:::heyat,seninleyem::::
**Memo**
24 May 2013 / 21:18
Yalan dolu həyatdan çox
bezmişəm. Axıdılan bu göz
yaşları insanın qəlbini param-
parça edir.
Həyat, 1 günlük xöşbəxtlik
verir sonra 40 gün onu
burnundan gətirir.
Həyat,səninləyəm: nə
istəyirsən məndən?
Mən səndən sadəcə sakitlik
istədim. Demədim ki, sakitlik
içində mənə hayqırtı ilə
içimdə ağlamağı verəsən.
Nə etmişdim sənə? Söylə!
Nifrət edim sənə? Axı mənim
qəlbim bunu bacarmır!
Küsüm səndən? Axı mən
küsməyi bacarmıram!
Gedim səndən? Axı günah!
De, bəs nə edim? Ümid edim?
Ümid dərmandı, üstündən
içdiyimiz su isə zaman.
Zaman öz axarı ilə gedir amma
mən dərmanı tapa bilmirəm.
Gözlərimdə bir təbəssüm
yaratmışdın. İndi hara
apardın? Bir təbəssümü belə
mənə çox gördün?
Niyə o gülür mən yox?
Niyə o şən musiqiyə qulaq asır
mən isə kədərli?
Niyə ey həyat mənə hər şey
verdin amma birtək qəlb
rahatlığından başaqa?
Şillə vurdun hər zaman
üzümə,incimədim.
Dedim: həyatdı
da,döyərdə,söyər də, öpər də.
Bir öpüşü belə mənə çox
gördün?
Bir xəyalım vardı mənim
əslində,
Hər gecə yatağıma yatdığımda
arzuladığım bir xəyalım,
Başımı yasdığa qoyduğum o an
gözümün qarşısından
silinməyən xəyalım.
Sənin bir neçə dəqiqə içində
yerdən yerə vurduğun o təmiz
xəyalım.
Rəngarəng ümidlər
buraxarkən ovuclarına
arzuladığım xəyalım vardı
mənim.
Özümdən belə saxladığım
sirrlərim vardı mənim,
Səni sevdiyim gerçəyini
yalanladığım vardı həmişə.
Yağan yağış dənələrinin
altında qışqırmaq istədiklərim
vardı insanlara,
"Bəli, Bəli Sevirəm
öyrəndiniz" demək kimi
məsələn.
Bilərsənmi sən ən mavi
səmanın qaranlığını,
Məndəki də sual iştə, haradan
belə bilərsən ki sən!
Sən sevənin ürəyindəki
duyğuları necə hiss edə
bilərsən ki!
Bu oyunun qaydalarını qoyan
sənsən mənsə yalnız bir
piyada
Soruşmadan dayana
bilməyəcəyəm,
Gecənin içindəki səssizlikdən
gələn dərin səsləri duya
bildinmi heç?
Səhər oyandığında məsələn
quşların sənə pıçıldadıqları
səsləri duya bildinmi heç sən,
Heç səni sevən bir ürəyin hiss
etdiklərini hiss edə bildinmi?
Hiss edə bilməzsən!
Çünki sən mənim kimi səni
sevdiyim kimi ürəkdən sevə
bilməzsən.
İndi söylə baxaq ürəyimdə
ağrını hiss edə bilirsənmi?
Gözlərimdə sənin üçün
böyütdüyüm sevdanı görə
bilirsənmi
Amma sən kimi ola bilmirəm
mən yenə də.
Nə oldu mənə belə. Niyə
müqavimət göstərirəm...
Niyə başqa əlləri tutmuram...
Göz yaşlarımı niyə quruda
bilmirəm...
Hər gecə yatağa yatdığımda
niyə islanır yasdığım...
Niyə çıxmırsan ağlımdan...
Niyə yata bilmirəm gecələr...
Mahnıları dinləmək niyə
yandırır ürəyimi...
Hər kəs gülərkən mən niyə
ağlayıram..
Niyə bu həsrət beləsinə
mərhəmətsizcə yandırır
canımı...
Niyə susdura bilmirəm
içimdəki qışqırıqları...
Niyə ürəyim, beynimə hökm
etməyə çalışır...
Niyə mən məntiqimlə ürəyim
arasında döyüş verirəm...
Və mən beləsinə yıxılarkən
sən niyə bir dəfə olsun
görmürsən məni...
Niyə getməyimə icazə
verirsən həyatından...
Sözlərin çatmadığı yerdə
susqunluğa bürünürəm...
Susqunluğum ürəyimdə
qışqırıqlar təyin edərkən mən
yenə də eşqə müqavimət
göstərirəm...
Və sən get deyirsən...
Kiçik bir ümid belə vermirsən
mənə...
Və mən gedə bilmirəm...
Niyə məni istəməyən sənə
xeyr belə deyə bilmirəm...
Adını qoya bilmirəm bu
sevginin...!!!
Bəlkə heç sevmədin məni
sevdiyini sandın bəlkə də...!
Bəlkə sənin üçün keçici bir
həvəsdim...!
Bəlkə də mənim yerimi
dolduracaq başqa bir eşq çıxdı
qarşına...!
Halbuki mən, sənin məndən bu
cür uzaqlaşmağını təmin
edəcək heç bir şey etmədim...
Vaxtım belə olmadı səni
özümdən uzaqlaşdırmağa...
Sən, vidalaşmağa belə zaman
buraxmadan gedərkən indi
beləcə səssizdən yenə mənə
baxmalar qaldı ardınca
Adını qoya bilmədim amma
çox sonra anladım ki məndən,
həvəsini çoxdan
götürmüşdün..
Söyləmək istəyib söyləyə
bilmədiyin gizlətdiyin
gerçəklərin olduğu vaxtda..
Sənin gözündə özümü həmişə
bir həvəsimişəm kimi hiss
edəcəyəm....!
[cavab]
Arda_turan
24 May 2013 / 21:22
[cavab]
Kayla
24 May 2013 / 21:25
**Memo** super sozlerdi.lap ureyimnen xeber verdin :((((aglatdin meni:(
[cavab]
neriman10
24 May 2013 / 22:18
super bunun yaninda yalandi
[cavab]
@Damla@
25 May 2013 / 00:11
super
[cavab]
Bölmeye qayıt
0.1557 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az