#Ibretamiz hekaye...
Cavad_N_417
26 May 2013 / 21:23
#Bir gün Musa əleyhissəlam bir kənddə var-
dövləti və səxavəti ilə ad çıxarmış bir adama
rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir.
Oturub şirin- şirin söhbət edirlər. Söhbət
əsnasında həmin şəxs deyir : -Malım, dövlətim başımdan aşır. Özüm çox can
atmasam da Allah var- dövləti başımdan yağdırır.
Qorxuram ki, bu nemətlərin şükrünü edə
bilməyim. Həm də mal dövlətim o qədərdir ki,
qorxuram onlarla məşğul olmaqdan ibadətə
vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət
verin.Neyləyim ki, var- dövlətim getdikcə azalsın? Həzrəti Musa deyir: — Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə
gəzə- gəzə ye. Adam Həzrəti Musanın bu təklifini qəbul edir.
Aradan bir xeyli müddət keçir. Həzrəti Musanın
yolu yenə bu kənddən düşür. Gəlib həmin adamı
tapır və vəziyyəti soruşur. Adam deyir : — Siz mənə məsləhət verib getdiz. Mən də sizin
dediyiniz kimi etdim. Amma Allah təala siz gələnə
qədər birə beş verirdisə, siz gedəndən sonra
birə on verdi. Var- dövlətim azalmadı, əksinə
artdı. Həzrəti Musa deyir : — Hələ bir göstər görüm necə yeyirsən? Adam gedib ətəklik gətirir. Səliqə ilə boynuna
bağlayır. Beləcə tökülən çörək qırıntıları da yerə
düşmürdü. Sonra o qırıntıları da ətəkdən yığıb
yeyir. Bu hadisəni görən Həzrəti Musa ucadan
gülür və deyir : — Mən məsləhəti verəndə düşünmüşdüm ki,
sən gəzə- gəzə yeyəndə qırıntılar yerə
dağılacaq, onunla da sənin evinin bərəkəti
gedəcək. Amma mən hardan biləydim ki, sən
çörəyin tozunu da yerə tökməyəcəksən. Evinin
bərəkəti də elə buna görə artır.
[cavab]
Qiyipem(=
26 May 2013 / 21:29
QAQAW SENIN ADIN CAVKO IDI
[cavab]
Cavad_N_417
26 May 2013 / 21:31
Qiyipem(=, yoo en1ci Cavad_684 idi ama deyiwmiwem.nie ki?
[cavab]
_KING_
26 May 2013 / 21:36
[vpclr]ehsen,HEMD OLSUN RUZI VE BEREKETI TEMENNASIZ,MINNETSIZ VEREN >>ALLAHA<<[/vpclr]
red. _KING_ (26.05 /21:37)
[cavab]
(=NuRLaN=)
26 May 2013 / 22:03
superdi.
[cavab]
Bölmeye qayıt
0.1337 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az