::::menali weir:::::
**Memo**
24 May 2013 / 20:29
Xoş günümdə ətrafımda dolanan,
Dar günüm də bircə anda yox olan,
Üzündə pak,məsləki çirkin yalan,
İnanmaram mən yalançı dostlara
Sağlığıma hər an badə içənlər,
Indi məndən 100 yol kənar keçənlər,
Aldanmasın qoy özüne dost seçənlər,
İnanmaram mən yalançı dostlara
Çörək kəsib qədrini bilməz onlar,
Səni xoşbəxt görüb sevinməz onlar,
Qarşında uçurum olsa dinməz onlar,
İnanmaram mən yalançı dostlara
Belələri qədrini bilməz mənliyin,
Satar vara,dövlətə öz kimliyin,
Tapdalar namusun atar kişiliyin,
İnanmaram mən yalançı dostlara
Yaxşı dosta can qurbandır hər bir an,
Nə xoşbəxtdir özünə əsl dost tapan,
Təkrar eyləməsin dilim heç zaman,
İnanmaram mən yalançı dostlara
Dost seçəndə yanılmaram bir daha,
Axı niyə sonradan düşüm qəm-aha,
And içirəm bizi yaradan ALLAH-a,
İnanmaram mən yalançı dostlara
[cavab]
EMIN98
24 May 2013 / 20:32
Eladi. Heqiqeten indi dost tapmaq cetindi
[cavab]
Yumurta
24 May 2013 / 20:41
Suuupeeeer
[cavab]
Seyfu
24 May 2013 / 22:33
Superdi
[cavab]
OpErA1
24 May 2013 / 23:13
super.zaten menim dostum yoxdu
[cavab]
Bölmeye qayıt
0.1501 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az