=MaRaQlI BiR HeKaYe=
Boss555
26 May 2013 / 18:21
Çox qədim zamanlarda bir varlı oğlan
yaşayırdı. Günlərin bir günü bu oğlan bir
gənc qıza möhkəm aşiq olur. Bir az
keçəndən sonra oğlan aşiq olduğu qıza
evlənmək təklifini verir. Lakin qızın bir
qüsuru var idi: onun bir əli şikəst idi. Buna
görə qızcığaz oğlandan utanırdı və gecə-
gündüz... Allaha ona şəfa verməsini dua
edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan
Allah da onun dualarını qəbul edir və
möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız
sevincək halda oğlana razılığını bildirir və
onlar evlənirlər. Bir gün cavan cütlük
mehribancasına evlərində nahar edirdilər.
Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır
və ev yiyələrindən ona yardım etmələrini
yalvarır. Bunu eşidən kimi, qız iki dilim çörəyi
götürüb dilənçiyə vermək istəyir. Lakin əri
ona bunu etməyə icazə vermir. Qız fikirləşir
ki, əri xəsislik edir və buna görə gözləri yaşla
dolur. Elə bu an əri ona belə deyir: «İki dilim
çörək çox azdır, ona bir qab dolu yemək
ver».
Qız sevincək yeməyi dilənçiyə verəndə
təəccübündən donub-qalır. Çünki həmin
şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox
varlı, adlı-sanlı adam idi, lakin o qədər xəsis
idi ki, sonda dilənçilik etmək
məcburiyyətində qalır. Qız yeməyi verib,
bikef halda oturur və həyat yoldaşına öz acı
hekayəsini danışır: «Birinci ərim çox xəsis
idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi,
mən də ona bir toyuq verdim, içinə də
qiymətli üzüyümü qoydum. Ərim evə
qayıdanda bundan xəbər tutdu və
qəzəblənərək məndən boşandı, hələ üstəlik,
şəhərdən qovub əlimi kəsdi». Bütün buna
heyrətlə qulaq asan oğlan dözməyib ağlayır.
Qız bunun səbəbini soruşanda, oğlan belə
deyir: «Üzüyü verdiyin həmin dilənçi mən
idim. Və məhz bu üzük vasitəsilə mən
varlandım».
[cavab]
OpErA1
26 May 2013 / 18:23
COX TESIRLI HEKAYEDI.MARAQLIYDI TWK
[cavab]
Eponin
26 May 2013 / 18:29
di
[cavab]
xit*fermer
26 May 2013 / 18:32
qaqaw lap aglamag istedim eeeeeee. zarafat eliyirem
[cavab]
uzeyir
26 May 2013 / 18:39
dir boss555 twk qaqas super idi
[cavab]
Ayan01
26 May 2013 / 18:40
maraqli idi ellerne saglik dosi
[cavab]
usta_fermer
26 May 2013 / 18:42
[cavab]
Afto_XuliQan
26 May 2013 / 18:43
maragli hekayedi
red. Afto_XuliQan (26.05 /18:44)
[cavab]
Afto_XuliQan
26 May 2013 / 18:43



[cavab]
bayrampasa
26 May 2013 / 18:53
Super
[cavab]
Bölmeye qayıt
0.1339 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az