 yaşına çatdı. Ancaq çox
yaşamadı. Elə 3 yaşında ikən Allahın
dərgahına qovuşdu… Qızım oldukdən sonra
veziyyətim əvvəlkindən də betər oldu. Artıq
ətrafımdakılara qarşı hədsiz səbirsiz
olmuşdum. Hər şey get-gedə pisləşirdi.
Şeytan dayanmadan mənimlə oynayırdı. Bir
gun mənə yaxınlaşdı və vəsvəsə verdi: "Sən
bu gun elə içməli, elə sərxoş olmalısan ki,
heç ayaq ustə durmağa taqətin qalmasın”…
Elə də oldu. Bütün gecəni şərab içməklə
keçirdim. Hətta elə bir vəziyyətə düşdüm ki,
məni yalnız bu sərxoşluqdan uzun və dərin
yuxular xilas edə bilərdi. Yuxuya getdim.
Yuxularım bir-birini əvəz edirdi. Ancaq
gördüyüm sonuncu yuxu çox dəhşətli idi...
Yuxumda məhşər ayağında idim. Bütün
insanlar dəstə-dəstə hesab verməyə
axışırdılar. Mən də həmin insanların arasında
idim... Kimsə insanlara səslənirdi: "Ey
filankəs! Haydı, Allaha hesab verməyə...”.
Çağrılan kəslərin simaları qorxudan
qaralmışdı. Bir çox insan sorğu-suala
çağrıldı… Nəhayət növbə mənə gəldi; həmin
səs məni çağırırdı. "Haydı, Allaha hesab
verməyə tələs!” Ətrafıma nəzər saldım.
Bayaqkı insan izdihamından əsər-əlamət
qalmamışdı. Qiyamət günü... Məhşər yeri
bom-boş qalmışdı… Elə bu an qarşımda
siçovula oxşar bir canlı gördüm. Olduqca
böyük və qorxunc idi… Birdən siçovul mənə
hücum etdi.

[cavab]

pol Boss555 27 May 2013 / 01:25
Özümü müdafiə etmək üçün
qaçmağa başladım. Qaçarkən yolda qarşıma
bədəncə zəif bir qoca çıxdı. Ondan kömək
etməsini istədim. Qoca ah-nalə çəkərək
səsləndi: "Oğlum, mən güczüz bir adamam.
Səni bu heyvandan xilas etməyə gücüm
yetməz. Ancaq bu istiqamətdə hərəkət etsən,
ola bilsin ki, xilas olarsan”… Qocanın dediyi
istiqamətə qaçdım. Siçovul hələ də arxamca
qaçırdı. Qarşımda cəhənnəm atəşini
gördüm. Sifətimdə alovun istisini hiss
etdim... Sıxışıb qalmışdım. Nə edəcəyimi
bilmirdim. Öz-özümə dedim: "Cəhənnəm
oduna düşməklə siçovuldan qurtarmaq?!”
Yenidən həmin qoca tərəfə qaçmağa
başladım. Siçovul arxamca qaçmaqda davam
edirdi. Qorxu məni bürümüşdü. Nəhayət
qocanın yanına çatdım: "Allah xətrinə, məni
bu heyvanın elindən xilas et!”...
Təəccübləndim. Qoca halıma acıyaraq göz
yaşı tökürdü... Mənə sarı çevrildi: "Gorursən
ki, çox zəifəm, səni xilas edəcək taqətim də
yoxdur. Ancaq bu dəfə oraya qaç. Əminəm
ki, xilas olacaqsan”… Qocanın göstərdiyi
yolla qaçmağa başladım. Siçovul da ara
vermədən arxamca qaçırdı. Birdən qarşımda
bir dağ peyda oldu. Dağın ətəyində çoxlu
uşaq var idi və hamı ağlayırdı.

[cavab]

pol Boss555 27 May 2013 / 01:26
Hamı eyni
sözü təkrar edərək ağlayırdı. "Ey Fatimə,
atana bax! Atana bax!” - deyə fəryad edib
ağlayırdılar... Bu zaman qızım Fatiməni
gördüm. 3 yaşında ikən dünyadan köçüb
Cənnətə qovuşan qızımı gördüyüm zaman
çox sevindim. Məni cəhənnəm odundan xilas
edərək, cənnətə girməyimə vəsilə olacağına
ümid edirdim. Bu vaxt qızım əlini uzatdı və
məni siçovuldan xilas etdi… Onu qucağıma
oturtdum. Qızım mənə: "İman gətirənlərin
qəlblərinin Allahın zikri və haqdan nazil olan
(Quran) üçün yumşalması vaxtı gəlib
çatmadımı?!” ayəsini oxudu… Qızımdan
arxamca düşən o əcaib heyvan haqda
soruşdum. Dedi: "Atacan, gördüyün bu əcaib
heyvan dünyada işlədiyin günahlarındır. Onu
sən bəslədin, böyütdün və səni çətin
vəziyyətə salacaq bu həddə onu sən
çatdırdın. Atacan, məgər dünyada işlənən
əməllərin axirət günündə təcəssüm edərək
qarşına çıxacağını bilmirsənmi?” Ondan
mənə yol göstərən yaşlı kişi haqda
soruşdum Belə cavab verdi: "O yaşlı və zəif
insan sənin gözəl əməllərin idi. Sən onu elə
zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə
kömək edəcək gücü belə qalmamışdı.
Atacan, əgər mən dünyaya gəlməsəydim və
kiçik yaşda rəbbim məni öz dərgahına
aparmasaydı, səni bu dəhşətdən heç kim
xilas edə bilməyəcəkdi”... Bu an yuxudan
oyandım. Ağlayırdım. Öz-özümə: "Allaha qul
olmağın vaxtı yetişib!” - dedim. Dərhal qüsl
aldım. Tövbə etmək və cənnət yolunu
seçmək üçün məscidə yollandım. Məscidə
daxil olduğum zaman imam qızımın yuxuda
mənə dediyi ayəni oxuyurdu: "İman
gətirənlərin qəlblərinin Allahın zikri və
haqdan nazil olan (Quran) üçün yumşalması
vaxtı gəlib çatmadımı?!”… Haqqında söhbət
açdığımız bu şəxs tabein imamlarının ən
hörmətlisi və abidi Malik bin Dinardır. O,
gecələr ağlamağı ilə tanınırdı. Həmişə belə
deyirdi: "Allahım! Kimin cənnətə, kimin də
cəhənnəmə girəcəyini yalnız Sən bilirsən.
Görəsən, mən hansılardanam? Rəbbim, məni
cənnət əhlindən et, cəhənnəm odundan
qoru!”

[cavab]

pol Boss555 27 May 2013 / 01:26
Malik bin Dinar səmimi qəlbdən tövbə
etdi və bu tövbəsi ilə insanlar arasında
məşhur oldu. O, daima məscidin qapısı
önündə durar və insanlara səslənərdi: "Ey
günhkar insanlar! Rəbbinizə dönün! Ey qafil
insanlar! Sizi yaradanın yoluna qayıdın!
Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır.
Bəs, siz haraya gedirsiniz? Allah sizə: "Mənə
bir qarış yaxınlaşana, mən on qarıw
yaxınlaşaram. Mənə sarı yuruyənə tərəf isə
qaçaram”, - deyir. Məgər bu, sizə kifayət
etmirmi?”

[cavab]

pol _AGUERO_ 27 May 2013 / 01:29
Boss555, cox Sagol brat ellerin var olsun

[cavab]

pol Ram 27 May 2013 / 01:46
Tewekkur qaqas ;(;(;(;(;(;(

[cavab]

pol Ayan01 27 May 2013 / 02:16
Cox qewey hekaye idi ellerin var olsun dosi
red. Ayan01 (27.05 /02:25)

[cavab]

pol WINSTON 27 May 2013 / 02:19
Boss555, sagol brat ellerin var olsun

[cavab]

pol Kamran7 27 May 2013 / 02:49
Tşk brat

[cavab]

pol Dj_kamo 27 May 2013 / 03:34
Twk,Allah razi olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1392 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az