Xanimlara

pol Seva_ViP 26 May 2013 / 21:22
Hələ qədim dövrlərdən qadınlar müxtəlif üsullarla saçların qeydinə qalmağa çalışıblar. Necə etməli ki, saçlar gözəlliyini, təravətini, yumuşaqlığını və rəngini qoruyub, saxlaya bilsin. Adətən, bunun iki üsulu olub: təbii və süni yollarla. Son dövrlərdə xanımlar əsasən bunlardan birinə, təbii üsula üstünlük verirlər.
Belə ki, əgər saçlarınızı qoruyub, təravətini saxlamaq istəyirsizsə, heç də müxtəlif tibbi preparatlara və bahalı kosmetik üsullara əl atmaq vacib deyil. Sadəcə xalq təbabətinə müraciət etmək kifayətdir. Tanınmış qərb təbabətçilərinin qənaətincə, qırmızı bibərdən hazırlanmış müxtəlif reseptlərə müraciət etməyiniz kifayətdir. Qırmızı bibərdən hazırlanmış bu reseptlər saçları yumşaq, təravətli saxlayır və ən əsası isə onların tez uzanmasına kömək edir. Müasir kosmetoloqlar keçmişə əsaslanıb, bu balzam və maskaların reseptlərini xanımlara yenidən təqdim edirlər:
1) 5-6 dilim qırmızı bibəri xırda-xırda doğrayıb, üstünə müəyyən miqdarda araq və ya spirt tökün. Bu qatışığı bir həftə qoyun, qalsın. Sonra saçları bunula həftədə 1-2 dəfə yaxalayın.
2) 1 xörək qaşığı əzilmiş qırmızı bibərə, 20-30 ml konyak, 1 xörək qaşığı bitki yağı, 2-3 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı bal və1 yumurta sarısını əlavə edərək, bunları yaxşıca qarışdırın. Alınan məhlulu saçların dibinə sürtüb, üstünə polietilen paket çəkərək, dəsmalla örtün. 30 dəqiqədən sonra , saçları şampunla yuyun. Bunu ay ərzində həftədə iki dəfə təkrar edin.


Xanimlar sizdede saca ve ya deriye qulluq usullar varsa yazin!!!
red. Seva_ViP (26.05 /21:22)

[cavab]

pol Kayla 26 May 2013 / 21:44
Iki reseptide ard arda elemliyem,yoxsa ayri ayri reseptlerdi?
red. Kayla (26.05 /21:45)

[cavab]

pol Seva_ViP 26 May 2013 / 21:48
Kayla, ayri ayri seylerdi

[cavab]

pol Kayla 26 May 2013 / 21:49
Seva VIP,twk :)

[cavab]

pol Seva_ViP 26 May 2013 / 21:49
Kayla, bi sey diyil

[cavab]

pol Ayan01 26 May 2013 / 22:02
Bilmirdim twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1556 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az